Prezidentdən turist axınının sürətləndirilməsilə bağlı - SƏRƏNCAM
Prezident İlham Əliyev “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalyıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti:
1.1. Azərbaycan Respublikasının Rusiya Federasiyası, Türkiyə Respublikası, İran İslam Respublikası və Gürcüstan ilə dövlət sərhədinin buraxılış məntəqələrindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidini təmin etmək məqsədi ilə xüsusi ayrılmış hərəkət zolaqlarının müəyyən edilməsi üçün müvafiq infrastrukturun yaradılmasını üç ay müddətində təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə birgə məlumat versinlər;
1.2. xüsusi ayrılmış hərəkət zolaqlarının nişanlanmasını və hər kəsin yaxşı görə biləcəyi məlumatlandırma lövhələrində hərəkət istiqamətlərinin əks etdirilməsini təmin etsinlər;
1.3. dövlət sərhədinin buraxılış məntəqələrindən keçidin sürətləndirilməsi və yarana biləcək sıxlığın qarşısının alınması məqsədi ilə qarşılıqlı fəaliyyət göstərərək əlaqələndirmə işlərini daha da təkmilləşdirsinlər.
2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi elektron vizaların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən bilavasitə Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində əldə edilməsinə şərait yaratmaq məqsədi ilə, bütün buraxılış məntəqələrində “ASAN ödəniş” terminalları vasitəsilə “ASAN Viza” sisteminə daxil olaraq elektron viza üçün müraciət etmək imkanının yaradılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:
3.1. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə birlikdə Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin buraxılış məntəqələrinin iş saatlarının artırılması ilə bağlı qarşı tərəflə danışıqlar apararaq tədbirlər görsün və nəticəsi barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə Xəzər dənizində gəmi turlarının təşkili məqsədi ilə Xəzər dənizinin sahilyanı dövlətləri ilə danışıqlar aparsın və nəticəsi barədə dörd ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. vizaların “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Viza” altsistemindən kənar doldurulması hallarının qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlikləri və konsulluqlarında quraşdırılmış “Viza” altsisteminə aid avadanlığın tam işlək vəziyyətə gətirilməsini və vizaların yalnız həmin altsistem vasitəsilə rəsmiləşdirilməsini üç ay müddətində təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN ödəniş” terminalları vasitəsilə elektron viza üçün bilavasitə Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində müraciət etmək imkanı olduğu barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
4. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrinə yaxın ərazilərdə və Bakı şəhərindən Azərbaycan Respublikasının digər şəhər və rayonlarına gedən yol qovşaqlarında həmin buraxılış məntəqələrindən şəxslərin keçidinin sıxlıq dərəcəsini əks etdirən interaktiv məlumat lövhələrinin quraşdırılmasını təmin etsin.
5. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti dövlət sərhədinin buraxılış məntəqələrində çalışan əməkdaşlarının mütəmadi olaraq müştəri (turist) məmnuniyyətinin və xarici dil biliklərinin artırılması üzrə təlimlərdə iştirakını təmin etsinlər.
6. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə birlikdə turizm sahəsində xidmət göstərən subyektləri viza prosedurlarının sadələşdirilməsi barədə məlumatlandırsın və onların gömrük və miqrasiya qanunvericiliyi ilə tanış olmasını təmin etsin.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bu Sərəncamın 2-ci hissəsini nəzərə almaqla, dövlət sərhədinin buraxılış məntəqələrində elektron vizaların operativ verilməsinin təmin edilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə razılaşdırılmış təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsin.
8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
8.1. Azərbaycan Respublikasının ərazisindən ixracı qadağan edilmiş, Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan mədəni sərvətlər istisna olmaqla, digər mədəni sərvətlərin ixracı ilə bağlı mühafizə şəhadətnaməsinin verilməsi prosedurunun sadələşdirilməsi və müddətlərin optimallaşdırılması üçün müvafiq normativ hüquqi aktlarında üç ay müddətində dəyişiklik edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
8.2. “Vizaların verilməsi işinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 noyabr tarixli 882 nömrəli Sərəncamı ilə verilmiş tapşırıqların tam şəkildə icrasını təmin etsin;
8.3. bu Sərəncamın 1.1-ci bəndində, 2-ci və 4-cü hissələrində və 8.2-ci bəndində nəzərdə tutulmuş tədbirlərin maliyyələşməsini təmin etsin;
8.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat sonra
- 7 d. əvvəl
-
-
18 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 22 d. əvvəl
-
1 saat əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
1 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
1 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
1 saat əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
2 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Ən çox oxunanlar
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®

























