50-dən çox vətəndaşa da mal-qara verildi
Qısa müddət ərzində proqram iştirakçılarından 600-dən çoxu aktivlərlə təmin olunaraq fərdi təsərrüfatlarını yaradıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində bu gün Hacıqabul, Şamaxı, Ağsu, İmişli, Zərdab və digər bir neçə rayonda 50-dən çox işsiz və işaxtaran vətəndaşa mal və materiallar təqdim olunub.
Nazirlikdən "Marja"ya daxil olmuş məlumata görə, onlardan böyük əksəriyyəti biznes-planlarına uyğun olaraq heyvandarlıq üzrə kiçik ailə təsərrüfatlarını yaratmaq üçün iri və xırda buynuzlu mal-qara ilə təmin olunublar. Digər bir qisminə isə xidmət sahələri üzrə özünüməşğulluq fəaliyyətini qurmaq üçün zəruri materiallar verilib.
Ümumilikdə cari ilin ötən dövründə özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensialları olan 7300-dən çox vətəndaş seçilərək proqram üzrə təlimlərə cəlb olunub. Proqrama cəlb edilən işsiz və işaxtaranlar sırasında əlillliyi olanlara, şəhid ailələrinin üzvlərinə, məcburi köçkünlərə, sosial cəhətdən digər həssas qruplara üstünlük verilib. Təlim kursunu bitirərək qiymətləndirmələr zamanı biznes planları uğurlu hesab edilənlərin mal və materiallarla təmin olunması həyata keçirilir.
Cəbrayıl, Füzuli, Tərtər, Kürdəmir, Goranboy, Bərdə, Göygöl, Abşeron, Şəki, İmişli, Astara, Hacıqabul, Ağdam, Zaqatala, Balakən, Qax, Şəmkir, Qəbələ, Göyçay, Ucar, Yevlax və digər rayonlarda, habelə Bakı və Sumqayıt şəhərlərində proqram iştirakçılarından bir qisminə mal və materiallar verilməklə, onların kiçik ailə təsərrüfatlarını qurmaları təmin edilib.
Ümumilikdə proqram iştirakçılarından bu il artıq 600-dən çoxu aktivlərlə təmin olunaraq fərdi təsərrüfatlarını yaradıb. Hazırda bu proses davam etdirilir.
Mal və materiallarla təmin olunan vətəndaşlar aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması üçün aparılan ardıcıl işlərdən razılıqlarını bildiriblər. Onların öz fərdi təsərrüfatlarını yaradaraq gəlir götürürlər.
Yeni qurulan təsərrüfatların böyük əksəriyyətinin kənd təsərrüfatı sahələrini əhatə etməsi qeyri-neft sektorunun mühüm hissəsini təşkil edən aqrar sahənin inkişafına əlavə dəstək rolu oynayır.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
2 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 2 saat əvvəl
-
3 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı




























