"Azərbaycan hökuməti 100 milyon kredit üçün bizə rəsmi müraciət edib"
Dünya Bankı (DB) məşğulluğun dəstəklənməsi layihəsinin həyata keçirilməsi üçün Azərbaycana 100 mln. dollar məbləğində kredit ayıra bilər.
“Azərbaycan hökuməti belə bir layihə üçün kredit almaq məqsədi ilə Dünya Bankına rəsmi müraciət edib. Kreditin məbləği təxminən 100 mln. dollar təşkil edir”, – deyə vəziyyətlə tanış olan hökumətdəki mənbə bildirib.
Onun sözlərinə görə, layihənin təfsilatları Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DB nümayəndələri arasında hələ müzakirə ediləcək.
Məlumata görə, DB-nin Direktorlar Şurası bu layihə üçün kreditin ayrılmasını 2020-ci ilin mart ayında təsdiqləyə bilər.
Təklif olunan layihə Azərbaycan əhalisinin iş axtaran həssas qrupları: gənclər, qadınlar, məcburi köçkünlər, əlillər və təhsil səviyyəsi aşağı olan insanlar arasında məşğulluqla bağlı vəziyyətin yaxşılaşdırılmasına yönəldilib.
Layihə üç komponentdən ibarət olacaq: özünüməşğulluq proqramının əhatə dairəsi və səmərəliliyinin artırılması; işlə təmin etmə xidmətlərinin həyata keçirilməsi üçün Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsi; layihənin idarə edilməsi, monitorinq və qiymətləndirmə.
Xəbər verildiyi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-cu ildə özünüməşğulluq tədbirlərinin təşkilinə 56 milyon 41 min manat (cari məzənnə ilə 33 milyon dollar) yönəltməyi planlaşdırır.
2018-ci ildə proqram 6 min ailəni əhatə edib, 2019-cu ildə 8-10 min ailəni, 2020-ci ildə 15 minədək ailəni əhatə edəcək. Proqramın məqsədi insanların həyat səviyyəsini yaxşılaşdırmaq, kiçik sahibkarlığın inkişafına təkan verməkdən ibarətdir. Proqram aztəminatlı ailələr üçün nəzərdə tutulub. Belə ailələr kənd təsərrüfatı texnikası, avadanlıq və mal-qara ilə təmin olunur.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu günədək bank 54 layihənin həyata keçirilməsi üçün respublikaya ümumilikdə 3,4 milyard dollar məbləğində kredit ayırıb.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
9 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 9 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
10 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 10 saat əvvəl
-
10 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 10 saat əvvəl
-
10 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı
























