Azərbaycanın Özbəkistana ixracı 3 dəfə artıb
İqtisadiyyat naziri Şahin Mustafayev Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyevlə görüşüb.
Görüşdə Şahin Mustafayev Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın qarşılıqlı hörmət, dostluq, faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu qeyd edib, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, 2004-cü ildə “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında” Bəyannamə imzalanıb, Azərbaycan-Özbəkistan əməkdaşlığının inkişafı üçün möhkəm hüquq-müqavilə bazası yaradılıb.
Hazırda Azərbaycanda tranzit, ticarət, sənaye və xidmət sahələrində Özbəkistan kapitallı 30-dan çox şirkət fəaliyyət göstərir. Azərbaycanın Özbəkistanda, eləcə də Özbəkistanın Azərbaycanda milli sərgiləri təşkil edilib. Bu ilin 9 ayında Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi 2 dəfə, ölkəmizin Özbəkistana ixracı 3 dəfə artıb.
Nazir Şahin Mustafayev Azərbaycanda əlverişli biznes və investisiya mühitinin yaradılğını, Dünya Bankının “Doing Business 2019” hesabatında öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edildiyini vurğulayıb, ölkələrimiz arasında sənaye, kənd təsrrüfatı, turizm, ticarət və s. sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarını, Azərbaycanın qeyri-neft məhsullarının Özbəkistana ixracının daha da artırılması üçün böyük potensialı diqqətə çatdırıb.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın əlverişli geostrateji mövqeyi və böyük tranzit potensialı barədə danışan İqtisadiyyat naziri Şahin Mustafayev Özbəkistanla nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.
Görüşdə nəqliyyat-tranzit əlaqlərinin genişləndirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun, nəqliyyat dəhlizlərinin, Bakı Beynəlxalq Ticarət Limanından imkanlarından daha geniş istifadə edilməsi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin təşviqi barədə müzakirələr aparılıb.
Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı qeyd edib, işgüzar görüşlərin, aparılan müzakirələrin, biznes forumların iqtisadi əlaqələrin inkişafında rolunu vurğulayıb.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
5 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
6 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 6 saat əvvəl
-
6 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























