"Kapital Bank" beynəlxalq “Baku DevFest 2019” tədbirinə dəstək göstərib
Kapital Bank növbəti beynəlxalq İT Festivalın keçirilməsinə dəstək göstərib. “DepFest 2019” tədbiri Android, Web və buludsuz texnologiyalarına üstünlük verən, onlardan aktiv istifadə edən İT mütəxəssislər və tələbələr üçün hazırlanan bir texnologiya festivaldır. Məlumat üçün bildirək ki, ənənəvi tədbir dünyanın bir çox ölkələrində keçirilir.
“DevFest 2019”da dünyanın bir çox ölkəsindən gələn, bu sahədə öz sözünü demiş mütəxəssislər İT sahəsindəki son trendlər, texnologiyalar və bir-birindən maraqlı mövzular haqqında çıxışlar ediblər. Eyni zamanda, bu mövzular haqqında maraqlı vorkşoplar tədbir boyu nümayiş olunub. “Baku DevFest 2019”un qonaqları arasında Amazon, SnapEngage, RPG TeC, AİLab, Zalando kimi şirkət və startup-ların qurucu və İT mütəxəssisləri yer alıb.
“Bildiyiniz kimi Kapital Bank hazırda informasiya texnologiyaları sahəsinə böyük diqqət ayıraraq, rəqəmsallaşmaya önəm verir. Ötən həftə IBM şirkəti ilə birgə möhtəşəm “DevDay in Baku’19” tədbirini keçirdik. Bu gün isə Google ilə birgə “Baku DevFest 2019”u təşkil etdik. Hər iki tədbirdə dünyanın tanınmış mütəxəssisləri tərəfindən çıxışlar oldu. Əminəm ki, bu kimi tədbirlər ölkənin informasiya texnologiyaları sahəsinə, həmçinin sürətlə inkişaf edən rəqəmsal bankçılığa öz töhfəsini verəcək”, - deyə, Kapital Bank-ın İnformasiya sistemlərinin inkişafı departamentinin direktoru Fərid Səmədov bildirib.
Qeyd edək ki, Kapital Bank-da təcrübə proqramı artıq ənənəvi olaraq hər il keçirilir. Hazırda Kapital Bank-da İT sahəsi üzrə təcrübə keçmək mümkündür. Maraqlanan gənclər CV-lərini mövzu hissəsində “İT Təcrübə” yazmaqla [email protected] ünvanına göndərə bilərlər.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 18 d. əvvəl
-
- 55 d. əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım













.jpg)



.jpg)






