Azərbaycanın iri şirkəti işçilərinin tələbə övladlarına təqaüd ödəyəcək
Veysəloğlu rəhbərliyi şirkət əməkdaşlarının ali təhsil müəssisələrinə tələbə adını qazanan övladları ilə görüş keçirib. Şirkət əməkdaşlarının ali təhsil müəssisələrinə qəbul olmuş övladlarına aylıq təqaüd müəyyən edib
Bu gün “Veysəloğlu Akademiya”da Şirkətlər Qrupunun əməkdaşlarının ali təhsil müəssisələrinə yüksək balla qəbul olaraq tələbə adını qazanan övladları ilə şirkət rəhbərliyi arasında növbəti görüş keçirilib.
Qrupdan "Marja"ya daxil olmuş məlumata görə, görüşdə şirkət rəhbərliyi yüksək bal toplayıb ölkənin və xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrə uğurlar arzulayaraq, onlara gələcəkdə daha da yüksək nəaliyyətlər əldə etməyi, savadlı kadrlar kimi yetişməyi, dövlətə və millətə layiqlı vətəndaş olmağı arzulayıb.
Qeyd edək ki, “Veysəloğlu” şirkətinin 37 nəfər əməkdaşının övladı 2018-2019 tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarından uğurla keçərək ölkəmizin və xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olublar.
Onlar əldə etdikləri yüksək nəticəyə görə “Veysəloğlu Tələbə Təqaüd Proqramı”nın (VTTP) iştirakçısı olmağa haqq qazanıb. Belə ki, şirkət əməkdaşlarının ali məktəblərə qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən övladları ilə bərabər, 500-600 bal arası nəticə göstərən övladlarına da aylıq təqaüd ödəniləcəkdir.
Bundan başqa, 300-500 bal arası nəticə göstərənlərə isə birdəfəlik mükafatlar verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
23 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 16 san. əvvəl
- 18 d. əvvəl
- 32 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Ən çox oxunanlar
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb






















