Növbəti 4 günün hava proqnozu açıqlandı
Azərbaycan ərazisində növbəti dörd gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, bu gün səhər saatlarından başlayaraq ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur: "Bu barədə əvvəldən xəbərdarlıq edilmişdi. Hazırda ölkə ərazisində güclü şimal-qərb küləyi əsir, bəzi yerlərdə yağış yağır. Belə hava şəraiti oktyabr ayının 6-sı gündüz saatlarınadək davam edəcək. Sabah gündüz saatlarında küləyin tədricən mülayimləşməsi gözlənilir. Oktyabr ayının 7-də də bəzi yerlərdə gün ərzində yağış yağması ehtimalı var".
Direktor qeyd edib ki, oktyabr ayının 8-9-da hava şəraitinin nisbətən sabitləşəcəyi və gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: "Havanın temperaturu bu günlərlə müqayisədə tədricən yüksələcək. Şimal-şərq küləyi əsəcək".
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
11 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
11 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 12 saat əvvəl
-
12 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 12 saat əvvəl
-
12 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























