Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda audit və mühasibat xidməti göstərən "ABAK-Az Crowe Ltd" seminar keçirəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda audit və mühasibat xidməti göstərən "ABAK-Az Crowe Ltd" seminar keçirəcək

“Crowe Azərbaycan” – innovativ məsləhətçidən 9 yeni xidmət


 

Reklam_3_11

Azərbaycanda peşəkar audit və məsləhət xidmətləri göstərən “ABAK-Az Crowe Ltd” MMC 2019-cu il ərzində hazırladığı yeni xidmətlərini təqdim edir.

 

“Crowe Global” şəbəkəsi 130 ölkədə İnnovativ inkişaf strategiyasının tətbiqinə yardım edir. İnnovativ inkişafın üç tərəfi vardır:

 

1.İnnovasiyaları tətbiq edən biznes

2.İnnovasiyaların tətbiqini təmin edə biləcək məsləhətçi

3.İnnovativ məhsullar.

 

“Crowe Global” şəbəkəsi dünyada innovativ inkişaf istiqamətlərinin təhlilini aparır və onun hazırladığı “Art of Smart” (Düzgün Qərarlar Məharəti) adlı təhlil/hesabat qlobal innovativ inkişafın və səmərəli təcrübənin yayılmasına xidmət edir.

 

“Crowe Global” şəbəkəsinin Azərbaycan üzrə üzvü “ABAK-Az Crowe Ltd” MMC audit, vergi, məsləhət, risk, mühasibatlıq, qiymətləndirmə sahələrinin innovativ inkişafını təmin etməyə çalışır və hər il yeni məhsullarını təqdim edir. Bu il də təqdim edəcəyi yeni məhsullarla tanış ola bilərsiniz:

 

-Yeni Mühasibat və İdarəetməyə Dəstək Sistemi  MİDS 1.0 – bir mühasibə çəkdiyiniz xərclə 5-6 mütəxəssisin etibarlı xidmətini əldə edə bilərsiniz.

 

-1C proqramında BMHS (İFRS) üzrə maliyyə hesabatlarının hazırlanması və onların standartlara uyğunluğunun təmin edilməsi – İFRS və 1C proqramını mükəmməl bilən auditorlar etibarlı məsləhət verirlər.

 

- Şirkətin idarəetmə siyasətini əks etdirən sənədlər dəstinin hazırlanması – müasir idarəetmə mexanizmində 100-150 daxili qayda (Etika Məcəlləsi, Kadr siyasəti, Uçot siyasəti və s.) qəbul edilməlidir.

 

-Tikinti və investisiya layihələrində rəsmiləşdirmə qaydaları və onlara əməl edilməsinin monitorinqi – sonradan problemlərlə qarşılaşmamaq üçün (dövlət orqanlarının və keyfiyyətə nəzarət edənlərin neqativ rəyi) tələb olunan tədbirlərin vaxtında həyata keçirilməsi.

 

-Bank müştəriləri üçün xidmətlər - cəlb edilmiş maliyyə resursları əsasında inkişaf modelinin hazırlanması (faiz və iştirak, texnoloji yenidənqurma və s.).

 

-Art of Smart – 2018-2019-cu illərin tədqiqatlarının nəticələri – dünyanın qabaqcıl şirkətləri necə inkişaf edirlər.

 

- İş yerinin işçilər tərəfindən qiymətləndirilməsi üzrə sorğu və reytinq – anket sorğusunun keçirilməsi.

 

- Klinikanın idarə edilməsi proqramı – klinikada əsas əməliyyat və prosedurların uçotu (qəbul, xəstəlik tarixi, təyinatlar və s.)

 

- Lombardın idarə edilməsi proqramı - əsas əməliyyat və prosedurların uçotu (girovun qəbul edilməsi, kreditin verilməsi, kreditin və faizin qaytarılması və s.)

 

-Vergi Məcəlləsinə edilmiş dəyişikliklər – təqdimat və müzakirələr.

 

“ABAK-Az Crowe Ltd” MMC-nin mütəxəssislər komandası tərəfindən təqdim edilən seminar zamanı siz yeni xidmətlər haqqında məlumat əldə edə, sual-cavab, təcrübə mübadiləsi və müzakirələrdə aktiv iştirak edə bilərsiniz.

 

Tarix və saat: 19 dekabr 2019-cu il, saat: 10:00-14:00

Təqdimatın keçiriləcəyi məkan: Bakı şəhəri, “Park – İnn” Oteli, Nəsimi zalı

Ünvan: Azadlıq prospekti 1, Azərbaycan, Bakı

Telefon: +994 12 490 60 00                                                            

 

Təşkilatçının ünvanı: Bakı, АZ1023, Salyan şosesi 2, bina 2, mənzil 19/20

Əlaqə vasitələri: Ofis: (012) 492 78 56, (012) 437 41 56, (012) 437 41 56  

Fax: (012) 437 41 26    

Mobil (whatsapp): (050) 503 79 92  

E-mail: [email protected]

 

İştirak ödənişsizdir.

 

Seminarda iştirak etmək üçün qeydiyyat formasını doldurub [email protected] ünvanına göndərmək lazımdır.

 

Qeydiyyat forması: https://cloud.mail.ru/public/2jYw/5mEbiXRNy

 

13.12.2019 11:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ