Dövlət şirkətlərinin büdcə və maliyyə göstəriciləri yeni Qaydalar ilə monitorinq olunacaq
Dövlət maliyyəsinin idarə olunmasında şəffaflığın, səmərəliliyin və operativliyin artırılması məqsədilə Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən rəqəmsallaşma və idarəetmə proseslərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində sifarişlərin elektronlaşdırılması, ödəniş sənədlərinin minimallaşdırılması, təsdiqedici sənədlərin pasportlaşdırılması, eləcə də informasiya sistemlərinin müasirləşdirilməsi xüsusilə prioritet istiqamətlər kimi müəyyən edilib.
Marja.az xəbər veri ki, buŞ Maliyyə Nazirliyində keçirilən növbəti Kollegiya iclasında bildiririlib.
İclasda büdcə daxilolmalarının uçotu və idarə olunmasının tam elektronlaşdırılması, “İCMAL” informasiya sisteminin geniş tətbiqi, “e-mühasibat” sisteminin rəqəmsal həllərinin inkişaf etdirilməsi, beləliklə uçotun şəffaflığının və operativliyinin daha da artırılması müzakirə olunub.
Kollegiya iclasında həmçinin maliyyə xidmətləri sahəsində və dövlət müəssisələri ilə işin təşkili istiqamətində görülmüş işlər haqqında məruzə dinlənilib. Bildirilib ki, dövlət müəssisələrinin büdcə və maliyyə göstəricilərinin monitorinqi üçün yeni Qaydalar layihəsi hazırlanıb. Dövlət müəssisələrinin büdcə və maliyyə göstəricilərinin monitorinqinin təkmilləşdirilməsinin, vahid hesabat şablonlarının tətbiqinin əhəmiyyəti vurğulanıb və bu çərçivədə həm dövlət şirkətləri, həm də publik hüquqi şəxslər üzrə vahid monitorinq mexanizminin tətbiqinin planlaşdırıldığı qeyd olunub. Bu tədbirlər dövlət vəsaitlərinin səmərəli idarəedilməsini, maliyyə şəffaflığını və hesabatlılığını daha da gücləndirəcəkdir.
İclasda “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması və dövlət maliyyəsinin idarə edilməsində rəqəmsal həllərin tətbiqi istiqamətində görülən işlər barədə də məlumat verilib. Qeyd olunub ki, cari ildə “Büdcə Məlumat İdarəetmə” alt sisteminin yeni versiyası, “İCMAL” informasiya sistemi, “e-rüsum” sisteminin təkmilləşdirilməsi, dövlət satınalmalarında elektron müqavilə platforması və GRP konsepsiyası üzrə vahid mühasibatlıq sisteminin ilkin mərhələsi hazırlanıb. Hazırda vahid maliyyə məlumat bazasının formalaşdırılması, böyük həcmli məlumatların emalı və analitik təhlili üçün modellərin tətbiqi, eləcə də büdcənin gəlir və xərclərinin proqnozlaşdırılmasını dəstəkləyəcək proqram təminatının inkişaf etdirilməsi üzrə işlər davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
2 saat əvvəl
Bakı Aeroportu: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
3 saat əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
4 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Ən çox oxunanlar
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

























