Təqaüdçülər üçün təlim keçiriləcək
(®) Təqaüdçülər üçün "ALPHA Coaching & Consulting" şirkətinin dəstəyi və “Üçüncü Bahar” təşəbbüs qrupunun təşkilatçılığı ilə "Emosional intellekt bacarıqları" mövzusunda təlim keçiriləcək.
Təlim 6 oktyabr 2018-ci il tarixində Kapital Bank-ın İnsan Kapitalı Akademiyasında Təlimdə iştirakçılar “Emosional intellekt nədir?", "Duyğular həyatımızda nə kimi əhəmiyyətə sahibdir?" və s. kimi suallara cavab tapacaqlar.
Qeyd edək ki, emosional intellekt (EQ- Emotional Quotient) psixologiya elminin vacib anlayışlarındandır. EQ özünü dərk, emosiyaları idarə etməyi bacarmaq, güclü və zəif tərəflərini bilmək, özünü motivasiya etmək, empatiya, dəyişən situasiyalara uyğunlaşmaq, ətraf ilə münasibətləri düzgün tənzimləmək və s. kimi bir neçə xüsusiyyətdən ibarətdir.
“Üçüncü Bahar” təşəbbüs qrupunun əsas məqsədi təqaüd yaşına çatmış insanları bir mərkəzdə toplayaraq, onların asudə vaxtlarının dəyərləndirilməsi, ahıl vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakını, onların təhsil və məşğulluq imkanlarını təmin etməklə müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etməkdir.
Təlimdə iştirak etmək istəyənlər (055) 706-20-18, (070) 706-20-18 və ya (012) 425-55-23 nömrəsinə zəng vurub, qeydiyyatdan keçə bilərlər.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 18 d. əvvəl
-
45 d. əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
1 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 2 saat əvvəl
-
2 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























