“Azərkosmos” zərərlə işləyir - 3 DƏFƏ ARTIB
2017-ci ildə “Azərkosmos” ASC-nin peyk telekommunikasiya xidmətləri üzrə gəlirləri 37 milyon 530,4 min manat, digər gəlirləri isə 450,4 min manat təşkil edib. Cəmiyyətin ümumi xərcləri isə 43 milyon 54,8 min manat olub. Nəticədə ASC ötən ili 5 milyon 74 min manat zərər ilə başa vurub.
Bu barədə “Azərkosmos” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə hesabatada bildirilir.
Xatırladaq ki, 2016-cı ildə Cəmiyyətin peyk telekommunikasiya xidmətləri üzrə gəlirləri 28 milyon 85,2 min manat, digər gəlirləri isə 1 milyon 410,2 min manat, ümumi xərcləri isə 31 milyon 180,2 min manat təşkil etmişdi. ASC həmin ili 1 milyon 685 min manat zərər ilə bağlamışdı.
Peyk telekommunikasiya xidmətinin göstərilməsi üzrə xərclərinin tərkibində əsas xərclərin, 2016-cı ildə 86,4%-i, 2017-ci ildə isə 86,0%-i borca görə faizlər və onunla bağlı xərclər, sığorta xərcləri, bank xidməti üzrə xərclər, amortizasiya xərcləri, əmək haqqı və ona üstəlik xərclər təşkil edib.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
4 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
5 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 5 saat əvvəl
-
6 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı
























