17,4 milyard manatı "yedik-içdik"
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 3,5 faiz üstələyərək 34,4 milyard manata bərabər olmuşdur.
Ticarət dövriyyəsinin 17,4 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17,0 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-noyabr aylarına nisbətən real ifadədə müvafiq olaraq 3,1 faiz və 3,9 faiz artmışdır.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2018-ci ilin yanvar-noyabr aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 34 419,2 | 103,5 |
o cümlədən: | ||
ərzaq məhsulları | 15 803,6 | 103,2 |
içkilər və tütün məmulatları | 1 612,2 | 101,6 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 6 350,0 | 104,1 |
elektrik malları və mebellər | 2 088,2 | 103,1 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 272,8 | 103,3 |
əczaçılıq və tibbi mallar | 451,4 | 103,9 |
avtomobil yanacağı | 1 911,4 | 102,4 |
digər qeyri-ərzaq məhsulları | 5 929,6 | 104,5 |
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 18,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2019-cu ilin yanvar-noyabr aylarında istehlak məhsullarının dəyər ifadəsində 21,2 faizi ticarət müəssisələri, 50,5 faizi fərdi sahibkarlar tərəfindən, 28,3 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 29,8 faiz, fərdi sahibkarlar üzrə 2,0 faiz artmış, bazar və yarmarkalarda isə 8,0 faiz azalmışdır.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 316 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 15,6 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 159,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 156,1 manatlıq qeyri-ərzaq məhsulları almışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
1 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)




.jpg)











