Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycan iqtisadiyyatı artmağa başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan iqtisadiyyatı artmağa başladı

2017-ci ilin yanvar ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 5233,1 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,8 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Bu barədə “Marja” Dövlət Statistika Komitəsindən bildirilib.

 

 Əlavə dəyərin 47,7 faizi sənayedə, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,8 faizi tikinti, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə, 15,9 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,1 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 539,8 manata bərabər olmuşdur. 

 


 

 

2017-ci ilin yanvar ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri



Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2017-ci ilin yanvar ayında 3,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 

 

Sənaye məhsulunun 72,3 faizi mədənçıxarma sektorunda, 22,3 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. 


Mədənçıxarma sektorunda neft hasilatı 4,2 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 8,3 faiz artmışdır. 
Emal sektorunda içkilərin istehsalı 32,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,6 dəfə, geyim istehsalı 3,0 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 65,2 faiz, kağız və karton istehsalı 17,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 2,4 dəfə, tikinti materiallarının istehsalı 2,4 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 35,2 faiz, hazır metal məmulatlarının istehsalı 27,3 faiz, kompüter və elektron məhsulların istehsalı 3,3 dəfə, elektrik avadanlıqlarının istehsalı 4,6 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 23,6 faiz, mebel istehsalı 81,5 faiz artmış, qida məhsullarının istehsalı 3,5 faiz, tütün məmulatlarının istehsalı 43,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 24,7 faiz, poliqrafiya məhsullarının istehsalı 67,4 faiz, neft məhsullarının istehsalı 10,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 6,7 faiz, maşın və avadanlıqların istehsalı 55,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 55,4 faiz azalmışdır. 


Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,8 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,0 faiz azalmışdır. 
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 13,0 faiz artmış, neft sektorunda isə 1,0 faiz azalmışdır. 
İstehsal edilmiş sənaye məhsulununn böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 fevral 2017-ci il vəziyyətinə 565,0 milyon manatlıq hazır məhsul olmuşdur. 


Kənd təsərrüfatında yaz-tarla işlərinə hazırlıqla yanaşı, yanvar ayında diri çəkidə 38,1 min ton ət, 150,2 min ton süd, 145,4 milyon ədəd yumurta, 6,0 min ton tərəvəz istehsal olunmuşdur. 2016-cı ilin yanvar ayı ilə müqayisədə ət istehsalı 3,4 faiz, süd istehsalı 2,0 faiz, yumurta istehsalı 2,9 faiz, tərəvəz istehsalı 1,9 dəfə artmışdır. 


Kənd təsərrüfatının ümumi məhsulu 3,5 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 33,2 faiz, heyvandarlıq məhsulları istehsalı 2,9 faiz artmışdır. 


2017-ci ilin yanvar ayında əsas kapitala 954,2 milyon manat məbləğində, yaxud 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz az vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 851,8 milyon manatı və ya 89,3 faizi məhsul istehsalı obyektlərinin, 73,9 milyon manatı (7,7 faizi) xidmət sahələri üzrə obyektlərin, 28,5 milyon manatı (3,0 faizi) isə ümumi sahəsi 107,6 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 300,1 milyon manatını və ya 31,5 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 673,4 milyon manatı və ya 70,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 


Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2017-ci ilin yanvar ayı ərzində 16,7 milyon ton yük və 141,4 milyon sərnişin daşınmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 4,3 faiz, sərnişin daşınması isə 2,7 faiz artmışdır. Yüklərin 57,1 faizi avtomobil, 31,3 faizi boru kəməri, 7,7 faizi dəmir yolu, 3,8 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınmışdır. 
Sərnişinlərin 87,0 faizi avtomobil, 12,8 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınmışdır. 


İnformasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 127,8 milyon manatlıq xidmətlərin 71,3 faizi əhali sektoruna aid olmuşdur. 2016-cı ilin yanvar ayı ilə müqayisədə 2017-ci ilin yanvar ayında informasiya və rabitə xidmətlərinin dəyəri 2,3 faiz azalmış, bu sahədə əldə edilmiş gəlirin 79,8 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. 


2017-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 2575,7 milyon manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 700,6 milyon manatlıq ödənişli xidmət göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 1,3 faiz artmış, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2,7 faiz azalmış, ticarət şəbəkəsində 1298,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1277,5 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır. 


Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2016-cı ildə ölkənin xarici ticarət dövriyyəsi 17675,7 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 9143,3 milyon dollarını və ya 51,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 8532,4 milyon dollarını (48,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 610,9 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2015-ci illə müqayisədə xarici ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 12,4 faiz, o cümlədən ixrac 14,2 faiz, idxal isə 9,9 faiz azalmışdır. Ticarət dövriyyəsinin 34,9 faizi Avropa İttifaqı ölkələrinin, 16,0 faizi MDB üzvü ölkələrinin, 49,1 faizi isə digər ölkələrin payına düşmüşdür. 


İdxalın ümumi dəyərinin 26,0 faizi Avropa İttifaqı ölkələrinin, 25,3 faizi MDB üzvü ölkələrinin, 48,7 faizi isə digər ölkələrin payına düşmüşdür. 


İxracın ümumi dəyərinin 43,2 faizi Avropa İttifaqı ölkələrinin, 7,3 faizi MDB üzvü ölkələrinin, 49,5 faizi isə digər ölkələrin hesabına formalaşmışdır. 


2016-cı ildə qeyri-neft məhsullarının ixracı 2015-ci ilə nisbətən 16,4 faiz azalaraq 1237,1 milyon dollar təşkil etmişdir. 


2017-ci ilin yanvar ayında əvvəlki ilin yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 11,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,5 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 8,0 faiz artmışdır. 


2016-cı ildə muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci illə müqayisədə 6,9 faiz artaraq 498,6 manat təşkil etmişdir. 


Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar ayında əhalinin gəlirləri nominal ifadədə 4,6 faiz artaraq 3476,1 milyon manata çatmışdır. 


Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2017-ci ilin yanvar ayında dövlət büdcəsinə 1243,6 milyon manat vəsait daxil olmuş, büdcədən 924,9 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında yaranmış 318,7 milyon manatlıq profisit ümumi daxili məhsulun 6,1 faizi səviyyəsində olmuşdur. 


Mərkəzi Bankın ilkin məlumatlarına görə, 2017-cı il yanvar ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16444,6 milyon manat təşkil etmiş, onun 12966,6 milyon manatı uzunmüddətli kreditlər olmuşdur. Kredit portfeli 2016-cı il yanvar ayının 1-i ilə müqayisədə 24,3 faiz azalmışdır. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9,0 faizini təşkil etmişdir. 


Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2017-ci il yanvar ayının 1-nə 7448,7 milyon manat olmuşdur. 


Yanvar ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,81 manata, 1 Avroya – 1,93 manata, 100 Rusiya rubluna – 3,01 manata bərabər olmuşdur. 


2016-cı ildə əhalinin sayı 104,4 min nəfər və ya 1,1 faiz artaraq 2017-ci il yanvar ayının 1-i vəziyyətinə 9810,0 min nəfərə çatmışdır.

 

Makroiqtisadi göstəricilər

 

Göstəricilər

2017-ci ilin yanvar ayı, faktiki

2017-ci ilin yanvar ayı 2016-сı ilin yanvar ayına nisbətən, faizlə

Məlumat üçün:
2016-cı ilin yanvar ayı 2015-сi ilin yanvar ayına nisbətən, faizlə

Ümumi daxili məhsul, milyon manat

5 233,1

100,8

96,7

o cümlədən qeyri-neft ÜDM

2 946,9

101,5

96,3

Əhalinin hər nəfərinə düşən ÜDM, manat

539,8

99,7

95,6

Sənaye məhsulu, milyon manat

3 477,0

101,0

96,9

o cümlədən qeyri-neft sənayesi

777,9

113,0

100,3

Əsas kapitala yönəldilmiş vəsaitlər, milyon manat

954,2

97,9

76,8

o cümlədən tikinti-quraşdırma işlərinə

673,4

93,6

75,5

Kənd təsərrüfatı məhsulu, milyon manat

252,0

103,5

101,8

o cümlədən: bitkiçilik

6,0

133,2

104,7

heyvandarlıq

246,0

102,9

101,7

Nəqliyyat sektorunda yük daşınması, milyon ton

16,7

104,3

95,1

Nəqliyyat sektorunda sərnişin daşınması, milyon sərnişin

141,4

102,7

101,0

İnformasiya və rabitə xidmətləri, milyon manat

127,8

97,7

107,9

Pərakəndə ticarət dövriyyəsi, milyon manat

2 575,7

101,3

104,3

Əhaliyə göstərilən ödənişli xidmətlər, milyon manat

 700,6

97,3

103,6

Dövlət büdcəsinin gəlirləri, milyon manat

1 243,6

92,1

80,1

Dövlət büdcəsinin xərcləri, milyon manat

924,9

179,1

40,9

Dövlət büdcəsinin profisiti, milyon manat

318,7

-

-

Əhalinin nominal gəlirləri, milyon manat

3 476,1

104,6

112,1

Əhalinin hər nəfərinə düşən nominal gəlirlər, manat

358,6

103,4

110,8

Əhalinin banklardakı əmanətləri, 2017-ci il 01 yanvar vəziyyətinə, milyon manat

7 448,7

78,6

131,8

Kredit qoyuluşları, 2017-ci il 01 yanvar vəziyyətinə, milyon manat

16 444,6

75,7

117,2

o cümlədən vaxtı keçmiş kreditlər

1 472,6

97,6

154,5

Orta aylıq nominal əmək haqqı, manat

498,6 x)

106,9 xx)

105,0xxx)

İstehlak qiymətlərinin indeksi

-

111,9

113,6

Əhalinin sayı, 2017-ci il 01 yanvar vəziyyətinə, min nəfər

9 810,0

101,1

101,2

Statistika məlumatı1)

Xarici ticarət dövriyyəsi, milyon ABŞ $

21 650,8x)

92,9xx)

99,9xxx)

o cümlədən: ixrac

13 118,4x)

94,5xx)

100,1xxx)

idxal

8 532,4x)

90,1xx)

99,5xxx)

Gömrük məlumatı2)

Xarici ticarət dövriyyəsi, milyon ABŞ $

17 675,7x)

87,6xx)

96,6xxx)

o cümlədən: ixrac

9 143,3x)

85,8xx)

95,4xxx)

ondan qeyri-neft ixracı

1 237,1x)

83,6xx)

102,8xxx)

idxal

8 532,4x)

90,1xx)

99,5xxx)

 

Qeyd: 
x) 2016-cı ildə 
xx) 2016-cı il 2015-ci ilə nisbətən (xarici ticarət dövriyyəsinə münasibətdə müqayisəli qiymətlərlə). 
xxx) 2015-ci il 2014-cü ilə nisbətən (xarici ticarət dövriyyəsinə münasibətdə müqayisəli qiymətlərlə). 
1) Hesabat dövründə gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyərinə dair məlumatlar nəzərə alınmaqla. 
2) Hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınmaqla.

 

17.02.2017 13:12

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ