Devalvasiya qorxusunu azaldacaq açıqlama
İqtisadçı: "Yaxın dövrdə manatın dəyərdən salınacağını gözləmiəm"
Tanınmış iqtisadçı Rövşən Ağayev də maliyyə naziri Samir Şərifovun “Manat“ açıqlamasına münasibət bildirib. Xatırladaq ki, maliyyə naziri güclü Manatın Azərbaycan üçün faydalı olmadığını bildirib.
“Marja” xəbər verir ki, Rövşən Ağayev Faebook səhifəsində yazıb:
“Azərbaycan manatının ABŞ dolları qarşısında nominal dəyəri ilin əvvəlindən dəyişməyib - 1.7 manat=1 ABŞ dolları məzənnəsi il boyu bankların valyuta alqı-satqısı lövhələrində qalıb. Belə bir vəziyyətdə maliyyə naziri ola bilər milli valyutanın nominal olaraq deyil, real bahalanması ilə bağlı narahatlığını dilə gətirib. Həssas mövzu olduğu üçün xeyli müzakirə yaratdı.
Manat real olaraq bahalanıbmı? Bəli.
Mərkəzi Bankın məlumatına görə, qeyri-neft sektoru üzrə manat real olaraq 10%-ə yaxın bahalananıb.
2015-ci ilin devalvasiya şokundan sonra bu səviyyədə bahalanma olmamışdı. Məsələn, 2016-cı ildə real effektiv məzənnə 1% ucuzlaşmışdı, 2017-ci ildə 4% bahalanmışdı. İndi isə birdən-birə 10%-ə yaxın real bahalanma.
Sual oluna bilər - nominal məzənnə sabit qalırsa, manat necə real olaraq bahalana bilir?
Çox sadə: bizim əsas ticarət partnyorumuz olan ölkələrdə milli valyutalar dəyərdən düşür, inflyasiyanın artım tempi isə milli valyutaların dəyərsizləşmə tempindən geridə qalır, nəticədə ixtiyari mal səbətini aparıcı valyutalarla (avro, dollar) almaq daha sərfəli olur. İqtisadi terminlərdən uzaq, asan anlaşılan bir izah: Türkiyədə 100 məhsuldan ibarət ixtiyari bir səbətin dəyəri 2018-ci ilin yanvarında 350 lirə, həmin dövrün nominal kursu ilə 100 dollar idi. Artıq 2018-ci ilin dekabrında həmin səbətin dəyəri inflyasiya nəticəsində 450 lirə olub - hazırkı məzənnə ilə 88 dollar. Göründüyü kimi, səbət 12% ucuzlaşıb.
Eyni vaxtda Azərbaycanda bu səbət 166.7 manat idi - o zamanın kursu ilə 98 dollar. İl ərzində 2.5% inflyasiya oldu və səbət 4.3 manat bahalanaraq 171 manata və indiki məzənnə ilə 100.5 dollara yüksəlib.
Nəticə nədir - il ərzində lirə real olaraq 12% ucuzlaşıb, manat isə 0.5% bahalanıb. Belə vəziyyətdə həmin səbəti Türkiyədən idxal etmək əcnəbi üçün daha sərfəli olur - yəni Türkiyənin ixracı stimullaşır, paralel olaraq Azərbaycandan idxala maraq azalır.
Bura qədər maliyyə nazirinin arqumenti çox cəlbedici görünür və nazirə haqq qazandırmaq çox məntiqli görünür.
Amma əgər Türkiyədən fərqli olaraq sənin həmin səbətə qoymaq üçün əmtəə istehsalı potensialın çox məhdudursa, əksinə həmin səbəti sən özün xaricdən idxal etməyə məhkumsansa, vəziyyət dəyişir. Olmayan (ya da çox az olan) ixracını həvəsləndirmək istəyərkən, bu ixracdan 6 dəfə çox olan idxalını da bahalndırmış olursan.
Bir sözlə, ixracın stimullaşdırılmasında məzənnə siyasətinin effektiv bir alət kimi istifadəsi o zaman səmərə verir ki, ixrac səbətinin çeşidi xeyli dərəcədə rəngarəng, daxili tələbatı ödədikdən sonra səbətə qoyacaq əhəmiyyətli həcmdə əmtəyə sahib olursan. Üstəgəl, milli valyutanın məzənnəsini təkcə əmtəə ticarətində deyil, həmçinin çeşidli xidmətlərin idxal-ixracında, qiymətli kağızlar və borc bazarlarında baş verən proseslər diqtə edir.
Yenidən başa qayıdırsan, əhalini panikaya salıb əmanətlərini dollara çevirməyə, banklardakı pullarını geri çəkməyə, bankları manatla kreditdən imtina etməyə, iqtisadiyyatı 2 rəqəmli inflyasiya ilə yaşamağa məhkum buraxırsan.
Çox uzatmaq istəmirəm, manatın real bahalanmasının qarşısını almağın yeganə açarı üzən məzənnə rejiminə keçiddir. Bu rejim isə yalnız o zaman mümkün olacaq: tədiyə balansı çərçivəsində ölkəyə gələn valyuta axınlarında neft-sektorunun hazırkı 75%-lik payını heç olmasa 25-30%-ə endirmək mümkün olsun.
P.S. Rəsmi açıqlamalar hər nə olursa olsun, Azərbaycanda yaxın dövr üçün manatın dəyərdən salınacağı ilə bağlı gözləntim yoxdur. Əhalinin maraqları üçün demirəm, bu siyasi baxımdan hökumətin özünün mənafelərinə ağır zərbə olardı”.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan Bankkart Business kredit və Bankkart Business kredit platinum kartlarını təqdim edib!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 11 d. əvvəl
-
- 22 d. əvvəl
- 26 d. əvvəl
- 38 d. əvvəl
-
10 saat əvvəl
"Siz yeni qaz yataqlarını kəşf edəcəksiniz və bizim bu məsələyə çox böyük marağımız var"
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Ulduz" metrostansiyasının qarşısında yol təmir olunacaq, nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Neft qiymətləri daha da artıb
Rəsmi məzənnələr açıqlandı
"Siz yeni qaz yataqlarını kəşf edəcəksiniz və bizim bu məsələyə çox böyük marağımız var"
Azercell 268 yeni baza stansiyası istifadəyə verib
Qəbələdə alkoqollu və alkoqolsuz içkilər zavodu tikilir - Nazir işlərin mövcud vəziyyəti ilə tanış olub
Ən çox oxunanlar
Hökumətdən Aİ-92 benzini və dizel yanacağı ilə bağlı qərar
Çexiya Azərbaycana yeni “L-39NG” təyyarəsini təklif edir
"ŞKODA" şirkəti Bakı metrosuna qatar satmaq istəyir
Azərbaycan şirkətləri Çexiya şirkətlərilə anlaşdı
"Biz buraya ÇES adlanan yarıdövlət şirkətimizlə gəlmişik və o, müqavilə imzalamaq istəyir"
Bəzi rayonlarda yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ






.jpg)










.jpg)




