Neft və qaz xaric ixracımız açıqlandı

2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 176 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 102 ölkəyə məhsul ixrac olunmuş, 168 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 23159,4 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 15254,2 milyon dollar, idxalın dəyəri 7905,2 milyon dollar təşkil etmiş, nəticədə 7349,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,3 faiz, o cümlədən ixrac 37,9 faiz, idxal 28,0 faiz artmışdır. Real ifadədə dövriyyə 0,2 faiz, o cümlədən idxal 2,3 faiz azalmış, ixrac isə 0,9 faiz artmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 26,9 faizini İtaliyaya, 8,8 faizini Türkiyəyə, 7,0 faizini İsrailə, 5,2 faizini Hindistana, 4,7 faizini Çexiyaya, 4,4 faizini Almaniyaya, 3,9 faizini Tayvana (Çinin əyaləti), 3,8 faizini İndoneziyaya, 3,6 faizini Kanadaya, 3,3 faizini Portuqaliyaya, 3,1 faizini Rusiyaya, hər biri 2,7 faiz olmaqla Fransa və Gürcüstana, 2,3 faizini İspaniyaya, qalan 17,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,8 faizi Rusiya, 14,2 faizi Türkiyə, 10,3 faizi Çin, 6,1 faizi Almaniya, 4,9 faizi ABŞ, 4,0 faizi Ukrayna, 3,3 faizi Yaponiya, hər biri 3,1 faiz olmaqla İran və İtaliya, 2,6 faizi İsveçrə, 2,3 faizi Birləşmiş Krallıq, 2,1 faizi Cənubi Afrika Respublikası, 28,2 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2018-ci ilin yanvar-sentyabr aylarında 1 milyard 207,4 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar-sentyabr aylarına nisbətən faktiki qiymətlərlə 12,9 faiz, real ifadədə isə 3,5 faiz çoxdur.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
2018-ci ilin yanvar-sentyabr aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 30,3 faiz, kartof – 15,5 faiz, bitki yağları – 2,1 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,1 dəfə, meyvə və tərəvəz konservləri – 10,0 faiz, polietilen – 25,5 faiz, emal olunmamış alüminium – 21,1 faiz, pambıq lifi – 2,3 dəfə, qara metallardan borular – 6,2 faiz, pambıq ipliyi – 26,7 faiz artmış, təzə tərəvəz ixracı isə 6,2 faiz, şəkər – 31,6 faiz, tütün – 21,2 faiz, meyvə və tərəvəz şirələri – 13,9 faiz, çay – 21,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 6,4 faiz, qara metallardan yarımfabrikatlar – 66,5 faiz, bentonit gili – 10,4 faiz azalmışdır.
2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2018-ci ilin yanvar-sentyabr aylarında buğda idxalı 11,3 faiz, bitki yağları – 3,4 faiz, təzə meyvə – 51,2 faiz, quş əti və onun əlavə məhsulları – 24,1 faiz, qara metallardan borular – 2,0 dəfə, minik avtomobilləri – 2,5 dəfə, qara metallardan çubuqlar – 27,2 faiz, mineral gübrələr – 50,0 faiz, mebellər – 23,0 faiz, hesablama maşınları, blok və qurğuları – 11,3 faiz, polietilen – 29,2 faiz, məişət kondisionerləri – 35,3 faiz, yük avtomobilləri – 2,2 dəfə, paltaryuyan maşınlar – 18,0 faiz, sement və sement klinkerləri – 58,6 faiz, məişət soyuducuları – 2,0 dəfə artmış, siqaret idxalı isə 2,2 faiz, xam şəkər və şəkər – 35,3 faiz, kərə yağı, digər süd yağları və pastaları – 19,6 faiz, çay – 2,0 faiz, kartof – 17,3 faiz, mal əti – 20,3 faiz, təzə tərəvəz – 46,6 faiz, polad prokatı – 5,9 faiz, rezin şinlər – 1,3 faiz, qara metallardan künclüklər – 0,2 faiz, avtobuslar – 20,3 faiz azalmışdır.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 d. əvvəl
FAB Şirkətlər Qrupu Orta Asiya bazarına böyük həcmli ixraca hazırlaşır
-
14 d. əvvəl
"FED-in müstəqilliyini itirməsi halında qızılın qiyməti 5000 dollara çata bilər"
-
- 34 d. əvvəl
-
36 d. əvvəl
Mal-qaranın və keçi-qoyunların sayı ən aşağı həddə düşüb, ölkəyə ət idxalı 17,5 % artıb
- 42 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Qeyri-neft-qaz sektorun vergi daxilolmaları 690,4 milyon manat çox olub
-
1 saat əvvəl
"Rebuild Karabakh 2025"də sahibkarlar üçün ödənişsiz stend təklif olunur
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid


“Zamex”dən vətəndaş şikayətləri artıb

Azərbaycanda külək turbinləri istehsal oluna bilər - Türkiyə şirkətlərilə görüş keçirilib, Azərbaycana dəvət olunublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

“Azərşin” ləğv oluna bilər

"Maybo" şirkətinin xalis mənfəəti kəskin artıb

Yanğın hadisələri üzrə fermerlərə 29 min manat ödəniş edilib

AZCON-da yeni təyinat olub

Özəl bank dövlət bankının səhmdarları sırasına daxil olub

"Prime Cotton" 30 illik yubileyində pambıqçılar üçün ənənəvi “Açıq Tarla Günü”nü keçirdi

Batareya Saxlanc Sistemləri qurulur - Azərbaycanda deyil, bütövlükdə MDB-də ilk olacaq
