Əmlakın icbari sığortasına dair AÇIQLAMA
"Təbliğat cərimələrin qabardılması tərzində aparılmışdır. Sığora şirkətləri və sığora vasitəçiləri tərəfindən daşınmaz əmlakın icbari sığortası üzrə təbliğat mümkün sanksiyalar aspektindən deyil, daşınmaz əmlak sahiblərinin maarifləndirilməsi kontekstində aparılmalıdır"
Son günlər Daşınmaz Əmlakın İcbari Sığortası mətbuat və ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrilmişdir.
Yayılan məlumatlara aydınlıq gətirmək və əhalini bu istiqamətdə maarifləndirmək məqsədilə “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB (ASA) olaraq bildirir ki, ölkəmizdə daşınmaz əmlakın icbari sığortası 24 iyun 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” Qanuna əsasən tətbiq olunur. Bu sığorta məhsulu əhalinin sosial rifahını, sahibkarlıq subyektlərinin mənafeyini, eləcə də maliyyə sabitliyini qorumaq məqsədilə beynəlxalq təcrübəyə uyğun olaraq yaradılmışdır.
Bu məhsul, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının eləcə də mənzillərin yanğın, təbii fəlakət, texnogen qəza və üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə sığortalanmasını nəzərdə tutur.
Son illər ərzində ölkədə baş vermiş təbii fəlakətlər və iri həcmli yanğın hadisələrindən sonra vətəndaşlara və sahibkarlara dəymiş zərərin ödənilməsi kontekstində gündəmə gəlmiş çətinliklər daşınmaz əmlakın icbari sığortasının vacibliyini təkrarən vurğulamışdır. Bu məqsədlə, “İcbari sığortalar haqqında” Qanunun tətbiqi ilə əlaqədar yerli icra hakimiyyəti orqanları və Fövqəladə Hallar Nazirliyi, eləcə də ASA tərəfindən təbliğat və təşviqat işləri aktivləşdirilmişdir. Bir sıra hallarda, təəssüf ki, bu fəaliyyət əmlakın icbari sığortası vasitəsilə fiziki və hüquqi şəxslərin əldə edəcəkləri fayda və risklərə qarşı təminatın təbliği ilə yanaşı daha çox qanunvericilikdən irəli gələn cərimələrin qabardılması tərzində aparılmışdır.
ASA-nın mövqeyi ondan ibarətdir ki, qanunvericiliklə müəyyən edilmiş inzibati tənbeh tədbirlərinin tətbiqinin aidiyyəti dövlət orqanlarının səlahiyyətinə aid olduğunu nəzərə alaraq, sığora şirkətləri və sığora vasitəçiləri tərəfindən daşınmaz əmlakın icbari sığortası üzrə təbliğat mümkün sanksiyalar aspektindən deyil, daşınmaz əmlak sahiblərinin maarifləndirilməsi kontekstində aparılmalıdır. Bu istiqamətdə əhalinin maliyyə savadlığının artırılması ölkədə sığorta mədəniyyətinin dərinləşməsinə xidmət edəcəkdir.
İl rəzində ASA İB əhalinin sığorta sahəsində maarifləndirilməsi istiqamətnidə müxtəlif kampaniya və tədbirlər həyata keçirməyi planlaşdırır.
ASA ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökumət təşkilatıdır. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 21 sığorta şirkəti və 1 təkrarsığorta şirkəti “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin üzvüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
15 d. əvvəl
Tramp növbəti dəfə İranı hədələdi: Artıq o yaxşı adam yoxdur
- 18 d. əvvəl
-
28 d. əvvəl
Ölkədaxili nağdsız əməliyyatların həcmi kəskin artıb - 3 AYDA 9,6 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 52 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan bankı 230 milyon dollarlıq yeni sindikativ kredit cəlb etdi
-
1 saat əvvəl
Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalanıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzdə mənzil sahibi olmaq istəyənlər üçün böyük fürsət – Nizami City - Foto-Video
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Tramp növbəti dəfə İranı hədələdi: Artıq o yaxşı adam yoxdur
Ölkədaxili nağdsız əməliyyatların həcmi kəskin artıb - 3 AYDA 9,6 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalanıb
Ödəniş kartlarının sayı martda 62 min ədəd artıb
Mərkəzdə mənzil sahibi olmaq istəyənlər üçün böyük fürsət – Nizami City - Foto-Video
Azərbaycanın bank sektorunda xalis mənfəət kəskin artıb
Bank sektorunda son vəziyyət - MƏRKƏZİ BANK YENİ RƏQƏMLƏRİ AÇIQLADI
"Bəzən betonun markası layihədə göstərilənlərə uyğun gəlmir. Belə halda tikinti dayandırılır"
Milli Depozit Mərkəzi zərərdən mənfəətə keçib
Neft böhranı dərinləşir, qiymətlər artır
Azərbaycan neftinin son qiyməti






.jpg)





.jpg)






