Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Yeni başçısı olan Bakı sərt qışa necə hazırlaşır?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni başçısı olan Bakı sərt qışa necə hazırlaşır?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yolların buzdan və qardan vaxtında təmizlənməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bütün zəruri texnika tam hazır vəziyyətə gətirilib

 

Reklam_3_11

Qarşıdan soyuq, sərt qış gəlir. Paytaxtın küləkli və yağışlı-çiskinli havasında payız sərinliyindən daha çox qış sərtliyi hiss olunur. Etiraf etməliyik ki, əvvəllər hələ payızdan "Bakı qışa hazırdır” bəyan edilsə də, şəhərdə ciddi problemlər yaşanırdı.

 

Yağışlar və ilk qar yağan kimi enişli-yoxuşlu, sərt yolların, körpülərin buz bağlaması, həmçinin ortaya çıxan digər problemlər paytaxt sakinlərində narahatçılıq yaradırdı.

 

Bəs, görəsən, Bakı Şəhər İcra Hakimiyyəti builki qışa necə hazırlaşıb, qışa hazırlıqla bağlı hansı tədbirlər görülüb?

 

Xüsusi qərargah yaradılıb

 

2018-2019-cu ilin payız-qız mövsümünə hazırlıqla bağlı şəhər icra hakimiyyətində müvafiq sərəncam imzalanıb, tədbirlər planı təsdiq olunub və xüsusi qərargah yaradılıb.

 

Bu barədə məlumat verən Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatı şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ayaz Hüseynov bildirdi ki, paytaxtın bütün rayonlarında, idarə və müəssisələrdə, həmçinin şəhər icra hakimiyyəti tərkibində fəaliyyət göstərən departament və təşkilatlarda qış mövsümünə hazırlıqla bağlı tədbirlər planı hazırlanaraq qərargaha təqdim edilib. Paytaxt rayonlarına Bakı Şəhər İcra Hakimiyyətinin qış mövsümü ilə bağlı tövsiyələri paylanılıb.

 

Həmçinin "Azəriqaz” İB, "Azərişıq” ASC, "Azərsu” ASC, Bakı Su kanalı İdarəsi, "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”, Bakı Nəqliyyat Agentliyi payız-qış mövsümü ilə bağlı tədbirlər planlarını hazırlayaraq qərargaha təqdim ediblər. Adıçəkilən təşkilatların mövsümi tədbirlərlə bağlı görəcəkləri işlər qərargah tərəfindən koordinasiya olunacaq.

 

Ayaz Hüseynovun sözlərinə görə, hazırda qərargah üzvləri mütəmadi olaraq toplaşır və qarşıya çıxan problemlərin aradan qaldırılması yollarını müzakirə edirlər. Görülən işlərin əsas məqsədi qış aylarında şəhər sakinlərinin elektrik enerjisi, təbii qaz, su, istilik təchizatı və digər problemlərlə üzləşməməsinə nail olmaqdır.

 

Bəs, yollar qardan, buzdan necə təmizlənəcək?

 

Adətən, paytaxt sakinlərini daha çox narahat edən məsələ qarlı-şaxtalı günlərdə nəqliyyat sisteminin hərəkətində yaranan problemlər olur. Etiraf edək ki, əvvəllər Bakıya yağan qar avtomobillərin hərəkətində ciddi məhdudiyyətlər yaradırdı. Qarın təmizlənmə prosesində yaşanan ləngimələr yolların buz bağlamasına səbəb olurdu. Hətta buzun tez əriməsi üçün istifadə edilən texniki duz və qum yollara fəhlələr tərəfindən bel vasitəsi ilə səpilirdi.

 

Ancaq bu gün Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatı şəhər təsərrüfatının balansında müasir tipli qarkürüyücü, qartəmizləyici və duzsəpən avtomobillər mövcuddur. Qarlı havada bu texnikalar vasitəsi ilə yollarda yarana biləcək istənilən çətinliklərin aradan qaldırılması mümkündür.

 

Qışa hazırlıqla bağlı həmin texnikaların hansı vəziyyətdə olması ilə tanışlıq üçün üz tutduq İH-in bu prosesi həyata keçirən Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinə.

 

Texniki duz və qum ehtiyatları kifayət qədərdir

 

Qarşılaşdığımız ilk mənzərədən bəlli oldu ki, idarə payız-qış mövsümünə artıq tam hazırlıqlı vəziyyətə gətirilib. Yolların qar və buzdan təmizlənməsi üçün istifadə olunacaq texnika və mexanizmlər saz vəziyyətdədir. Buzun əriməsi üçün yollara səpilən texniki duz və qum ehtiyatları kifayət qədərdir.

 

İdarənin rəisi Mübariz Hüseynov deyir ki, bir aydan artıqdır hazırlıq işlərinə başlanılıb. Belə ki, idarənin balansında olan qış texnikası və nəqliyyat vasitələri bokslardan bayıra çıxarılaraq start vəziyyətinə gətirilib.

 

İdarənin anbarında hazırda 2000 ton texniki duz var. Gələcəkdə əlavə olaraq daha 1000 ton duzun alınması nəzərdə tutulub. Oktyabr ayında 300 ton duz alınaraq anbarlara yığılıb. Bundan başqa, qum ehtiyatları da kifayət qədər yaradılıb.

 

M.Hüseynovun sözlərinə görə, mövcud olan duz və qum ehtiyatları yollarda yarana biləcək buz probleminin aradan qaldırılmasına imkan verəcək.

 

Müxtəlif təyinatlı texnikalar tam yoxlamadan keçib

 

Texnikalara gəlincə, idarədə hazırda 1 ədəd XCMG markalı kürüyücü avtoqreyder, 2 ədəd "Hitachi” markalı yükləyici ekskavator, 1 ədəd kürüyücü-yükləyici CAT 428F markalı avtotraktor, 2 ədəd JAK markalı vakuum tipli avtomaşın mövcuddur.

 

Bundan başqa, 12 ədəd MAN 18350 markalı qarkürüyücü avtomaşın, 16 ədəd KamAZ 53229 markalı qum-duz səpən və kürüyücü avtomaşın, 8 ədəd MAZ MDK 5337 markalı qum-duz səpən və kürüyücü avtomaşınlar tam hazır vəziyyətə gətirilib və sürücülərlə təmin edilib.

 

Texnikaların Almaniya və Rusiyadan alındığını deyən idarə rəisinin sözlərinə görə, hər avtomobil üçün 3 sürücü təhkim edilib. Yəni günün istənilən saatında baş verə biləcək problemin qarşısının alınması mümkündür.

 

Bakı şəhərinin bütün rayonları üzrə təhkimçilər təyin edilib

 

Onu da diqqətə çatdıraq ki, 120 nəfərin çalışdığı idarə günün 24 saatı işlədiyi üçün burada çalışan əməkdaşların rahatlığı və istirahəti üçün lazımi şərait yaradılıb, otaqlar istiliklə təchiz olunub.

 

Gün ərzində işlərin vaxtı-vaxtında və keyfiyyətli aparılması məqsədi ilə növbətçilik tərtib edilib. Bütün işçilərə məsuliyyətləri ilə bağlı təlimlər keçirilib və Bakı şəhərinin rayonları üzrə təhkimçilər təyin edilib. Bu şəxslər mütəmadi olaraq yerlərdəki məlumatları idarəyə çatdırırlar. Burada gündəlik növbə ilə işləyən işçilərin hətta isti yeməklərlə təmin edilməsi də həyata keçirilir.

 

Yolların təmizlənməsinə və duzlanmasına hazırlıqlara gecə saatlarında başlanılacaq

 

Yolların duzlama-qumlama prosesinə gəlincə isə Mübariz Hüseynov deyir ki, işlər hər gün idarəyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan telefonoqrammalara əsasən qurulur.

 

Əgər sabah qarlı-şaxtalı hava gözlənilirsə, gecə saatlarında texniki duzla yüklənmiş avtomaşınlar, qarkürüyücü maşınlar şəhərin bütün istiqamətlərində hazırlıq vəziyyətinə gətirilirlər. Maşınlar əsasən mərkəzi küçələrdə, körpülər və tunellərin yaxınlığında dayanırlar. Körpülərin altı boş olduğu üçün daha tez donma, buzlama ehtimalı olur. İnsanlar səhər saatlarında işə gedərkən yollar, körpülər buz örtüyündən təmizlənməlidir. Əks halda şəhərdə tıxaclar əmələ gələ bilər. Belə vəziyyətlərdə Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları da idarə işçilərinə yardımçı olurlar. Ona görə də heç bir problem yaşanmır.

 

Texniki duzun avtomobillərə və asfalta heç bir ziyanı yoxdur

 

Öncə onu xatırladaq ki, əvvəllər bu proses çətinliklə həyata keçirilirdi. Belə ki, texniki duz və qumla doldurulan yük maşınları yol kənarında hərəkət edir, işçilər isə bel ilə duzu, qumu yola səpirdilər. Bu, əziyyətli iş olmaqla yanaşı, həm də avtomobillərin hərəkətinə maneçilik yaradırdı. Ancaq bu gün bütün prosesi avtotexnikalar, qum-duz səpən və kürüyücü avtomaşınlar çox asanlıqla həyata keçirirlər.

 

İdarə rəisi deyir ki, şaxtalı havada yağan qarı və buz örtüyünü təmizləmək üçün əsasən texniki duzdan istifadə edilir. Çünki texniki duz qar və buz əriyərkən suya qarışıb yox olur. Qum isə bir qədər problem yaradır. Buz örtüyü əriyəndən sonra səkilərin kənarında yığılıb qalır və küləklə havaya sovrulur.

 

Ona görə də əsasən texniki duzdan istifadəyə üstünlük verilir: "Bəzi hallarda deyirlər ki, texniki duz asfalt örtüyü və avtomobillərə ziyan vurur. Bakı şəhərində hələ heç bir yola duzdan zərər dəyməyib. Avtomobillər də yuyularaq duzdan təmizlənir. Əgər duzun avtomobillərə ziyanı olsaydı, biz hər il yeni duz səpən avtomobil almaq məcburiyyətində qalardıq. Lakin texnikalarımız saz vəziyyətdə qalır”.

 

Müasir qarkürüyücü və təmizləyici ilə təchiz olunan nəqliyyat vasitələri, duz-qum səpən texnikalarla tanışlığımıza, apardığımız müşahidələrə əsasən deyə bilərik ki, Bakı Şəhər İcra Hakimiyyəti qışa ciddi hazırlıq görüb.

 

Yəqin, bu qış paytaxtımızın yollarında ciddi problemlərlə üzləşməyəcəyik.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Fərizə ƏHMƏDOVA, "Azərbaycan”

27.11.2018 05:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ