Gömrükdə fevralın 1-dən tətbiq ediləcək sistemi ilə bağlı sahibkarlarla görüş keçirilib
Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük, Hava Nəqliyyatında Baş Gömrük, Sumqayıt Baş Gömrük və Aksizli Mallar üzrə Baş Gömrük idarələrində bu il fevralın 1-dən tətbiq ediləcək "Yaşıl dəhliz" buraxılış sistemi ilə bağlı sahibkarlarla görüş keçirilib.
Komitədən verilən məlumata görə, görüşlərdə xarici ticarət iştirakçıları "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsinə dair müraciət formasının doldurulması qaydası və gömrük orqanlarına elektron qısa idxal bəyənnaməsinin təqdim edilməsi barədə məlumatlandırılıblar.
DGK sədrinin birinci müavini İsmayıl Hüseynov, komitə sədrinin müavini Cavad Qasımov və aiddiyəti qurumların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin "Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası"nın təsdiq edilməsilə bağlı fərmanı sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, şəffaflığın təmin olunmasına, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə, ölkənin ixrac potensialının artırılmasına münbit şərait yaradacaq.
DGK də fərmana uyğun olaraq mütəmadi qaydada həm aidiyyəti dövlət qurumları, həm də biznes subyektləri üçün seminarlar, maarifləndirici tədbirlər keçirir. Bu tədbirlərdə məqsəd "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi, dayandırılması, ləğvi və bərpası qaydaları ilə sahibkarları bir daha tanış etmək, məlum fərmanda öz əksini tapan müddəaları, bəndləri birlikdə müzakirə etməkdir.
Diqqətə çatdırılıb ki, sözügedən sistemin daha aydın şəkildə mənimsənilməsi, asan və səmərəli tətbiqi üçün DGK-da mütəxəssislərdən ibarət işçi qruplar fəaliyyət göstərir. Sahibkarlar istənilən vaxt onları maraqlandıran məsələlərlə bağlı gömrük orqanlarına müraciət edə bilərlər.
Görüşlərdə "Yaşıl dəhliz" buraxılış sistemilə bağlı müxtəlif təqdimatlar keçirilib, videoçarxlar nümayiş etdirilib.
Eyni zamanda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və sahibkarların sualları cavablandırılıb.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
6 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
6 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 6 saat əvvəl
-
7 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 7 saat əvvəl
-
7 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























