"2019-un sonuna ölkə üzrə qaz hasilatında 20 faiz artım gözləyirik"
 
 2019-cu ilin 2-ci rübündə SOCAR öz imkanları hesabına müstəqil olaraq 1,9 milyon tondan  çox neft, 1,7 milyard kubmetrə yaxın qaz hasil edərək, hasilat səviyyəsini əvvəlki ilin müvafiq dövrünə nisbətən sabit saxlamağa nail olmuşdur. Bu barədə SOCAR-ın yaydığı məlumatda deyilir.
  
Məlumatda bildirilir ki, şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit qalması üçün həyata keçirilən kompleks tədbirlər planın icrası davam etdirilmiş, istismardan çıxarılmış bir sıra köhnə quyuların fəaliyyəti bərpa olunmuş, yeni quyular qazılmış, ümumilikdə qazma işlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən artırılmışdır. Cari ilin ikinci rübündə şirkət üzrə 41 min metrdən artıq qazma işi aparılmışdır.
  
Hesabat dövründə SOCAR tərəfindən, AÇQ üzrə mənfəət nefti də daxil olmaqla 4,9 milyon ton xam neft, 172 milyon kubmetrdən çox təbii qaz, 604 min tondan artıq6 neft və neft kimya məhsulları ixrac edilmişdir. Xam neftin ixracında azalma müşahidə edilsə də, neft və neft kimya məhsullarının ixracında 48 faiz artım qeydə alınmışdır. Bu isə xam neftin və qazın ixracında azalmaya səbəb olan amillərdən birinin də daha çox məhsulun emala yönəlməsi olduğunu göstərir.
  
II rübdə, Azərbaycanın digər hasilatçı şirkətləri daxil olmaqla, ölkə üzrə ümumilikdə 9 milyon tondan çox neft, 8 milyard kubmetrdən çox qaz hasil edilmişdir. Dövr ərzində ölkədən 2,4 milyard kubmetrdən çox təbii qaz ixrac edilmişdir. Təbii qazın ixracında Cənub Qaz Dəhlizinin işə düşməsi ilə əlaqəlar olan artım ötən ilin müvafiq dövrünə nisbətən təqribən 37 faiz təşkil etmişdir.
  
SOCAR-ın birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə demişdir: “Dünyanın ən qədim neft sənayesinin beşiyi başında durmuş Azərbaycanda zəngin və peşəkar neftçi ənənələri formalaşmışdır. Lakin digər tərəfdən dünyanın ən qədim və uzun müddət ərzində istismar olunan yataqlarının məhz bizim ölkəmizdə olması qarşımızda çağırışlar yaradır. Bu baxımdan qarşıdakı dövrdə əsas hədəfimiz bütün vasitələrlə köhnələn yataqların ömrünü uzatmaqdır.
Digər tərəfdən yeni yataqlarımızın uğurla işlənilməsi ölkəmizdə qaz hasilatının artırılması və gələcəkdə neft gəlirlərinin müəyyən dərəcədə qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır. 2019-cu ilin sonuna qədər ölkə üzrə ümumi qaz hasilatında 20 faiz artım gözləyirik. Növbəti illərdə də ölkədə qaz hasilatı yüksələn xətt üzrə inkişaf edəcəkdir. Bu müsbət trend qarşımızda həm də qaz emalı və kimya sənayesinin inkişafı üçün yeni imkanlar açır.”
Müştərilərin xəbərləri
 
                        Sumqayıt layihələrində ipoteka və daxili kredit imkanı ilə satış davam edir - aylıq 423 manatdan başlayan qiymətlər
 
                        Abşeron Ticarət Mərkəzində yerləşdirmiş sahibkarların dövlət proqramlarından istifadə imkanları müzakirə edilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 
                     7 d. əvvəl
                    Zəngəzur dəhlizinin Azərbaycan hissəsi gələn ilin sonunadək tamamlanacaq 
- 
                         📲 İndi
 Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
 ♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
 ♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az
- 12 d. əvvəl
- 23 d. əvvəl
- 
                     36 d. əvvəl
                    Ötən il ixracı sıfır səviyyədə olan 3 şirkət bu il ilk 10-luğa daxil olub 
- 58 d. əvvəl
- 
                     1 saat əvvəl
                    Azərkosmos-un peyk telekommunikasiya xidmətləri ixracından gəliri açıqlandı 
- 
                     1 saat əvvəl
                    Azercell “CyberCell Hackathon” müsabiqəsinin qaliblərini elan etdi 
- 1 saat əvvəl
- 
                     2 saat əvvəl
                    İsrafil Məmmədov "Mubadala" ilə birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edib 
- 2 saat əvvəl
Son Xəbərlər
 
                                    Azərbaycanda Vakansiyalar - Azvak.az
 
                                    Qırmızı Ürəklər Fondundan “Zəfər Payı” aksiyası
 
                                    Dövlət şirkəti 1 qramlıq qızıl külçələri satışa çıxardı
 
                                Türkiyə turizmdə rekord gəlir əldə edib
 
                                İsrafil Məmmədov "Mubadala" ilə birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edib
Ən çox oxunanlar
 
                                Noyabrın 1-də gözlənilən hava şəraiti
 
                                İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
 
                                Qızıl 1-ci, pomidor 2-ci, pambıq lifi 3-cü olub - Qeyri-neft sektoru ixracı ilə bağlı yeni rəqəmlər
 
                                Gündəmdə qırmızıdır! - Baku Electronics-də Qırmızı Şənbə başladı!
 
                                2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq - Dövlət Agentliyi məktublar göndərib
 
                                Abşeron Ticarət Mərkəzində yerləşdirmiş sahibkarların dövlət proqramlarından istifadə imkanları müzakirə edilib
 
                                Türkiyənin xarici ticarət kəsiri sürətlə artıb
 
                                
 
                         
                    





 
                             
                             
                            





 
                                     
                                     
                                     
                                     
                                    


.jpg)
