Zəbt olunandan sonra Xəzər dənizinin sahilboyu torpaqlarına nəzarət gücləndirilir
Monitorinq qrupları yaradılıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Xəzər dənizinin 20-50 metrlik sahilboyu torpaqlarının mühafizəsi ilə bağlı nəzarət daha da gücləndirilir. Bununla əlaqədar olaraq Xəzər dənizinin Bakı şəhərinin Qaradağ, Xəzər, Suraxanı, Binəqədi rayonları, eləcə də Sumqayıt şəhərinin ərazisində olan zonalarında monitorinq qrupları yaradılıb.
Əmlak Məsələləri Dövlət Komitəsindən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, aparılan monitorinq zamanı Xəzər dənizinin sahilboyu mühafizə zolağı torpaqlarından qanunsuz istifadə halları aşkarlanır. Xəzər dənizinin mühafizə zolağına aid ərazilərini qeyri-qanuni istifadə edən torpaq mülkiyyətçiləri barədə İnzibati Xətalar Məcəlləsinin 248-ci maddəsinə əsasən inzibati protokollar tərtib edilir.
Hazırki dövrədək İnzibati Xətalar Məcəlləsinə əsasən təqsirkar şəxslər barədə 80 halla bağlı protokol tətbiq edilmiş, torpaq sahəsinin zəbtolunması ilə bağlı Cinayət Məcəlləsinin 188-ci maddəsinin əsasən 76 hal barəsində Daxili İşlər Nazirliyinə müraciətlər göndərilib, 39 işlə bağlı məhkəmələrdə iddia qaldırılıb.
Məlumat üçün bildirilməlidir ki, qanunla 20-50 metr zolaqda hər hansı tikintinin aparılması üçün xüsusi razılıq olmalıdır. Dəniz sahilinin hasarlama və ya digər üsullarla bağlanılması yolverilməzdir. Hasarlama işləri yalnız qəfəsəli olmaqla uzunluğu 200 metrdən artıq olmamalıdır və hər 200 metrdən sonra dəniz sahilinə 6 metr enində gediş-gəliş yolu saxlanılmalıdır.
Qeyd edilməlidir ki, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağına aid olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4 min manat, 8 min manat və 40 min manat cərimələnir. Həmçinin Cinayət Məcəlləsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə vəzifəli şəxslər 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub.
Bu hallar torpaq qanunvericiliyinin ciddi şəkildə pozulmasına səbəb olmaqla yanaşı, vətəndaşların Xəzər sahilində istirahət hüququnu da məhdudlaşdırır, bəzən tamamilə mümkünsüz edir. Eyni zamanda sahilboyu ərazilərin qanunsuz olaraq hasarlanması həmin yerin panoramik görünüşünü pozur. Bu isə turizm baxımından mənfi fəsadlara gətirib çıxarır.
Xəzər dənizinin sahilboyu torpaqlarının mühafizəsi ilə bağlı monitorinqlər davam etdiriləcək. Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşları torpaq istifadəçiliyi ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməyə çağırır.
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 2 d. əvvəl
-
-
16 d. əvvəl
Bir ton pomidorun orta ixrac dəyəri 1093 dollardan 1204 dollara yüksəlib - 111 DOLLARLIQ ARTIM
- 18 d. əvvəl
-
20 d. əvvəl
Azərbaycan 7 ayda meyvə-tərəvəz ixracından 589 milyon dollar qazanıb
-
34 d. əvvəl
Qeyri-neft ixracı 3 dəfəyə yaxın artıb – Əsas səbəb qızıldır
-
36 d. əvvəl
Azərbaycan eyni həcmdə təbii qaz satıb, 387 milyon dollar az qazanıb
- 37 d. əvvəl
- 39 d. əvvəl
- 40 d. əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Avqustun 18-də gözlənilən hava şəraiti
Azərbaycan 7 ayda meyvə-tərəvəz ixracından 589 milyon dollar qazanıb
Azərbaycan eyni həcmdə təbii qaz satıb, 387 milyon dollar az qazanıb
Neft məhsullarının ixracı 2,4 dəfə artıb
Azərbaycan az neft satıb 373 milyon dollar çox qazanıb
Azərbaycanın ixracında neft-qazın payı 69 faizə düşüb
Restoran tamamilə yanıb
Azərbaycan xaricə daha çox satıb, xaricdən daha az alıb - hər 100 dollarlıq idxala qarşı 196 dollarlıq ixrac



























