Qeyri-neft məhsulları ixracındakı vəziyyət açıqlandı
2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 161 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 97 ölkəyə məhsul ixrac olunmuş, 151 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 10 milyard 965,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 6 milyard 415,8 milyon dollar, idxalın dəyəri 4 milyard 549,4 milyon dollar təşkil etmiş, nəticədə 1 milyard 866,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 17,7 faiz, o cümlədən idxal 50,3 faiz, ixrac 1,9 faiz artmışdır. Real ifadədə isə dövriyyə 7,3 faiz, o cümlədən idxal 19,5 faiz, ixrac 1,4 faiz artmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 29,8 faizini İtaliyaya, 10,7 faizini Türkiyəyə, 7,8 faizini Çinə, 6,3 faizini İsrailə, 5,3 faizini Almaniyaya, 5,1 faizini İspaniyaya, 4,7 faizini Hindistana, 3,6 faizini Fransaya, 3,3 faizini Çexiyaya, 3,1 faizini Gürcüstana, 3,0 faizini Portuqaliyaya, 2,5 faizini Rusiyaya, 14,8 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,2 faizi İsveçrə, 14,5 faizi Rusiya, 9,7 faizi Türkiyə, 8,3 faizi Çin, 5,3 faizi İran, 4,6 faizi Almaniya, 4,2 faizi ABŞ, 3,1 faizi Ukrayna, hər biri 2,8 faiz olmaqla İtaliya və Kanada, 2,7 faizi Avstraliya, 2,3 faizi Qazaxıstan, 23,5 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2019-cu ilin yanvar-aprel aylarında ölkədən 582,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2018-ci ilin yanvar-aprel aylarına nisbətən faktiki qiymətlərlə 20,1 faiz, real ifadədə isə 14,4 faiz çoxdur.
Qeyri-neft məhsulları üzrə ixracın dəyərində Rusiyaya (28,3 faiz), Türkiyəyə (25,4 faiz), Gürcüstana (10,7 faiz), İsveçrəyə (7,7 faiz), İtaliyaya (3,8 faiz), Yunanıstana (2,6 faiz), Ukraynaya (2,3 faiz), Çinə (2,1 faiz), İrana (2,0 faiz) və Almaniyaya (1,7 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
2019-cu ilin yanvar-aprel aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 32,7 faiz, təzə tərəvəz – 30,6 faiz, tütün – 2,0 dəfə, meyvə və tərəvəz şirələri – 38,6 faiz, meyvə və tərəvəz konservləri – 10,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 4,0 faiz, pambıq lifi – 3,2 dəfə, pambıq ipliyi – 44,8 faiz, qara metallardan yarımfabrikatlar – 5,6 dəfə, bentonit gili – 31,0 faiz artmış, şəkər ixracı isə 18,4 faiz, çay – 12,1 faiz, kartof – 24,3 faiz, bitki yağları – 2,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 19,1 faiz, polietilen – 5,5 faiz, emal olunmamış alüminium – 7,5 faiz, qara metallardan borular – 77,9 faiz azalmışdır.
2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 2019-cu ilin yanvar-aprel aylarında buğda idxalı 27,5 faiz, təzə meyvə – 5,4 faiz, xam şəkər və şəkər – 5,1 dəfə, kartof – 15,8 faiz, çay – 5,9 faiz, quş əti və onun əlavə məhsulları – 41,3 faiz, mal əti – 9,9 faiz, təzə tərəvəz – 33,4 faiz, minik avtomobilləri – 2,2 dəfə, qara metallardan borular – 2,9 faiz, qara metallardan çubuqlar – 46,9 faiz, hesablama maşınları, blok və qurğuları – 47,8 faiz, mebellər – 20,7 faiz, polietilen – 26,0 faiz, yük avtomobilləri – 2,0 dəfə, məişət kondisionerləri – 2,0 dəfə, qara metallardan künclüklər – 18,9 faiz, avtobuslar – 2,3 dəfə artmış, bitki yağları idxalı isə 16,4 faiz, siqaret – 32,3 faiz, kərə yağı, digər süd yağları və pastaları – 4,8 faiz, polad prokatı – 10,3 faiz, mineral gübrələr – 12,5 faiz, rezin şinlər – 0,3 faiz, paltaryuyan maşınlar – 7,7 faiz, sement və sement klinkerləri – 30,0 faiz, məişət soyuducuları – 3,3 faiz azalmışdır.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
4 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
5 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 5 saat əvvəl
-
6 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























