VTB (Azərbaycan) paket sığorta məhsullarının siyahısını genişləndirir
Bank VTB (Azərbaycan) “KASKO avtomobil sığortası” xidməti çərçivəsində “KASKO- İlk Zərər” məhsulunu təklif edir. Bu məhsulun şərtlərinə əsasən, avtomobil yalnız yol-nəqliyyat hadisəsindən sığortalanır və təminat yalnız birinci hadisə üzrə verilir.
“KASKO- İlk Zərər” məhsulunun qiyməti şərtlərdən asılı olaraq70 və 140 manat təşkil edir. Beləliklə, bu məhsul sayəsində müştəri kiçik məbləğdə sığorta haqqı ödəməklə sığorta təminatı almaq imkanına malikdir.
Bundan başqa, “Daşınmaz əmlakın sığortası” xidmətinin şərtləri də dəyişdirilib. İndi sığorta təminatını Sumqayıt, Gəncə, Naxçıvan və Azərbaycanın digər bölgələrindəki daşınmaz əmlaka görə də almaq olar. Məhsulun qiyməti regiondan asılı olaraq 48-70 manat təşkil edir.
Hər birsığorta məhsulunun müddəti 1 ildir.Sığorta polisinin alınması və rəsmiləşdirilməsi bank VTB (Azərbaycan)-ın filiallarında həyata keçirilir və əlavə olaraq sığorta şirkətinə müraciət tələb olunmur.
“KASKO - İlk Zərər” məhsulu almaq üçün şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və avtomobilin texniki pasportu tələb olunur. Daşınmaz əmlakın sığortası zamanı şəxsiyyət vəsiqəsi ilə birgə əmlak sahibliyini təsdiq edən sənəd təqdim edilməlidir.
Beləliklə, hazırda bank VTB (Azərbaycan)-da bütün əsas risklər üzrə kompensasiya təklif edən
“KASKO Avtomobil Sığortası” ,“KASKO- İlk Zərər” , “Daşınmaz Əmlakın Sığortası” və “Bədbəxt Hadisələrdən Sığorta” kimi məhsullar təqdim edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
2 saat əvvəl
PRİME AGENCY şirkəti nüfuzlu EVENTEX AWARDS 2024 müsabiqəsinin qaliblərindəndir
- 5 saat əvvəl
-
9 saat əvvəl
"Bizim işlənmiş neft məhsulundan yeni məhsullar əldə etmək layihəmiz var"
- 20 saat əvvəl
-
21 saat əvvəl
Yerli brend kişilərdən ibarət Azərbaycan yığma komandasının sponsoru oldu - ANLAŞMA
- 21 saat əvvəl
-
22 saat əvvəl
Qusar meşəsində villa tikmək üçün ağaclar kəsilib? - Rəsmi açıqlama
- 22 saat əvvəl
-
22 saat əvvəl
İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək
- 22 saat əvvəl
- 22 saat əvvəl