Pivə şirkəti tullantıların idarə edilməsi sahəsində öhdəlik götürdü
İyun ayının 12-si “Carlsberg Azerbaijan” pivə zavodunun 50 illik yubileyinə həsr olunmuş tədbirdə ölkənin ən böyük pivə şirkəti “Carlsberg Azerbaijan” Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə qarşılıqlı anlaşma haqqında memorandum imzalayıb.
Zavodun yaydığı məlumatda bildirilir ki, Memorandum ətraf mühitin qorunması məqsədi ilə tullantıların idarə edilməsi sahəsində kooperasiyaya yönəldilən üç illik əməkdaşlığı nəzərdə tutur.
Qeyd edək ki, zavod istismara 1969-cu ildə verilib və o, SSRİ-dəki altı ən böyük pivəbişirmə müəssisəsindən biri idi. 1997–ci ildə “Qrup Kastel” şirkəti zavodu almış və 2000-ci ildə açılış mərasimi baş tutub. 2008-ci ildə zavod “Carlsberg Group”un bir hissəsi olub.
Ətraf mühitin qorunması sahəsində fəaliyyət, “Carlsberg Group”un dayanıqılı inkişaf proqramı olan “Birlikdə SIFIRA Doğru”un bir hissəsidir. Belə ki, “Carlsberg Group”un bütün şirkətləri öz ambisiyalı hədəflərini proqram çərçivəsində bu istiqamətlərdə reallaşdırmağa cəhd göstərirlər: Sıfır karbon izi, sıfır su itkisi, sıfır məsuliyyətsiz istehlak və sıfır bədbəxt hadisə.
Qeyd edək ki, son 3 il ərzində “Carlsberg Azerbaijan” təbii qaz istehlakını 34%, su istehlakını 43%, elektrik enerjisini isə 33% azaltmağa nail olub. Bundan əlavə, şirkətdə tullantıların ayrı toplanması da həyata keçirilir.
“Carlsberg Group” gündəlik tələbat mallarının istehsalçıları arasında ekoloji qablaşdırma texnologiyalarının təkmilləşdirilməsi sahəsindəki pionerlərdən biridir. 2018–ci ildə “SnapPack” multipakları üçün plastik kütlənin istifadəsini hər il 1200 ton azaltmağa imkan verən inqilabi qablaşdırma buraxılıb, həmçinin şirkət daha əvvəl biomateriallardan hazırlanmış ekoloji butulkanın (Green Fiber Bottle) istehsalını da elan etmişdir. Bundan əlavə, “Carlsberg Group”a daxil olan İsveç pivə şirkəti Falkenberq dünyada ilk karbon-neytral pivə hazırlayanlardan biridir.
Vyaçeslav Maltsev, “Carlsberg Azerbaijan” şirkətinin Baş Direktoru: “Mən çox şadam ki, zavodumuzun 50 illik yubileyində biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə qarşılıqlı anlaşma və əməkdaşlıq barəsində memorandum imzalayırıq. Bu, bizim yarıməsrlik tariximizin və şirkətin Azərbaycanda gələcəkdə düzgün inkişafının vektorunu simvolizə edir.”
“Carlsberg Azerbaijan” pivə zavodu Xırdalan şəhərində, Azərbaycan paytaxtından 10 km məsafədə yerləşir. Zavodun istehsal gücü ildə - 8 mln. dekalitrdir, şirkətdə təxminən 250 nəfər və 400-ə yaxın vasitəçilər işləyir (distribütorlar, agentliklər, podratçılar). Şirkətin zavodun inkişafına investisiyalarının ümumi həcmi təqribən 50 milyon manat təşkil edir. Şirkət portfelinə “Xırdalan”, “Tuborg”, “Baltika 7”, “Baltika 0”, “Baltika 9”, “Baltika Kuler”, “Efsane”,” Jiqulyovskoe Firmennoye”, “Carlsberg”, “Holsten”, “Kronenbourg Blanc”, “Seth and Riley's Garage” kimi məşhur brendlər daxildir
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
8 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
8 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 8 saat əvvəl
-
8 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 9 saat əvvəl
-
9 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı



























