Beynəlxalq Bankın Biznesin inkişafı şöbəsinə mütəxəssislər tələb olunur
(®) Azərbaycan Beynəlxalq Bankı Pərakəndə bankçılıq departamentinin Biznesin inkişafı şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Görəcəyiniz işlər:
- Pərakəndə bankçılıq sahəsində bank məhsullarının satışını, rəqabət qabiliyyətliliyini daim izləmək və təhlil etmək, yeniləmək, məhsul və xidmətlər üzrə satış üsullarını, alətlərini, kanallarını müəyyən etmək və mütəmadi təkmilləşdirmək;
-Mövcud məhsul və xidmətlər bazarının, satışların daimi təhlil olunması, o cümlədən mövcud məhsul və xidmətlərin xüsusiyyətlərinə və şərtlərinə əlavə və ya dəyişikliklərin edilməsi barədə təkliflərin hazırlanması, məhsulların xüsusiyyətlərini və şərtlərini idarə etmək və daima yeniləmək;
-Bankdaxili təhlillər və biznes ehtiyacları əsasında, o cümlədən daxili və xarici mənbələrdən daxil olmuş və şəxsi ideyalar əsasında müasir bank bazarına uyğun, rəqabətədavamlı, Bankın strategiyasına uyğun yeni məhsul və ximətlərin yaradılması, xidmətin keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılması ilə bağlı təkliflər hazırlamaq;
-Hədəf müştəri qruplarının, müxtəlif anket sorğularının, intervyuların çoxsaylı və keyfiyyətli təhlili əsasında bazarda tələbin müəyyən edilməsi, o cümlədən müştəri rəylərinin ( müsbət/mənfi ) toplanması, analizi və alınmış nəticələrin məhsulun yaradılması prosesində istifadə olunması;
-Mövcud köhnəlmiş məhsul və xidmətlərin departamentin məhsul və xidmət portfelindən çıxarılması, yenilənməsi və ya yenisi ilə əvəz olunması üçün təkliflərin verilməsi, məhsulun gəlirliliyinin təhlil edilməsi və artırılması istiqamətində işlərin görülməsi;
-Məhsulların filiallara təqdim edilməsi üçün təlim materiallarının, təlimatların, o cümlədən məhsullara dair bankın kommunikasiya kanalları üçün kontentin hazırlanmasına dəstək (website, broşur və s) hazırlanılması;
-Məhsul və xidmətlərin inkişafını təmin etmək və yeni məhsul və xidmətlərin yaradılması prosesində məhsul və xidmətlər barədə layihə planlarının, biznes tələblərin və təqdimatların hazırlanması;
-Yeni məhsullarının hazırlanması, birgə layihələr üzrə tərəfdaşlarla ( İT, Marketinq və digırləri) daimi qarşılıqlı əlaqələrin saxlanılması, məhsul və xidmətlər üzrə layihənin məhsul sahibi (product owner) rolunda idarə;
-Satışların mövcud müştəri qrupları və məhsullar üzrə analitik təhlili, mövcud və yeni yaradılacaq məhsullar üzrə gəlirliliyin ölçülməsi, o cümlədən əvvəlcədən proqnoz verilməsi;
-Mövcud köhnəlmiş məhsul və xidmətlərin departamentin məhsul və xidmət portfelindən çıxarılması, yenilənməsi və ya yenisi ilə əvəz olunması üçün təkliflərin verilməsi;
-Məhsulların satışının artırılması üçün müxtəlif aksiyalar, kampaniyalar, stimullaşdırıcı lotereyaların və s. həyata keçirilməsi üzrə təkliflərin hazırlanması, rəhbərlik və müxtəlif komissiyalar üçün təqdimatların hazırkanması;
-Kredit və qeyri-kredit məhsullarının, kart biznesinin inkişafı istiqamətində tərəfdaşlar və müxtəlif strukturlarla, ödəniş sistemləri ilə daim əlaqədə olmaq, yeniliklərin tətbiqində iştirak etmək;
-Məhsulun bazarda düzgün yerləşdirilməsi üçün bazarın dərin təhlili, onun əsas üstünlüklərinin işlənməsi, bazar trendlərinə, rəqiblərə, müştəri davranışlarına dair hesabatların hazırlanması;
-Bank məhsullarının satışını, rəqabət qabiliyyətliliyini daim izləmək və məhsulun gəlirliliyinin təhlil edilməsi və artırılması istiqamətində işlərin görülməsi.
Bizim üçün ideal namizəd:
-Ali İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi və ya Riyaziyyat sahəsi üzrə ali təhsili olan;
-Məlumatlarla işləmək təcrübəsi, təhlil və nəticə çıxarmaq bacarığı, Excel-də əla işləmə qabiliyyəti, həmçinin məlumatların vizualizasiyası bacarığı olan;
-Yüksək ünsiyyətqurma və təqdimat bacarıqları olan;
-Yüksək analitik düşünmə və iqtisadi təhlil qabiliyyəti olan;
-Mobil, dinamik, operativ, dəqiqlik, müstəqil olaraq layihələri və tapşırıqları icra etməyi bacaran;
-Hesabatlar və təqdimatların hazırlanması üzrə müxtəlif proqram təminatlarında yüksək səviyyədə bilikləri olan;
Bank sahəsi üzrə təcrübə, bank biznes-prosesləri, kredit və qeydri-kredit məhsullar üzrə dərin bilikləri olan;
- İngilis və rus dili biliklərinə sahib olan şəxsdir.
Bu iş sizə nələri qazandıracaq:
-Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
-Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə öz CV-nizi 15 yanvar 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir.
Əlavə məlumat üçün: www.ibar.az
Müştərilərin xəbərləri
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat sonra
-
48 d. əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
-
52 d. əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
1 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
1 saat əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
1 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda ani ödənişlərin sayı 25 dəfə artıb – Mərkəzi Bank rekord göstəricilər açıqladı
-
2 saat əvvəl
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
Ən çox oxunanlar
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
Oktyabrın 16-da gözlənilən hava şəraiti
























