Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Çətinliklərin öhdəsindən gəldik, bu il iqtisadi artım olacaq”

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Çətinliklərin öhdəsindən gəldik, bu il iqtisadi artım olacaq”

“25 il ərzində Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olmasına baxmayaraq, ölkə böyük uğurlar əldə edib”.

 

Reklam_3_11

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev V Qlobal Bakı Forumunun açılışında deyib. O bildirib ki, hökumət və xalq arasında birlik olanda torpaqlar işğal altında qalsa belə, iqtisadiyyat inkişaf edə bilər: “Azərbaycanda yoxsulluğu son 15 ildə 5 faizə qədər azaltmışıq. Azərbaycan iqtisadiyyatı neft qiymətlərinin aşağı düşməsindən əziyyət çəkib. Ancaq islahatlarla qısa müddətdə çətinlikləri həll edə bildik. Neft gəlirləri 3-4 dəfə aşağı düşürsə, bu, həyat tərzinə təsir edir. Buna baxmayaraq, çətinliklərin öhdəsindən gəldik. Müəyyən çətinliklər var, ancaq neft qiymətlərinə adaptasiya baş verir. Bu il iqtisadi artım olacaq. Hətta keçən il neft və qaz sahəsini kənara qoysaq, görərik ki, qeyri-neft sektorunda artım var. Son iki ay ərzində qeyri-neft məhsullarının ixracını iki dəfəyə qədər artıra bilmişik. Biz ixracımızı genişləndirməliyik, bizə xarici bazarlar lazımdır. Bunun üçün həmin bazarlara malik ölkələrin rəhbərləri ilə yaxşı siyasi əlaqələrə malik olmalıyıq”.

 

Dövlət başçısı qeyd edib ki, Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiqləyib: “Bu da qarşılıqlı hörmətdən və daxili işlərə qarışmamaqdan irəli gəlib. Əgər qonşu ölkə ilə problem varsa, bu, hər iki tərəfə pis təsir göstərir. Ermənistanı kənara qoysaq, digər qonşularla çox yaxşı münasibətlər qurmuşuq. Avropa İttifaqına 9 üzv ölkə ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Bu, tək enerji ilə bağlı deyil. Keçən ay Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başlamışıq. Biz siyasətimizi milli maraqlara, reallıqlara əsaslanaraq qurmalıyıq. Avropa İttifaqına münasibətdə də real məqsədlər irəli sürmüşük. Tərəfdaşlarımız da belə yanaşır. Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamaqdansa, strateji tərəfdaşlıq sazişinin imzalanması təşəbbüsü ilə çıxış etdik. Bizim siyasətimiz real vəziyyətə əsaslanır. Bəzi hallarda isə bizim siyasətimiz reallıqları dəyişməyə yönəlib. Bəzən bizim qonşularımız arasında anlaşma itir, bu zaman biz sabitləşdirici rol oynamağa çalışırıq”.

 

Prezident xatırladıb ki, bir müddət əvvəl Bakıda ABŞ və Rusiya silahlı qüvvələrinin baş qərargahlarının rəislərinin görüşü keçirilib: “Bu, onların təşəbbüsü idi. Azərbaycanın rolu artıq qiymətləndirilir. Satellit tərəfdaş olmaq uğur gətirməz, Azərbaycanın ətrafında belə tərəfdaşlar var. Onu da qeyd edim ki, Azərbaycan terrorçuluğa qarşı mübarizədə iştirak edir, hərbçilərimiz Əfqanıstanda bu mübarizədə iştirak edir. Eyni zamanda, Azərbaycan bu sahədə hərbi yüklərin daşınmasına dəstək verir”.

 

"Bakı-Tbilisi-Qars dəmir yolu tək ölkələri deyil, qitələri birləşdirəcək"

 

"Azərbaycanın irəli sürdüyü layihələrin heç biri uğursuz olmayıb"

 

Bunu Azərbaycan prezidenti İlham ƏliyevV Qlobal Bakı Forumunun açılışında bildirib.

 

Dövlət başçısı deyib ki, bu marşrut Asiyadan Qərbə gedən ən qısa yoldur: "Bu, tərəfdaşlıq, biznes dəhlizidir. Nəticədə Azərbaycanda və qonşu ölkələrdə minlərlə yeni iş yeri açılır".

 

Cənub Qaz Dəhlizindən söz açan prezident İlham Əliyev bildirib ki, bu layihənin dəyəri 40 milyard dollardır, Avropa İttifaqı bu layihəni dəstəkləyir: "Layihə Azərbaycanın təşəbbüsü ilə həyata keçirir. Bizim layihədə paylarımıza dair ödənişlərimizlə bağlı da bir problem olmayıb. Cənub Qaz Dəhlizinə üzv olan ölkələr uzunmüddətli, təbii tərəfdaşlara çevrilib. Azərbaycanın irəli sürdüyü layihələrin heç biri uğursuz olmayıb. Biz düzgün seçim etmişik".

 

Dövlət başçısı qeyd edib ki, Azərbaycan mədəniyyətlərarası dialoqa sərmayə qoyur: "Azərbaycanda keçirilən humanitar forumlara müxtəlif beynəlxalq təşkilatlar da dəstək verir. Biz bu gün tolenrantlıqdan danışırıq, ancaq insanların bir-birlərinə necə inamsız yanaşdıqlarını görürük. Ölkəmizin sabit inkişafı göstərir ki, yalnız qarşılıqlı anlaşma, tolerantlıq, multikulturalizmlə inkişafa nail ola bilərsiniz. Azərbaycan multikultural bir ölkədir".

16.03.2017 08:05

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ