“İqtisadi sahədə bir çox problemlər mövcuddur”
“İqtisadi sahədə hələ də bir çox problemlər mövcuddur, o cümlədən biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılmalıdır. Xüsusilə, ölkə iqtisadiyyatının qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi sahəsində hələ ki bir çox işlər görülməlidir”.
“Marja” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Şahin Mustafayevi yeni vəzifəyə - Baş Nazirin müavini təyin olunması ilə əlaqədar qəbul edən zaman bildirib.
İlham Əliyev qeyd edib ki, ölkə iqtisadiyyatına 270 milyard dollardan çox sərmayə qoyulubdur. Bunun yarısı xarici sərmayədir: “Ancaq bu sərmayənin də böyük əksəriyyəti neft-qaz sektoruna qoyulan sərmayədir. Bizim vəzifəmiz xarici investorları inandırmaqdır ki, ölkəmizin qeyri-neft sektoruna daha böyük həcmdə sərmayə qoysunlar. Eyni zamanda, yerli şirkətlər üçün elə gözəl biznes iqlimi yaradılmalıdır ki, Azərbaycan şirkətləri ölkə iqtisadiyyatına böyük həvəslə sərmayə qoysunlar”.
İlham Əliyev, “Biz onu da bilirik ki, hazırda iqtisadi inkişafımızın artımının əsas səbəblərindən biri dövlət investisiyalarıdır” deyərək sözlərinə belə davam edib:
“Biz bunu edirik, etməliyik, infrastruktur layihələrinə, xidmət sektoruna, digər sahələrə. Ancaq ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabına təmin edilməlidir. Bu vəzifəni mən doqquz ayın sosial-iqtisadi yekunlarına həsr edilmiş müşavirədə səsləndirdim. Bizim əsas vəzifəmiz qeyri-neft sektorunu inkişaf etdirmək və məşğulluğu artırmaqdır. Bunun da çox sadə səbəbi var. Müstəqillik günündən bu günə qədər Azərbaycan əhalisi təxminən 3 milyon artıbdır. Bu, həm böyük üstünlüyümüzdür, böyük sərvətimizdir, eyni zamanda, ölkə iqtisadiyyatına, o cümlədən infrastruktura və sosial infrastruktura böyük yükdür. Yeni məktəblər, yeni uşaq bağçaları tikilməlidir, yeni yollar çəkilməlidir. Yolların çəkilişi üçün vaxtilə qanunsuz tikilən binalarda yaşayan vətəndaşlar köçürülməlidir. Onlara dövlət tərəfindən kompensasiya verilir. Kompensasiya onları qane etməlidir. Yəni, biz bir çox xərclərlə üzləşirik”.
"Dövlət məmurları biznes dairələrinə kömək göstərirlər, onlar haqsız rəqabət aparırlar"
Azərbaycan Prezidenti söyləyib ki, hələ kölgə iqtisadiyyatı bizim iqtisadiyyatımızın bir hissəsini ehtiva edir:
“Cənubi Qafqazda bizdən başqa digər ölkələrdə demoqrafik artım yoxdur. Ona görə o ölkələrdə bizim üzləşdiyimiz problemlər də mövcud deyil. Mən dəfələrlə demişəm ki, bizim iqtisadi artımımız demoqrafik artımı üstələməlidir. Buna nail olmaq üçün biz yeni artım mənbələri aşkar etməliyik. Onlardan biri kölgə iqtisadiyyatına qarşı mübarizədir. Əfsuslar olsun ki, hələ kölgə iqtisadiyyatı bizim iqtisadiyyatımızın bir hissəsini ehtiva edir. Düzdür, bütün postsovet ölkələrində bu problem var və ölkələr çalışırlar ki, bu problemlə mübarizə aparsınlar. Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə daha mütəşəkkil formada aparılır. Hesab edirəm ki, kölgədən çıxarılacaq biznes, əlbəttə, bizim iqtisadi göstəricilərimizi də düzəldəcək. Yəni, göstəricilər reallığı əks etdirəcək. Eyni zamanda, biznes dairələri bilməlidirlər ki, ölkədə vahid qanunlar, vahid qaydalar mövcuddur. İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır. Bəzi hallarda dövlət məmurları, hansılar ki, eyni zamanda, müxtəlif biznes dairələrinə də kömək göstərirlər, onlar haqsız rəqabət aparırlar. Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır. Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq.
Ona görə iqtisadi artımı qeyri-neft sektorunun hesabına təmin etmək, məşğulluğu artırmaq lazımdır.
Hər il on minlərlə yeni iş yeri yaradılır. Məhz buna görə işsizlik Azərbaycanda aşağı səviyyədədir. Ancaq buna baxmayaraq, işsizlik arta bilər. Nəyə görə? Əhali artır və əgər iqtisadi inkişaf artan əhalinin templəri ilə uzlaşmasa, əlbəttə ki, gələcəkdə bizi bir çox problemlər gözləyə bilər. Biz isə öz siyasətimizi strateji hədəflər əsasında qururuq. Bizim siyasətimiz uzunmüddətlidir və siyasətimizin əsas qayəsi odur ki, dayanıqlı inkişaf təmin edilsin”.
"İxracımızın əsas hissəsi neft-qaz və neft məhsulları hesabına təmin edilir"
İlham Əliyev əlavə edib ki, bu gün ölkə iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır. Qeyri-neft sektorumuz da artır, 9 ayda 3,5 faiz artıb, kənd təsərrüfatı 7 faizdən çox artıb, qeyri-neft sənayesi 15 faizdən çox artıb:
“Ancaq biz bilirik ki, ehtiyatlar kifayət qədər böyükdür. Özəl sektorun iqtisadi sahədə payı yüksək olsa da, bilirik, bizdə qeyri-neft ixracı hələ ki, çox aşağı səviyyədədir. Mütləq rəqəmlər artır, amma faiz nisbəti artmır. Bunun, əlbəttə, səbəbi ondan ibarətdir ki, son illər aparılan uğurlu enerji siyasəti nəticəsində biz daha böyük həcmdə təbii qazı hasil edirik və beləliklə, enerji resurslarının ümumi daxili məhsuldakı payı artır və artacaq, yeni kontraktlar üzrə kəşfiyyat və qazma işləri aparılır. Buna uyğun olaraq qeyri-neft sektoru da, qeyri-neft ixracı da artmalıdır. Hələ ki, ixracımızın əsas hissəsi neft-qaz və neft məhsulları hesabına təmin edilir. Hesab edirəm ki, Baş Nazirin müavini kimi siz bu işlərə ciddi fikir verəcəksiniz, müvafiq qurumlar arasındakı koordinasiyanı təmin edəcəksiniz.
Siz İqtisadiyyat naziri kimi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının hazırlanması və icrası ilə bağlı işlərdə fəal iştirak etmisiniz və bu Proqramın tərtibatında önəmli rol oynamısınız. Hesab edirəm ki, bu sahə daim diqqətinizdə olmalıdır. Eyni zamanda, siz bir sıra ikitərəfli hökumətlərarası komissiyaların Azərbaycan tərəfdən həmsədrisiniz. Bu sahədəki fəaliyyətinizi davam etdirməlisiniz. Mənim göstərişimlə bir çox ölkələrə ezam olunaraq orada Azərbaycanın ixracını təşviq etmək üçün müxtəlif tədbirlər təşkil etmisiniz. Biznes qurumlarına Azərbaycanda istehsal olunan ixracyönümlü malları xarici bazarlara çıxarmaq və satışını təşkil etmək üçün böyük kömək və səylər göstərilir. Bu sahəyə də daim diqqət olmalıdır. Dövlət investisiyalarının məqsədyönlü olması haqqında mən öz sözlərimi dedim. İnvestisiyalar qeyri-neft sektorunun artımına xidmət etməlidir. Məşğulluğu, artan əhalini işlə təmin etmək üçün şərait yaradılmalıdır.
Mən ümid edirəm ki, siz etimadımı doğruldacaqsınız. Yəni, sizin iş təcrübəniz bunu deməyə əsas verir. Siz Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini çox yaxşı bilirsiniz. Sizdən fəal iş və ciddi nəticə gözləyirəm”.
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
1 saat əvvəl
Fransada lüks mağazalara hücumlar – Vitrinlər sındırılıb, bahalı mallar aparılıb
-
- 12 saat əvvəl
-
1 gün əvvəl
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
-
1 gün əvvəl
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
1 gün əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
1 gün əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Azərbaycanın müstəqilliyini bərpa etməsindən 35 il ötür
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
Gömrükdən yükün maneəsiz keçirilməsi üçün pul almaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım























