İpoteka istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat
Bakı Fond Birjası bildirir ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2024008685, AZ2025008684, AZ2026008683 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 3 dekabr 2018-ci il tarixində AZ2024008685, AZ2025008684, AZ2026008683 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən, 3 dekabr 2018-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 926.66 AZN təşkil edir.
Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 926.66 AZN məbləği əsasında hesablanacaq.
Bakı Fond Birjasında AZ2024008685, AZ2025008684, AZ2026008683 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 926.66 AZN olması nəzərə alınmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 2 saat əvvəl
-
8 saat əvvəl
Honda elektrik avtomobillərinə 65 milyard dollar sərmayə yatıracaq
-
11 saat əvvəl
Mərkəzi Bank: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
-
12 saat əvvəl
Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
-
13 saat əvvəl
Teplovozlardan biri Bakıya çatdırılıb - ADY lokomotiv parkını sağlamlaşdırır
-
13 saat əvvəl
Azərbaycanda özbaşına inşa edilmiş mənzillərlə bağlı hüquqi sənədlər hazırlanır
- 13 saat əvvəl
-
14 saat əvvəl
“Ələt Azad İqtisadi Zonasının karqo terminalı ilə illik 500 min ton yük daşınacaq”
- 14 saat əvvəl
-
14 saat əvvəl
328 tam təmirli mənzil kirayə mexanizmi ilə satışda - aylıq ödənişləri 376 manatdan başlayır
-
14 saat əvvəl
İstehlak kreditləri portfelinin dollarlaşması tarixi minimuma enib