Gözlənilən 9X smartfonları artıq satışda
(®) Öz tərzini nümayiş etməyi sevən gənclərin seçimi sayılan HONOR 9X smartfonu İrşad elektroniks mağazalarında müştərilərə sərfəli şərtlərlə təklif edilir. Dünyada istifadəçilərin rəğbətini qazanmış bu smartfonlar bir çox üstünlüklərə malikdirlər.
Əsas üstünlüklərdən biri hərəkətli selfi kamerasının olmasıdır. Kameranın hərəkət müddəti 1.3 saniyə təşkil edir, üz cizgilərinin təyini üçün isə cəmi 1 saniyə kifayətdir. HONOR 9X smartfonu üç əsas kamera ilə təchiz olunmuşdur. Onlardan biri 48 MP, digərləri isə 8 və 2 MP-dir. Yüksək keyfiyyətli çəkiliş imkanlarına malik HONOR 9X ilə həm gündüz, həm də gecə gözqamaşdırıcı, fərqli şəkillər ərsəyə gətirə bilərsiniz. 16 MP ön kamera ilə isə çəkəcəyiniz selfilər hər kəsi valeh edəcək.
Yaddaş imkanllarına görə də model öz sələflərini qabaqlayır. HONOR 9X smartfonunun operativ yaddaşı 4 GB, daxili yaddaşı isə 128 GB-dır. Honor 9 X Google Android 9 proqram təminatı ilə işləyir. Smartfona bu brendə xas EMUI 9.1 sistemi quraşdırılmışdır.
4000 mAh enerji tutumuna malik batareya davamlılığı ilə Sizi çətin vəziyyətdə qoymayacaq. Maksimal ekran parlaqlığı ilə video izləmə müddəti 8 saat, oyunlarla əylənmək müddəti 6 saat 20 dəqiqə, iş rejimində ekranın işıqlanması isə 5 saat təşkil edir. Ayrılıqda isə 108 saat musiqi dinləmək, 28 saat danışmaq, 10 saat oyunlarla əylənmək və 22 saata kimi video izləmək mümkündür. HONOR 9X təxminən 2 saat 20 dəqiqə ərzində şarj olunur. Bir sözlə Honor 9X müasir insanın bütün tələblərinə cavab verən, dizaynı və iş keyfiyyəti ilə göz oxşayan smartfon modelidir.
İrşad electronics-də HONOR smarfonlarını ilkin ödənişsiz, komissiyasız və faizsiz olmaqla 12 ay müddətinə hissə-hissə ödəmə şərti ilə əldə etmək mümkündür. Bundan əlavə, 31 dekabradək İrşad electronics mağazalarından HONOR 9X smartfonu alanlara və ya onlayn sifariş verənlərə Blutuz Sport qulaqlıqları hədiyyə edilir. HONOR 9X ilə MaXimuma hədəflən!
HONOR xüsusi stili özündə ehtiva edən smartfon brendidir və yüksək texnologiyalar sahəsində yeni inqilabi məhsul kimi mövqelənir. “HONOR mənim dünyamdır” şüarı ilə istehsal olunan bu smartfonların əsas missiyası özünü ifadə edə bilən fərdlərin smartfon seçimi olmaqdır. Ölkəmizdə də HONOR artıq rəğbət qazanmış azsaylı smartfon brendlərindən biridir. Azərbaycanda 30-dan artıq mağazalar şəbəkəsi ilə təmsil olunan İrşad electronics HONOR brendinin rəsmi distribüteridir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir























