Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Gilan Holdinq”dən pambıqda 140 min tonluq hədəf

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Gilan Holdinq”dən pambıqda 140 min tonluq hədəf
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Cari mövsümdə “MKT İstehsalat Kommersiya” MMC tərəfindən sahələrdən 140 min ton xam pambığın toplanması gözlənilir.

 

“Marja” xəbər verir ki, bunu “Gilan Holdinq”in Gilan kənd təsərrüfatı qrupunun pambıqçılıq üzrə müşaviri Bəhruz Camalov Saatlı rayonunda keçirilmiş müşavirədə bildirib.

 

Bəhruz Camalov deyib ki, respublikada 2016-cı ildə 50 min hektardan artıq, o cümlədən “MKT İstehsalat Kommersiya” MMC üzrə 30 min 522 hektar sahədə pambıq əkini üzrə çıxış alınmışdı. Havaların əlverişsiz, xüsusilə oktyabr ayının yağmurlu keçməsinə baxmayaraq, Prezident Administrasiyasının dəstəyi, aidiyyəti dövlət qurumları, şirkət və fermerlərin birgə səyi nəticəsində respublika üzrə kondisiya çəkidə 90 min tona yaxın, o cümlədən cəmiyyətimiz üzrə 57 min 300 ton xam pambıq tədarük edilmişdi.

 

-Tədarük edilmiş xam pambıqdan 55 min 622 ton artıq emal olunub, 21 min 598 ton mahlıc, 26 min 376 ton çiyid, 803 ton köməkçi məhsullar alınıb. Bundan əlavə, cəmiyyətin istehsal müəssisələrində pambıq ipliyi, rafinə pambıq yağı və jmıx istehsal olunur.

 

2016-cı il mövsümü üzrə istehsal olunan məhsullardan yerli istehsal tələbatı daxil olmaqla, 22,5 milyon ABŞ dolları dəyərində mal satılıb ki, bunun da 16,4 milyon ABŞ dolları ixracın payına düşür. Hazırda məhsulların istehsal və satılması prosesi davam edir.

 

Möhtərəm cənab Prezident, pambıqçılara göstərdiyiniz qayğı və diqqət bu gün öz bəhrəsini verməkdədir. Belə ki, pambıq əkininə ayrılan subsidiyalar, gübrə və pestisidlərə tətbiq olunan güzəştlər, Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” ASC vasitəsilə gətirilən texnikaların güzəştli şərtlərlə satılması, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan güzəştli kreditlər sahənin inkişafına bilavasitə müsbət təsirini göstərir.

 

Cari mövsümdə cəmiyyət tərəfindən 814 hektar buğda, 1166 hektar arpa əkilib, soya əkini üçün 6 min 500 hektar və pambıq əkini üçün hədəf olaraq 70 min hektar nəzərdə tutulur. Bu məqsədlə 10 min 800 pambıqçı fermerlə müqavilə bağlanılıb, 68 min hektar sahədə şum aparılıb, 30 min hektar sahədə arat edilib, fermerlərə 2 milyon manat avans verilib və pambıq səpininə hazırlıq işlərinə başlanılıb.

 

Rayonlar üzrə əməliyyat planı və aqrotexniki xəritələr hazırlanıb. 1500 ton lifli, 1100 ton lifsiz yüksək reproduksiyalı pambıq toxumu tədarük edilib və tələbat tam ödənilib. 10 min ton ammonium-nitrat, 1495 ton AFK, 536 ton ammofos gübrəsi tədarük edilib, əlavə olaraq 7 min 500 ton ammonium-nitrat və 670 ton bitki mühafizə vasitələri sifariş olunub. Proses davam edir.

 

“MKT İstehsalat Kommersiya” MMC hazırda 2 min 995 ədəd texnika, o cümlədən 108 kombayn, 387 traktor, 2 min 500 ədəd müxtəlif təyinatlı qoşqular vasitəsilə fermerlərə xidmət göstərməkdədir. Bundan əlavə, cəmiyyət tərəfindən “Aqrolizinq” ASC-yə 2 min 750 ədəd texnika sifariş edilib.

 

Xam pambığın 15 qəbul məntəqəsində tədarük, 12 pambıqtəmizləmə zavodunda emal edilməsi planlaşdırılır. Məntəqə və zavodların əsaslı və cari təmirinə başlanılıb.

 

İmişlidə yeni pambıqtəmizləmə və Şirvanda yağ istehsalı zavodlarının qurulması nəzərdə tutulur. İmişlidə 6 min hektar sahədə müasir suvarma sistemlərinin qurulması istiqamətində iş aparılır. Bu məqsədlə İqtisadiyyat Nazirliyinin SKMF tərəfindən 5 milyon manat dövlətin güzəştli krediti ayrılıb və cari ildə pambıqçılığın inkişafı üçün əlavə 5 milyon manat güzəştli kreditin verilməsi planlaşdırılır.

 

Qeyd etmək istərdik ki, bu vaxta qədər pivot tətbiqli müasir təsərrüfatların yaradılması məqsədilə İqtisadiyyat Nazirliyinin SKMF tərəfindən ayrılmış 23 milyon manat güzəştli kreditlərdən istifadə edilib.

 

Cari mövsümdə “MKT İstehsalat Kommersiya” MMC tərəfindən sahələrdən 140 min ton xam pambığın toplanması gözlənilir. Tədarük ediləcək xam pambığın emalından 53 min 200 ton mahlıc, 70 min ton çiyid, 2 min 100 ton köməkçi məhsullar, çiyidin emalından isə 8 min ton rafinə edilmiş yağ və 48 min ton jmıx alınması proqnozlaşdırılır.

29.03.2017 05:22

Müştərilərin xəbərləri

Mobil manşet altı reklam_22
Mobil Xəbər Lentinin aşağısı-2_23
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10