Azərbaycanda 3-cü ən böyük layihə olacaq, 15 min nəfər işçi cəlb ediləcək
SOCAR Qaradağ rayonu ərazisində Qaz emalı zavodu və Neft-kimya kompleksinin inşa edilməsini planlaşdırır.
“Marja”nın məlumatına görə, SOCAR-ın “Davamlı inkişaf haqqında hesabat”ında bildirilir ki, 15 May 2017-ci il tarixində “Bir kəmər, bir yol” beynəlxalq forumu zamanı Pekin şəhərində SOCAR ilə Çin Milli Neft və Qaz Korporasiyası (CNPC) arasında “SOCAR GPC” layihəsi çərçivəsində Bakının Qaradağ rayonunda inşa ediləcək Qaz emalı zavodu və Neft-kimya kompleksinin ilkin işçi layihəsinin işlənib hazırlanması haqqında müqavilə imzalanmışdır. Müqavilə HQC (CNPC-nin törəmə şirkəti) və “Technip Italy” şirkətləri tərəfindən göstəriləcək xidmətlərin idarə olunmasını nəzərdə tutur.
Hesabatda qeyd edilib ki, layihənin əsas məqsədi təbii qazın tərkibində qazkimya istehsalı üçün yararlı olan qazın ağır fraksiyalarının (C2+) emalı və yüksək əlavə dəyər yaradan qaz-kimya məhsullarının istehsalından ibarətdir. İstehsal olunacaq məhsulların təqribən 5%-ə qədərinin yerli bazarda satışı, qalan miqdarların isə ixracı (əsasən Türkiyə, Avropa və s.) nəzərdə tutulur.
Layihə üzrə tikinti işlərinin həyata keçirilməsinə təxminən 12 000-15 000 nəfər işçi qüvvəsi cəlb ediləcəkdir. Zavodların 2023-cü ildə istismara veriləcəyi və təxminən 2000 nəfərin daimi iş yerləri ilə təmin edilməsi planlaşdırılır.
2017-ci il ərzində mühəndislik, satınalma və tikinti (EPC) müqaviləsinin tərtib olunmasına və müqavilə danışıqlarına təcrübəli beynəlxalq və yerli şirkətlər cəlb olunmuşdur. 2018-ci ilin sentyabr ayından EPC tender prosesinə başlanılmış və tenderə dəvət məktubları 11 EPCnin podratçı şirkətinə göndərilmişdir. Hazırda tender iştirakçıları tərəfindən EPC konsorsiumları formalaşdırılır.
Layihənin ümumi investisiya dəyəri təqribən 4.2 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Bu layihə miqyasına görə ölkə tarixində həyata keçirilən üçüncü ən böyük layihə olacaqdır. Layihə üzrə xərclərinin təqribən 30%-nin səhm kapitalı, 70 %-nin isə borc vəsaiti hesabına təmin olunması planlaşdırılır.
Hesabatda qeyd edilib ki, layihənin maliyyələşdirilməsinin uğurla və vaxtında həyata keçirilməsi üçün artıq müəyyən işlərə başlanılmışdır. Maliyyə modeli artıq hazırlanmış və layihənin maliyyələşdirilməsi üçün İtaliya (SACE), Cənubi Koreya (KSURE, Kexim) və Yaponiya (NEXİ, JBIC) maliyyə institutları ilə ilkin danışıqlar aparılmış və maliyyə institutları layihə maliyyələşdirilməsində maraqlı olduqlarını müvafiq niyyət məktubları ilə bildirmişdirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
1 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
- 3 d. əvvəl
-
6 d. əvvəl
İran ətrafında diplomatik danışıqlar neft qiymətlərini aşağı salır
- 14 d. əvvəl
- 25 d. əvvəl
- 27 d. əvvəl
- 34 d. əvvəl
- 36 d. əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
İran ətrafında diplomatik danışıqlar neft qiymətlərini aşağı salır
Prezident İlham Əliyev Forumun açılışında çıxış edib
Çində sənaye müəssisələrinin mənfəəti son üç ayın ən yüksək artım tempinə çatıb – Süni intellekt sektoru iqtisadiyyatı dəstəkləyir
Ən çox oxunanlar
“Azərsu”da yüksək vəzifələrdə işləmiş sabiq məmur cinayət məsuliyyətinə cəlb edilib - 3 milyon mənimsəmədə ittiham olunur
Tibbi sığorta: sığorta haqları 2,8% azalıb
Rəsmi məzənnələr açıqlandı
BYD-dən yeni avtomobil – 1193 at gücü, 1003 km yürüş məsafəsi
Meta süni intellektə investisiyalar üçün 95 milyard dollar cəlb etmək istəyir – Nəhəng səhm satışı planı
























