“Neftin qiymətinin kəskin düşməsi bizim üçün gözlənilməz idi”
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib.
“Marja” xəbər verir ki, Prezident ilin iqtisadi yekunları barədə danışıb:
“Bəli, bu il iqtisadi sahədə nəticələr yaxşıdır. Bilirsiniz ki, neftin qiymətinin kəskin şəkildə düşməsindən sonra bizim milli valyutamız da devalvasiyaya uğramışdır və iqtisadi fəallıq aşağı düşmüşdü. Əlbəttə, bu, bizim üçün gözlənilməz idi. Təsəvvür edin, əgər sizin əsas gəlir mənbəyinizin dəyəri dörd dəfə ucuzlaşırsa, əlbəttə ki, bunun iqtisadiyyata çox mənfi təsiri ola bilər. Ancaq buna baxmayaraq, biz heç bir sosial layihəni ixtisar etmədik. Bütün sosial öhdəlikləri yerinə yetirdik. İqtisadi sahədə əlbəttə ki, biz çox ciddi addımlar atmağa məcbur olduq. Ancaq hesab edirəm ki, sabitləşmədən sonra ilkin inkişaf təzahürləri özünü keçən il büruzə verdi. Bu il isə artıq inkişaf daha genişmiqyaslıdır və bütün iqtisadi parametrlər bunu göstərir. Ümumi iqtisadi artım 2 faizdən çoxdur və bəlkə də bu, o qədər də böyük rəqəm deyil. Amma bunun da səbəbi ondadır ki, neftin hasilatı bir qədər aşağı düşüb. Bizim ümumi daxili məhsulumuzda neftin həcmi önəmli rol oynayır. Ancaq qeyri-neft iqtisadiyyatımız təqribən 3,5 faiz artıb. Hesab edirəm ki, bu, pis nəticə deyil, daha da artıq olmalıdır və olacaqdır.
Sevindirici hal odur ki, qeyri-neft sənaye sahəsində artım təxminən 14 faizdir. Bu, onu göstərir ki, qeyri-neft sənayesinin inkişafı ilə bağlı bizim planlarımız artıq real rəqəmlərlə ölçülür. Bildiyiniz kimi, son illərdə kənd təsərrüfatına böyük investisiyalar qoyuldu, böyük islahatlar paketi icra edilir və burada da 7 faizdən çox artım vardır.
Digər iqtisadi göstəricilər də müsbətdir. İnflyasiya 11 ayda təqribən 2,6 faiz olub. Xarici ticarət dövriyyəsi artdı. Qeyri-neft ixracımız təqribən 14-15 faiz artıbdır, baxmayaraq ki, daxili istehlak da artır. Bizim qeyri-neft ixracımızın daha böyük rəqəmlərlə artmamasının səbəbi odur ki, əhali artır, daxili istehlak artır və beləliklə, ixrac üçün təklif olunan malların həcmi o qədər də artmır. Amma buna baxmayaraq, qeyri-neft ixracı 14 faiz artıbdır.
Xarici borcumuz aşağı düşüb, ümumi daxili məhsulun 17 faizini təşkil edir və bu, dünyada 9-cu göstəricidir. Gələn ilin büdcəsi artıq təsdiq edilib və burada da xarici borca xidmət edən vəsait nəzərdə tutulub. Beləliklə, ən azı gələn ilin sonunda xarici dövlət borcu 16 faiz olacaqdır. Mən hökumət qarşısında vəzifə qoydum ki, biz qısa müddət ərzində xarici borcu təqribən daxili məhsulun 10-12 faizinə endirək və bu, tamamilə mümkündür. Bir amili də bildirməliyəm, bizim valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 5 dəfə artıqdır. Bu, deyə bilərəm ki, dünya təcrübəsində nadir nəticədir. Adambaşına düşən valyuta ehtiyatlarımızın həcminə görə biz MDB-də birinci yerdəyik. Bu il valyuta ehtiyatlarımız 4,5 milyard dollar artdı. Bu, onu göstərir ki, biz gəlirləri çox böyük qənaətlə xərcləyirik - ancaq sosial layihələrə və strateji əhəmiyyət daşıyan layihələrə.
Bütövlükdə isə ilin sonuna qədər Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara çatıbdır. Bu da rekord göstəricidir. Bu, əlbəttə ki, həm iqtisadi sahədə çox böyük nailiyyətdir, eyni zamanda, bu, bizim iqtisadi müstəqilliyimizi tam təmin edir. İqtisadi müstəqillik siyasi müstəqilliyin əsas şərtidir. Biz indi kreditlərdən asılı deyilik. Düzdür, bizə kredit vermək istəyənlərin sayı artır. Aparıcı beynəlxalq maliyyə qurumları bizə bir çox təkliflər təqdim edirlər. Ancaq mənim fikrim ondan ibarətdir ki, biz ancaq texnoloji tərəfdən önəmli layihələrə kredit götürə bilərik. Hansısa yolun çəkilişinə, yaxud da ki, hansısa inşaat işinə biz nə üçün xaricdən kredit alaq. Bizim öz vəsaitimiz var. Ancaq texnologiya ixracı ilə bağlı olan kreditlər bizim üçün maraq doğura bilər.
Ona görə bütövlükdə iqtisadi sahədə 2019-cu il uğurlu olubdur və onu da bildirməliyəm ki, aparılan islahatlar, o cümlədən şəffaflıq sahəsində aparılan islahatlar bizə əlavə gəlir gətirdi. Beləliklə, vergi və gömrük orqanları bu il plandan əlavə xəzinəyə 1 milyard manat vəsait köçürdülər. Yəni, sırf şəffaflıq, dürüstlük, düzgün hesabatın aparılması və bu sahədə, inzibatçılıq sahəsində aparılan islahatlar sayəsində biz bir milyard əlavə vəsait əldə etdik. Bu vəsaiti biz əlbəttə ki, sosial layihələrə yönəltdik”.
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
1 gün əvvəl
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
-
-
1 gün əvvəl
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
1 gün əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
1 gün əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
-
1 gün əvvəl
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gömrükdən yükün maneəsiz keçirilməsi üçün pul almaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
Ən çox oxunanlar
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlarla bağlı cinayət işi başlanıb – Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®























