Naxçıvanın ixracı artıb
2018-ci ildə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 483 mln. 431 min 600 ABŞ dolları təşkil edib.
Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2017-ci ilin nəticələri ilə müqayisədə 23 mln. 542 min 800 dollar və ya 5,12% çoxdur.
Xarici ticarət dövriyyəsinin 424 mln. 266 min 600 dollarını ixrac təşkil edib ki, bu da 2017-ci ilin nəticələri ilə müqayisədə 946 min 600 dollar və ya 0,22% çoxdur.
Ötən il ərzində muxtar respublikanın xarici ticarətində 59 mln. 165 min dollarını idxal təşkil edib ki, bu da 2017-ci ilin nəticələrinə əsasən 22 mln. 596 min 200 dollar və ya 61,8% artıb.
Ötən il ərzində muxtar respublikada 365 mln. 101 min 600 dollar dəyərində müsbət saldo yaranıb ki, bu da daha əvvəlki ilin nəticələri ilə müqayisədə 21 mln. 649 min 600 dollar və ya 5,6% azalma qeydə alınıb.
Xatırladaq ki, 2017-ci ildə muxtar respublikanın xarici ticarət dövriyyəsi 459 mln. 888 min 800 dollar olub. Daha əvvəlki ildə xarici ticarət dövriyyəsinin 423 mln. 320 min dollarını ixrac, 36 mln. 568 min 800 dollarını idxal təşkil edib. 2017-ci ildə muxtar respublikada 386 mln. 751 min 200 dollar məbləğində müsbət saldo yaranıb.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
2 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 2 saat əvvəl
-
3 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı

























