Toplantıda iştirak edəcək ölkələrin sayı dəqiqləşib
Fevralın 23-də Bakı şəhərində keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü görüşünə hazırlıq işləri yekunlaşıb. Bu barədə Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Toplantıda iştirak edəcək ölkələrin sayı dəqiqləşib. Məşvərət Şurasının III iclasında ABŞ-ı dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan, Böyük Britaniyanı baş nazirin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson, Avropa İttifaqını isə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç təmsil edəcək. Avropa İttifaqının nümayəndə heyərinin tərkibinə, həmçinin Avropa Komissiyasının nümayəndələri Bernard Birvert, Andras Rozmer, Kurt Qlayzer və Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard daxildir.
İclasda “Cənub Qaz Dəhlizi” layihəsinə cəlb edilmiş ölkələrin nazirlərindən - Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak, Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda, Yunanıstanın ətraf mühit və energetika naziri Georgios Statakis, Albaniyanın energetika və sənaye nazirinin müavini İlir Bejtja, Bolqarıstanın energetika naziri Nikolay Pavlov və onu müşayiət edəcək “Bulgarian Energy Holding”, “Bulgargaz”, “İGB” və Energetika Nazirliyinin nümayəndələri də iştirak edəcəklər.
Monteneqronun iqtisadiyyat naziri Dragitsa Sekuliç, Xorvatiyanın ətraf mühitin mühafizəsi və enerji naziri Slaven Dobroviç, Bosniya və Herseqovinadan isə xarici ticarət naziri Mirko Saroviç tədbirə qatılacaq. Serbiya, Rumıniya, Macarıstan, Çexiya, Polşa və Ukraynanın nümayəndələri qismində bu ölkələrin Azərbaycandakı səfirləri müəyyənləşib.
Beynəlxalq maliyyə qurumlarından isə tədbirə Dünya Bankının enerji və hasilat üzrə baş direktoru Rikardo Puliti, Avropa İnvestisiya Bankının (AİB) Mərkəzi və Cənubi Avropa şöbəsinin müdiri Flavia Palanzanın rəhbərlik edəcəyi nümayəndə heyəti qatılacaq. Nümayəndə heyətinə AİB-nin enerji təhlükəsizliyi bölməsinin direktoru Racan Sancoy, onun müavini Piter Cefreys və bankın Türkiyəyə ayırdığı kreditlər üzrə baş mütəxəssisi Tekin Çotuk daxildir. Avropa Yenidənqurma və İnkişaf Bankını (EBRD) qurumun enerji və təbii sərvətlər üzrə direktoru Nandita Parşad, həmçinin bankın Rusiya, Qafqaz, Mərkəzi Asiya üzrə direktoru Aida Sitdikova, Cənubi Qafqaz, Moldova və Belarus üzrə direktoru Bruno Balvanera, EBRD-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri İvana Duarte, Bankın Təbii resurslar Departamentinin rəhbəri Natalya Lakorzanadan ibarət geniş tərkibli nümayəndə heyəti, Almaniya İnkişaf Bankı (KfW) İdarə Heyətinin üzvü Markus Skir, Bankın neft, qaz və neft-kimya üzrə vitse-prezidenti Maykl Veytz də Məşvərət Şurasının III iclasının iştirakçıları sırasındadır.
Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) Qafqaz üzrə regional direktoru Jan van Bilsen, Balkanlar üzrə regional direktoru Tomas Lubek, Azərbaycan üzrə nümayəndəsi Aliyə Əzimova və Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov da toplantıda iştirak edəcəklər.
Tədbirdə iştirakı dəqiqləşənlər arasında TANAP-ın baş direktoru Saltuk Düzyol, TAP-ın icraçı direktoru Yan Bradşounun rəhbərlik etdiyi nümayəndə heyəti, İAP üzrə təmsilçi Vedran Spehar, eləcə də başqa regional president Qordon Birrell olmaqla BP şirkəti geniş tərkibdə yer alıb. Bununla yanaşı, toplantıda "SNAM", "Total" şirkətlərinın də iştirakı nəzərdə tutulub.
“Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının III iclası dörd plenar sessiya üzrə davam edəcək. Birinci sessiyada “Cənub Qaz Dəhlizi” layihəsinin bütün seqmentləri üzrə görülmüş işlərə dair hesabatlar diqqətə çatdırılacaq. M.Şevçoviç və energetika naziri Natiq Əliyevin moderatorluğu ilə keçirilən ikinci plenar sessiyada layihəyə cəlb edilmiş ölkələrin nazirlərinin çıxışları nəzərdə tutulub. Üçüncü plenar sessiya “Global enerji bazarının dəyişən trendləri fonunda CQD-nin maliyyələşdirilməsi” mövzusuna həsr olunub.
Dördüncü hissədə isə “Cənub Qaz Dəhlizi” layihəsinin genişləndirilməsi perspektivləri, İAP istiqaməti üzrə məruzələr dinləniləcək.
Yekun olaraq “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən Birgə Bəyannamənin imzalanması planlaşdırılır.
Daha sonra energetika naziri N.Əliyev, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti M.Şevçoviçin iştirakı ilə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, müvafiq layihənin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının yaradılması təşəbbüsü bu layihənin strateji əhəmiyyətini yüksək qiymətləndirən, eyni zamanda onun enerji sahəsindəki əməkdaşlığı daha da dərinləşdirməsi perspektivlərinə böyük önəm verən Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülüb. Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası Azərbaycan Energetika Nazirliyinə tapşırılıb. “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının ilk iclası 2015-ci il fevralın 12-də, ikinci iclası isə ötən il fevralın 29-da keçirilib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
15 saat sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
13 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
1 saat əvvəl
Bakıda 49 mərtəbəli, 185 metrlik “Gilavar” kompleksi və 90 metrlik qüllə
-
1 saat əvvəl
Bakıda Böyükşor gölünün ətrafı dəyişəcək - Ərəb şirkəti inkişaf planını açıqladı
-
1 saat əvvəl
Prezidentə Bakıda yeni yaşayış kompleksləri və iri tikinti layihələri təqdim olundu
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi ®
-
2 saat əvvəl
Ziraat Bank Azərbaycan “Zəfər Günü” münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib ®
-
2 saat əvvəl
Bakıda və bəzi bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Prezidentə Bakıda yeni yaşayış kompleksləri və iri tikinti layihələri təqdim olundu
İldə 4 ton şərab istehsal edən ailə təsərrüfatına dəstək göstərilib - “Mistika”nın istehsalı genişləndiriləcək
Ən çox oxunanlar
Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Azərbaycanda Google Ads Google Ads Sales Representative: yerli təcrübə və biznes üçün yeni imkanlar
“Şərəf” ordeni ilə təltif edildi
Havanı çirkləndirən müəssisələrə nəzarət gücləndiriləcək – Prezidentdən yeni Sərəncam
Avrozonada inflyasiya son 3 ilin ən yüksək səviyyəsinə çatıb – Yeni faiz artımı gözlənilir

























