Neft Fondu valyuta satışlarını azaldıb
2016-cı ildə Azərbaycan Mərkəzi Bankı (AMB) elan etdiyi yeni məzənnə rejiminə uyğun əməliyyat çərçivəsi tətbiq edib. Hesabat ilinin mart ayından AMB valyuta bazarında iştirakı minimuma endirib, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) valyuta satışları da Mərkəzi Bankda təşkil olunan hərraclar çərçivəsində həyata keçirilib.
AMB-dən verilən məlumata görə, il ərzində ARDNF-nin xarici valyuta satışları 4,9 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır: "ARDNF-nin dövlət büdcəsinə transfertlərinin pik ili olan 2013-cü illə müqayisədə isə ARDNF-nin valyuta satışları 3 dəfə azalıb. Valyuta hərracları həftədə bir neçə dəfə keçirilib, hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl "Bloomberg" terminalı vasitəsilə bazar iştirakçılarına elan edilib. 2016-cı ildə AMB-də ümumilikdə 114 valyuta hərracı keçirilib. Valyuta bazarında vəziyyətdən asılı olaraq hərracın parametrləri dövr ərzində çevik dəyişdirilib, bu hərracların mexanizmi təkmilləşdirilib".
AMB-dən bildirilib ki, bankların valyuta bazarında daha çevik iştirakına şərait yaratmaq üçün oktyabr ayından başlayaraq yeni, ikitərəfli hərrac mexanizminin tətbiqinə başlanılıb: "Yeni hərrac mexanizmi bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir. Hesabat dövründə Mərkəzi Bankda valyuta hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarı normal fəaliyyət göstərib. Dövr ərzində banklararası valyuta bazarında hərracdan kənar alqı-satqı əməliyyatlarının həcmi artmağa meylli olub. Yeni məzənnə rejiminin tətbiqi Mərkəzi Bankın ehtiyatlarının zəruri səviyyədə qorunmasına imkan verir. 30 dekabr 2016-cı il tarixinə Mərkəzi Bankın xarici valyuta ehtiyatları 4 mlrd. dollar təşkil edib. Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi kifayətlilik üzrə beynəlxalq təcrübədə qəbul edilmiş normaları (3 aylıq mal və xidmət idxalını örtmək, milli valyuta ilə pul təklifinə nisbət və s.) üstələyib. Dövr ərzində manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib. 2016-cı ilin əvvəlindən növbəti iş günü üçün rəsmi məzənnənin bir iş günü əvvəldən elan edilməsi təcrübəsinə başlanıb".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















