Bu 2 uğurlu tələbə "Rabitəbank"dan hər ay təqaüd alacaq!
(®) Rabitəbank sentyabr ayının əvvəlində iqtisadiyyat yönümlü ixtisasla ali təhsil ocaqlarına yüksək bal ilə qəbul olunmuş tələbələr arasında esse müsabiqəsi elan etmişdir.
Müsabiqənin şərtlərinə görə tələbə adını yeni qazanmış gənclərdən “Sosial media və texnologiyaların yeni nəslin inkişafında rolu” mövzusunda esse yazmaları və şəxsi məlumatları ilə birgə təqdim etmələri tələb olunurdu.
Müsabiqə tələbələr arasında çox maraqla qarşılandı və xeyli sayda, bir-birindən maraqlı və kifayət qədər ətraflı analizə və mühakiməyə söykənən esselər bankın təqdim etdiyi elektron ünvana göndərildi.
Bankda xüsusi komissiya tərəfindən seçilmiş iki ən uğurlu esse müəllifi müsabiqənin qalibləri olaraq elan olunmuşdur. Bunlar Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdindəki Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri Səadət Tofiqli və Nihad Paşazadə adlı gənc tələbələrdir.
10 oktyabr tarixində Rabitəbankın İdarə Heyətinin sədri Elçin Qədimovun dəvətilə baş tutmuş nahar zamanı tələbələrlə sədr arasında bu gənclərin maraqları və gündəlik həyatlarında texnologiyalardan istifadələri, gələcəyi dair planları, qarşılarına qoyduqları məqsədlər və hədəflər barədə səmimi söhbət alınmışdır. Elçin Qədimov söhbət əsnasında gənclərə öz dəyərli tövisyələrini də vermişdir.
Daha sonra Rabitəbankın Baş ofisində baş tutan mükafatlandırma zamanı esse müsabiqəsinin qalibləri Səadət Tofiqli və Nihad Paşazadəyə Rabitəbank adından hər iki tələbənin şəxsi istifadələri üçün noutbuk və təhsil aldıqları 4 il ərzində hər ay Rabitəbank tərəfindən təqdim olunacaq 100 Azn məbləğində təqaüd barədə sertifikat təqdim olunmuşdur.
25 illik bank tarixinə sahib Rabitəbank ölkənin ən iri banklarından biri kimi 24 filial və bir şöbədən ibarət filial şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
23 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 11 d. əvvəl
- 29 d. əvvəl
- 43 d. əvvəl
- 59 d. əvvəl
- 2 saat əvvəl
-
14 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Ən çox oxunanlar
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb




















