İqtisadçılar Samir Şərifovun “manat” çıxışını şərh ediblər
“Azərbaycana milli valyuta məzənnəsinin həddən artıq möhkəmlənməsi lazım deyil”.
Bu sözləri Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib. Samir Şərifov fikrini “çox güclü manat Azərbaycan istehsalçılarının ixrac potensialına mənfi təsir edir. Onların məhsulları ixrac üçün daha az rəqabətə davamlı olur. Digər tərəfdən, yerli istehsalçılar daxili bazarda da rəqabətdə uduzmağa başlayırlar, çünki idxal olunan mallar daha da ucuzlaşır”, sözlərilə əsaslandırıb.
Məsələ ilə bağlı açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, Samir Şərifovun səsləndirdiyi fikirlər prinsipcə iqtisadiyyatda bilinən bir şeydir.
İqtisadçı ekspert bildirib ki, həqiqətən də çox güclü valyuta ölkədəki ixracatçıların ziyanınadır:
“Məsələ burasındadır ki, Azərbaycan neft və qazdan başqa nə ixrac edir ki? Neft və qazın qiymətini isə biz müəyyən etmirik. Hətta neft və qazın qiymətini dünya iqtisadiyyatı yox, dünyanın geosiyasəti müəyyən edir”.
Əkrəm Həsənov vurğulayıb ki, Azərbaycanda həqiqətən də sahibkarlığın möhkəmlənməsi üçün ciddi addımlar atılsa, bu zaman güclü manatın bizə mane olduğunu deyə bilərik:
“Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin “Hamı yerli mal alsın, xeyir vətənə qalsın”, şüarı var idi. Bu fikir də düzgündür, ancaq gərək yerli sahibkara şərait yaradılsın. Yaradılacaq şərait yol xəritəsi, dövlət proqramı yox, ilk növbədə qanunların işləməsi, mülkiyyət hüququnun qorunması, məhkəmələrin ədalətli olmasıdır. Əgər bu sadaladıqlarım yoxdursa, ölkədə heç bir sahibkar inkişaf edə bilməz”.
İqtisadçı ekspert Samir Şərifovun bu açıqlama ilə özünü sığortaladığını deyib:
“Təxminən ay yarım əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmov manatın məzənnəsinə təminat vermədiklərini bildirdi. Samir Şərifov isə açıqlama verərək qeyd etmişdi ki, 3 il ərzində manatın məzənnəsinin sabit qalmasına təminat verir. Halbuki, manatın məzənnəsi neftdən asılı bir şeydir. Samir Şərifov əvvəl qoyduğu mövqeni yumşaldır. Əgər bir müddət sonra devalvasiya olsa və Samir Şərifovdan soruşulsa ki, bəs 2018-ci ilin payızında manatın məzənnəsinin 3 il ərzində sabit qalacağına təminat vermişdiniz. O da deyəcək ki, payızda elə demişdim, qışda da demişdim ki, “milli valyuta məzənnəsinin həddən artıq möhkəmlənməsi lazım deyil”.
Əkrəm Həsənov bildirib ki, manatın devalvasiyası Samir Şərifovla, Elman Rüstəmovun çıxışlarından yox, neftin qiymətindən asılıdır:
“Neftin qiyməti bu şəkildə düşməkdə davam etsə, devalvasiya qaçınmazıdır”.
İqtisadçı alim Qubad İbadoğlu isə Samir Şərifovun səsləndirdiyi fikirləri bu cür şərh edib:
“Neftin qiyməti ucuzlaşan kimi hökumətin yadına manat düşür. Maliyyə nazirinin açıqlamasına görə, “manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu xaricdən idxalın artmasına səbəb olur. Bir sözlə, Azərbaycan cəlbedici ölkəyə çevrilir. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq”.
Birincisi, onu qeyd edim ki, dünya bazarında neftin qiyməti ucuzlaşmağa başlayanda Bakıda rəsmilərin könlündən manatın yenidən devalvasiyası keçir. Əslində bu, xüsusilə də büdcənin doldurulması baxımından asan və cəlbedicidir. Gəlin sadə bir hesablama aparaq. Bu günlərdə təsdiq olunmuş 2019-cu ilin büdcəsinə Dövlət Neft Fondundan (DNF) 11 milyard 364 milyon manat vəsait transfer olunacaq. Bilirsiniz ki, DNF-yə vəsaitlər dollarla daxil olur. Bu isə o deməkdir ki, manatın məzənnəsi gələn il sabit qalarsa, onda DNF-dən transfer 6 milyard 685 milyon dolların (11.364 mln. manat/1.7 manat) ekvivalentində olacaq. Əgər manatın məzənnəsi 1.7 AZN deyil, gələn il orta hesabla 1.8 AZN-ə qədər ucuzlaşarsa, onda DNF-nin büdcəyə transferi 6 milyard 313 milyon dollar, 1.9 AZN-ə qədər ucuzlaşarsa, 5 milyard 981 milyon dollar, 2 AZN-ə qədər ucuzlaşarsa, 5 milyard 682 milyon dollara qədər azala bilər. Bu isə təxminən 1 milyard dollara qənaət deməkdir.
İkincisi, Azərbaycan həqiqətən də bahalı, lakin keyfiyyətsiz və təhlükəli malların idxalı üçün cəlbedici ölkəyə çevrilir.
Nəhayət, manatın məzənnəsinin 1 il 7 aydır ki, durduğu yerdə qalması qeyri-neft ixracatının artım tempinin aşağı düşməsində əhəmiyyətli rol oynayır”.
Qubad İbadoğlu sonda qeyd edib ki, maliyyə naziri açıqlaması ilə manatın məzənnəsinin sabit saxlanılması siyasətinin dəyişəcəyinə eyham vurub. Onun nə qədər tez baş verməsi həm də dünya bazarında neftin qiymət səviyyəsindən asılı olan məsələdir”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Yenicag.az
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
17 saat əvvəl
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
-
-
17 saat əvvəl
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
-
17 saat əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
18 saat əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
18 saat əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
-
18 saat əvvəl
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
- 19 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gömrükdən yükün maneəsiz keçirilməsi üçün pul almaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlarla bağlı cinayət işi başlanıb – Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
























