Azercel yeni brend kimliyini təqdim edəcək
® 21 İyun Heydər Əliyev Mərkəzinin parkında Emin Azercell-in yeni brend kimliyinin açıqlanmasında iştirak edəcək - Giriş sərbəstdir.
Azərbaycanın telekommunikasiya sektorunun lideri və mobil rabitə istifadəçilərinin əsas seçimi olan Azercell fəaliyyətinin yeni rəqəmsal dövrünə başlayır.
İyun ayının 21-i Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək böyük tədbirdə Azercell bütün dünyaya dinamik telekom bazarının tələblərinə uyğun olan yeni brend kimliyini təqdim edəcək.
Azercell bu mühüm günün sevincini bütün ölkə ilə paylaşacaq.
Odur ki, dünyaca məşhur mügənni və bəstəkar, “Jara” beynəlxalq musiqi festivalının təşkilatçısı Emin Ağalarovun iştirakı ilə keçiriləcək və rəqəmsal dünyanın yeniliklərini Azərbaycana gətirəcək ilin ən valehedici şousuna giriş sərbəstdir! Azərbaycanın telekommunikasiya sahəsi üçün olduqca əlamətdar bu gündə məşhur şoumen Murad Dadaşovun aparıcılığı ilə baş tutacaq tədbirdə Emin ilə səhnəni Zülfiyyə Xanbabayeva, Nigar Camal, Çingiz Mustavayev, Elnarə Xəlilova, Elşad Xose, DJ Tim və “Nero Dance” rəqs qrupu bölüşəcəklər.
Biz yeni rəqəmsal dövrümüzə sizinlə addımlamaq və fəaliyyətimizin tarixi günü kimi qeyd ediləcək bu günü hər birinizlə paylaşmaq istəyirik! Musiqinin sehrinə qapılacağınız bu şouda Rəqəmsal gələcəyi Azercell ilə qarşılayaq!
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
5 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
5 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 6 saat əvvəl
-
6 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı



























