Çinin viruslu bölgəsində 7 azərbaycanlı tələbə təhsil alır
"Hazırda Çində ümumilikdə 500-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Dövlət xətti ilə təhsil alan tələblərin sayı 62-dir. Koronavirusun yayıldığı bölgələrdə isə 7 tələbəmiz var"
Bunu Təhsil naziri Ceyhun Bayramov keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, karantin bölgəsində tələbələrin təxliyəsi və onların vəziyyəti ilə bağlı Təhsil Nazirliyi Azərbaycanın Xarici İşlər Nazirliyi və Çindəki Azərbaycan Səfirliyi ilə daim əlaqə saxlayır.
Nazir bildirib ki, həmin tələbələrlə səfirlik vasitəsilə əlaqə saxlanılır: "Bizdə olan məlumata görə, 50-dən artıq ölkə öz vətəndaşlarını oradan çıxarmaq üçün Çinə müraciət edib. Bizim də Xarici İşlər Nazirliyindən əldə etdiyimiz məlumata əsasən, bu gün Çin Xarici İşlər Nazirliyində iclas olacaq. Ondan sonra açıqlama olacaq ki, Çin tərəfi hansı növbəti addımları atmağı planlaşdırır. Buna dair açıqlama olduqdan sonra növbəti addımlar atılacaq. Biz bu məsələni daim diqqətdə saxlayırıq".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 23 saat sonra
-
-
12 d. əvvəl
Metroda yaşıl və qırmızı xətlərin ayrılması işlərinin yekunlaşdırılması 11 aya planlaşdırılıb
- 24 d. əvvəl
- 36 d. əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
1 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
1 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
1 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır

























