Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Mərkəzi Bank faiz qərarını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank faiz qərarını açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

12:20

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 30 oktyabr 2018-ci il tarixində uçot dərəcəsinin 10%-dən 9.75%-ə endirilməsi haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı və aşağı həddləri isə uçot dərəcəsinə ±2%-lik dəhlizdə (yuxarı hədd 11.75%, aşağı hədd 7.75%) müəyyənləşdirilmişdir.

 

"Marja"nın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında açıqlayıb.

 

Elman Rüstəmov Mərkəzi Bankın açıqlamasını oxuyaraq dedi:

 

İdarə Heyətinin son toplantısından keçən dövr ərzində inflyasiya azalmaqda davam etmişdir. 9 aylıq orta illik inflyasiya (2.6%) Mərkəzi Bankın cari ilə hədəf dəhlizindən (6-8%) aşağıda formalaşmışdır. İnflyasiyanın həm xarici, həm də daxili risk amillərinin yumşalması fonunda Mərkəzi Bank cari ilə inflyasiyanın 3-4% ətrafında olacağını proqnozlaşdırır.

 

Uçot dərəcəsinin gələcəkdə dəyişdirilməsi proqnozlaşdırılan inflyasiyanın elan olunan hədəf intervalına uyğunluğundan asılı olacaqdır.    

 

İnflyasiya prosesləri

 

 Son 3 ayda orta illik inflyasiyada azalma meyili davam etmişdir. 2018-ci ilin 9 ayında orta illik inflyasiya 2.6% təşkil etmiş, üçüncü rüb ərzində ritmik templə azalmışdır.

 

İnflyasiyanın xarici və daxili amillərində əhəmiyyətli dəyişiklik baş verməmişdir. Nəqliyyat tariflərinin yüksəlməsi hesabına xidmətlərin bahalaşmasının bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin aşağı düşməsi və bütövlükdə monetar amillərin təsiri ilə neytrallaşdırılması inflyasiyanın azalma meyilini müəyyən etmişdir. 

 

İnflyasiya üzrə gözləntilər və proqnozlar

 

Biznes sektorunun inflyasiya gözləntiləri ticarət və xidmət sektorunda qiymət artımı gözləntilərinin azalması hesabına aşağı düşür. İstehlak qiymətlərinin cari dinamikası ev təsərrüfatlarının da inflyasiya gözləntilərinin stabilləşməsini şərtləndirir.

 

Son makroiqtisadi proqnozlar 2018-ci ilin sonuna 3-4% səviyyəsində qərarlaşacağını göstərir.

 

Xarici şərait

 

Beynəlxalq konyunktur son 3 ayda da Azərbaycan üçün əlverişli olaraq qalmışdır. Ümumilikdə 9 ayda neftin orta qiyməti ötən ilin eyni dövrünə nəzərən  38%-ə yaxın artmışdır.

 

Bu şəraitdə tədiyə balansının profisiti artmaqda davam edir. 2018-ci ilin 9 ayında xarici ticarət balansında ÜDM-in təxminən 19%-i səviyyəsində müsbət saldo yaranmışdır. Qeyri-neft ixracı ötən ilin eyni dövrünə nəzərən 13% artmışdır.

 

Xarici maliyyələşmə şərtlərinin dəyişməsi ilə kapital çıxışı və  geosiyasi gərginliklər fonunda ticarət tərəfdaşı olan bəzi ölkələrdə milli valyutaların kəskin ucuzlaşması Azərbaycanın xarici ticarət balansına əhəmiyyətli təsir göstərməmişdir. Bu ölkələrdə mərkəzi banklar tərəfindən qəbul edilmiş pul siyasəti qərarları, o cümlədən faiz dərəcələrinin yüksəldilməsi maliyyə bazarlarını stabilləşdirmişdir. 

 

Xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində daxili valyuta bazarında tarazlıq qorunmuş və ölkənin strateji valyuta ehtiyatları 45 mlrd. ABŞ dollarına çatmışdır. 

 

Proqnozlara görə xarici mühitdə pozitiv meyillərin 2018-ci ilin qalan dövründə də davam edəcəyi gözlənilir.   

 

İqtisadi aktivlik

 

 İqtisadi artım ardıcıl 4-cü rübdür ki, pozitiv zonada olsa da potensialdan aşağıdır. 2018-ci ilin yanvar-sentyabr aylarında iqtisadi artım 0.8% olmuş, o cümlədən qeyri-neft sektorunda 1.1%-lik artım baş vermişdir. İqtisadi artım qeyri-neft sənayesində 10.7%, kənd təsərrüfatında 4.3% təşkil etmişdir.

 

Mərkəzi Bankın apardığı sorğular əsasında hesablanan biznes inam indeksi tikinti istisna olmaqla bütün sahələrdə iqtisadi aktivliyin nisbətən yüksəldiyini göstərir.

 

İqtisadi artım həm xarici, həm də daxili tələblə dəstəklənir.

 

Aşağı inflyasiya şəraitində əhalinin real gəlirlərinin artımı və istehlak kreditləşməsinin bərpası istehlakın artımı ilə müşaiyət olunur. İstehlakçı inam indeksi ardıcıl olaraq 4-cü rübdür ki, pozitiv zonadadır.

 

Xarici tələbin həm neft, həm də qeyri-neft ixrac komponentlərinin iqtisadi artımı stimullaşdırması fonunda ümumi investisiya aktivliyinin azalması iqtisadi artıma mənfi təsir göstərir. 

 

İnflyasiya riskləri

 

Qısamüddətli dövrdə inflyasiya riskləri balansında azaldıcı və sabitləşdirici amillər üstünlük təşkil edir. Bu amillərə əlverişli neft qiyməti, tədiyə balansının profisiti və kifayətlik normalarını üstələyən valyuta ehtiyatları aiddir. Qeyd olunanlar valyuta bazarındakı mövcud tarazlığı dəstəkləyir. Lakin, daxili inflyasiyanın ticarət tərəfdaşı ölkələrində yüksək məzənnə və qiymət volatilliyinə, habelə dünya ərzaq qiymətlərinin dəyişkənliyinə həssaslığı qalır. Ortamüddətli dövrə makroiqtisadi sabitlik və dayanıqlıq optimal monetar və konservativ fiskal siyasət əsasında formalaşdırılan makroiqtisadi çərçivədən, maliyyə sektorunda olan problemlərin bu çərçivə daxilində tənzimlənməsindən asılı olacaqdır. 

 

Monetar şərait

 

 Faiz dəhlizinin yeni parametrləri aşağı inflyasiya şəraitində milli valyutada yığımların cəlbediciliyini saxlamaqla digər amillərin də təsirinin neytrallaşdırılması ilə kredit faizlərinə azaldıcı təsir edən siqnal olacaqdır.

 

Monetar şəraitin bundan sonrakı normallaşması proqnozlaşdırılan inflyasiyanın hədəf intervalına uyğunluğundan asılı olacaqdır.  

 

Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin dekabr ayının sonunda müzakirə ediləcəkdir.

 

XXX

 

11:00

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin iclası başa çatıb.

 

"Marja"nın məlumatına görə, iclasdan sonra keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 30 Oktyabr 2018-ci il tarixində uçot dərəcəsinin 10%-dən 9.75%-ə endirilməsi haqqında qərar qəbul etmişdir.


Faiz dəhlizinin yuxarı və aşağı həddləri isə uçot dərəcəsinə  ±2%  dəhlizdə (yuxarı həddi 11,75%, aşğı həddi 7,75%) müəyyənləşdirilmişdir.

 

Bundan öncə faiz dəhlizinin yuxarı həddi 12%, aşğı həddi 8 % idi. 

 

İNFLYASİYA PROQNOZU

 

Elman Rüstəmov bildirdi ki, İdarə Heyətinin son iclasından keçən dövr ərzində inflyasiya azalmaqda davam etmişdir. 9 aylıq orta illik inflyasiya (2,6%) Mərkəzi Vankın   hədəf dəhlizindən (6-8%) aşağıda formalaşmışdır. Həm daxili, həm də xarici risk amillərinin yumuşalması fonunda Mərkəzi Bank cari ildə inflyasiyanın 3-4% ətrafında olacağını proqnozlaşdırır.

 

"Uçot dərəcəsinin gələcəkdə dəyişdirilməsi proqnozlaşdırılan inflyasiyanın elan olunan hədəf intervalına uyğunluğundan asılı olacaqdır", - Elman Rüstəmov dedi.

 

Mərkəzi Bankın İdarə Heyətinin növbəti toplantısı Dekabr ayında keçiriləcəkdir.

 

Elman Rüstəmov qeyd etdi ki, Azərbaycanın xarici ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması Azərbaycanın xarici ticarət balansına əhəmiyyətli təsir göstərməmişdir:

 

“Son 3 ayda beynalxaql konyuktura Azərbaycan üçün əlverişli olmaqda qalmışdır.Neftin qiyməti son dövrdə 37%-dən çox artmışdır. Neftin son 9 ayda orta qiyməti  73 dollar olmuşdur. Bu şəraitdə tədiyyə balansının profisiti artmaqda davam edib. 9 ay ərzində xarici ticarət balansında ümumi daxili məhsulun 19%-i səviyyəsində  profisit formalşamışdır. Qeyri-neft ixracı ötən ilin eyni dövrünə nisbətən 13% artmışdır.  Azərbaycanın xarici ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması Azərbaycanın xarici ticarət balansına əhəmiyyətli təsir göstərməmişdir. Bu ölkələrin mərkəzi bankları tərəfindən qəbul edilmiş pul siyasəti qərarları, o cümlədən faiz dərəcələrinin yüksəldilməsi maliyyə bazarlarını sabitləşdirmişdir. Xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində daxili valyuta bazarında tarazlıq hökm sürmüş, ölkənin strateji valyuta ehtiyatları artmaqda davam edərək 45 milyard dolları ötmüşdür. Proqnozlara görə, xarici mühitdə pozitiv meyillər 2018-ci ilin sonunadək davam edəcəkdir”.

 

SON 1 İLDƏ MƏRKƏZİ BANKIN FAİZ QƏRARLARI

 

-Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 15 noyabr 2017-ci il tarixində uçot dərəcəsinin və faiz dəhlizinin digər parametrlərinin dəyişməz saxlanılması (uçot dərəcəsi 15%, dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) barədə qərar qəbul etmişdi,

 

-Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 12 fevral 2018-ci il tarixində uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul etmişdi,

 

- Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 10 aprel 2018-ci il tarixindən uçot dərəcəsinin 13%-dən 11%-ə endirilməsi haqda qərar qəbul etmişdi. Faiz dəhlizinin yuxarı və aşağı həddləri isə uçot dərəcəsinə simmetrik diapazonda ±3%  müəyyənləşdirilmişdi.

 

- Mərkəzi Bankının İdarə Heyəti 14 iyun 2018-ci il tarixindən uçot dərəcəsinin 11%-dən 10%-ə endirilməsi haqda qərar qəbul etmiş, faiz dəhlizinin yuxarı və aşağı hədləri isə uçot dərəcəsinə simmetrik diapazonda ±2% səviyyəsində müəyyən edilmişdi (aşağı həddi 8%, yuxarı həddi 10%).

 

- Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 1 avqust 2018-ci il tarixində uçot dərəcəsinin 10% səviyyəsində və faiz dəhlizinin digər parametrlərinin (±2%-lik kənarlaşma ilə aşağı hədd 8%, yuxarı hədd 12%) dəyişməz saxlanılması barədə qərar qəbul etmişdi.

 

UÇOT DƏRƏCƏSİ NƏDİR?


Məlumat üçün bildirək ki, uçot dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir.


 
Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.

 

30.10.2018 08:01

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ