Dövlət xətti ilə ipoteka krediti alanların sayı 25 minə çatdı
2006-cı ildən etibarən İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 1,2 mlrd. manata, ipoteka krediti hesabına mənzil şəraitini yaxşılaşdıran ailələrin sayı isə 25000-ə çatmışdır.
Bu barədə “Marja”ya İpoteka və Kredit Zəmanət Fondunun Mətbuat Xidmətindən bildirilib.
Xidmətin məlumatında qeyd edilib ki, ötən dövr ərzində ipoteka kreditləşməsi böyük bir inkişaf yolu keçmiş, əhalinin ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə ipoteka kreditlərinin şərtlərinin daim əhalinin ehtiyaclarına uyğun olaraq təkmilləşdirilməsi həyata keçirilmişdir. Xüsusilə son il ərzində ipoteka kreditləri sistemində əsaslı yeniliklər baş vermişdir. Şəxsi yığımları qənaətbəxş səviyyədə olmayan vətəndaşların mənzil təminatının yaxşılaşdırılması məqsədilə ipoteka kreditləri üzrə zəmanət mexanizminin tətbiqinə başlanılmış, güzəştli ipoteka krediti almaq hüququ olan şəxslərin dairəsi genişləndirilmişdir. İpoteka kreditləşməsinin effektivliyinin və əhalinin ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə ipoteka kreditləri üzrə maksimal məbləğ 150 000 manatadək, güzəştli ipoteka kreditləri üzrə maksimal məbləğ isə 100 000 manatadək artırılmışdır.
İpoteka krediti sahəsində borcalanların qiymətləndirilməsi prosesinin sadələşdirilməsi məqsədilə ilkin ödənişin məbləği yaşayış sahəsinin qiymətinin 40 faizindən çox olduğu hallarda ipoteka krediti üzrə aylıq ödəniş məbləğinin aylıq məcmu gəlirə nisbətinə dair tələb aradan qaldırılmışdır. İqtisadi və hüquqi şəraitin dəyişməsi ilə əlaqədar ödəniş qabiliyyəti pisləşən borcalanların hüquqlarının müdafiəsi üçün ipoteka kreditlərinin restrukturizasiya mexanizmi yaradılmışdır.
İpoteka kreditlərinin verilməsi prosesləri, o cümlədən əhalidən kredit üzrə birbaşa elektron müraciətlərin qəbulu, habelə müvəkkil banklar tərəfindən verilmiş ipoteka kreditlərinin rəsmiləşdirilməsi və yenidən maliyyələşdirilməsi prosesləri tam avtomatlaşdırılmışdır. Elektron sistemlər müvəkkil banklar tərəfindən əhaliyə ipoteka kreditlərinin verilməsi mərhələlərinin izlənməsinə, bütövlükdə ipoteka kreditləşməsi prosesinin şəffaflığının daha da yüksəlməsinə şərait yaratmışdır. Eyni zamanda əhalinin ipoteka kreditləri üzrə öz ödənişlərini müxtəlif ödəniş vasitələrindən istifadə etməklə elektron qaydada aparması imkanı yaradılmışdır.
Görülmüş tədbirlər nəticəsində cari ildə ipoteka kreditlərinin verilmə prosesi sürətlənmiş, 30.11.2018-ci il tarixinədək müvəkkil banklar tərəfindən 241,7 mln manat həcmində 3.528 (adi kreditlər – 2.428 kredit üzrə 172,46 mln. manat, güzəştli kreditlər – 1.100 kredit üzrə 69,24 mln.manat) ipoteka krediti verilmişdir. Ötən ilin analoji dövrü ilə müqayisədə verilən kreditlərin həcmi 69 mln.manat və ya 40% artmışdır. Belə ki, ötən ilin anoloji dövründə 172,7 mln. manat həcmində 2.687 kredit rəsmiləşdirilmişdir.
Cari ildə ipoteka kreditləri vasitəsilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin satışının dəstəklənməsi də həyata keçirilmişdir. Belə ki, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na müvafiq olaraq 10.09.2018-ci il tarixindən etibarən Agentliyin sərəncamında olan mənzillərin güzəştli ipoteka kreditləri vasitəsilə maliyyələşdirilməsinə başlanılmışdır. 30.11.2018-ci il tarixinə artıq 217 şəxsə MİDA-nın sərəncamında olan güzəştli mənzillərin alınması üçün 9,6 mln.manat məbləğində güzəştli, 13 şəxsə isə 450 min manat məbləğində isə adi ipoteka kreditləri verilmişdir.
Qeyd etmək lazımdır ki, Fond tərəfindən ipoteka kreditlərindən faydalana biləcək şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə yeni ipoteka məhsullarının tətbiqi sahəsində hazırda müvafiq beynəlxalq təcrübənin öyrənilməsi və aidiyyəti tədbirlərin görülməsi davam etdirilir.
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 11 saat sonra
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Xəzər sahilində yerləşən, hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“FINCA Azerbaijan” 15% ödəməyə hazırdır - 5 milyon manat da borclanacaq
-
7 saat əvvəl
Samuxda təhlükəli xəstəlik şübhəsi - Təsərrüfata giriş-çıxış məhdudlaşdırıldı
-
8 saat əvvəl
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
-
9 saat əvvəl
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
Hacıqabul Sənaye Parkında yeni şirkət - 4,7 milyon manatlıq gübrə və biopestisidlərin istehsalı layihəsi
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
Avqustun 14-də gözlənilən hava şəraiti






















