Bakıda müasir ət satışı məntəqəsi açıldı
“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə bağlı olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində respublika üzrə müasir heyvan kəsimi və satışı məntəqələrinin təşkili davam etdirilir.
Agentliyin yaydığı məlumata görə, bu istiqamətdə yeni ət satışı məntəqəsi Bakı şəhəri, Nizami rayonu ünvanında fəaliyyətə başlayıb.
30-a yaxın sahibkarın ət satışı fəaliyyətini həyata keçirəcə biləcəyi məntəqə əhalinin gündəlik ət tələbatının 4 tonunu ödəmək gücündədir.
Bu kimi ət satışı məntəqələrinin yaxın gələcəkdə Binəqədi və Yasamal rayonlarında açılması nəzərdə tutulur.
Məqsəd ölkə ərazisində heyvan kəsimi və satışının müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsimi və satışı fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 d. əvvəl
-
11 d. əvvəl
Mərkəzi Bank: 2024-cü və 2025-ci illərdə inflyasiyanın hədəf daxilində olacağı gözlənilir
- 13 d. əvvəl
- 24 d. əvvəl
- 26 d. əvvəl
-
27 d. əvvəl
Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb
- 30 d. əvvəl
- 40 d. əvvəl
-
42 d. əvvəl
“Bank of Baku”dan bütün market, YDM və restoranlarda 5% KEŞBEK
-
58 d. əvvəl
“Azərişıq” şirkətinin xalis mənfəəti kəskin azalıb - 4 DƏFƏYƏ YAXIN GERİLƏMƏ
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank bankomatlarda insidentlərin monitorinqi üzrə proqram təminatı satın alır