"Layihəmizin dəyəri 86 milyon manatdır, Almaniya bankından kredit götürülmüşük"
“Ağstafa Aqrar Sənaye Kompleksi” layihəsinin ümumi dəyəri 86 milyon manat təşkil edir ki, bunun da bir hissəsi Almaniyanın “Euler Hermes” ixracat sığortası dəstəyi ilə Almaniya bankından götürülmüş kredit, həmçinin 5 milyon manatı dövlətimizin sahibkarlığın inkişafı məqsədilə ayırdığı güzəştli kredit və müəssisənin daxili imkanları hesabına icra edilib".
"Marja" xəbər verir ki, bunu “Ağstafa Aqrar Sənaye Kompleksi” müəssisəsinin icraçı direktoru Anar Orucov Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edərkən bildirib.
İcraçı direktor bildirib ki, müəssisəmizə təqdim olunan investisiya təşviqi sənədi əsasında Avropa ölkələrindən idxal etdiyimiz texnoloji xətlər idxalda gömrük rüsumundan azad edilib, eləcə də müəssisəmizə 7 il müddətinə vergi güzəştləri tətbiq olunub. Təşviq sənədinin alınması nəticəsində qənaət olunmuş 2 milyon 600 min manat vəsait müəssisənin yaradılmasında istifadə edilib.
BEŞ ZAVODDAN İBARƏT KOMPLEKS
"2012-ci il aprel ayının 12-də Sizin iştirakınızla müasir avadanlıq və 80-dən artıq kənd təsərrüfatı texnikası ilə təchiz edilmiş özəl “Ağstafa Aqroservis” müəssisəsinin açılışı həyata keçirilib. Müəssisənin inkişaf planına əsasən 2012-2019-cu illərdə Ağstafa rayonunun Ceyrançöl sahəsində istifadəmizə verilən 2748 hektar torpaq sahəsində növbəli əkin sistemi tətbiq edilərək, ərzaq buğdası, yonca, arpa və digər məhsullar istehsal edilir. Təkcə 2018/2019-cu əkin ilində istifadədə olan torpaq sahəmizdə 8200 ton yüksək zülallı ərzaq taxılı, 1200 ton günəbaxan dəni istehsal edilib. Hazırda əlavə olaraq 3800 hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməklə müəssisəmizin istehsal gücünün artırılması məqsədi ilə müvafiq işlər aparılır.
Möhtərəm cənab Prezident, iri özəl taxılçılıq və sənaye istehsalı müəssisələrinin yaradılmasının vacibliyi ilə bağlı tövsiyələrinizi nəzərə alaraq, 2016-cı il oktyabr ayının 19-da Sizin iştirakınızla təməli qoyulan beş zavoddan ibarət Ağstafa Aqroparkı xarici mütəxəssislərlə birgə layihələndirilib və tikinti-quraşdırma işləri həyata keçirilir",- Anar Orucov məlumat verib.
İSTEHSAL "SAHƏDƏN SÜFRƏYƏ" PRİNSİPİ İLƏ QURULUB
Müəssisənin icraçı direktoru təməlqoymadan sonrakı dövr ərzində görülmüş işlər barədə qısa məlumat verib: "Layihə üzrə əsasən Almaniya və İsveçrənin nüfuzlu şirkətlərinin istehsal etdiyi, saatda 200 ton emal gücünə malik, ilkin təmizləmə avadanlığı, saatda 50 ton qurutma gücünə malik və ümumi saxlama həcmi 36 min ton olan rezervuar, saatda 25 ton emal gücü olan dənli bitkilər toxumu istehsalı zavodu, saatda 5 ton emal gücünə malik paxlalı bitkilərin toxumu istehsalı zavodu, saatda 5 ton emal gücündə dəyirman kompleksi, sutkada 36 ton istehsal gücündə çörək və yarımfabrikatlar zavodu inşa edilərək avadanlıqları quraşdırılıb.
Layihə üzrə nəzərdə tutulmuş bütün işlər başa çatdırılıb, texnoloji avadanlıqların sazlama prosesi yekunlaşmaq üzrədir. Görülən işlərin nəticəsində “Sahədən süfrəyə” prinsipini əsas tutaraq bütün istehsal prosesini zəncirvarı olaraq qurmağa müvəffəq olmuşuq. Hazırda müəssisəmizdə və törəmə müəssisələrimizdə 360 nəfər işlə təmin olunub".
Müştərilərin xəbərləri
AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi “Global Senior Management” proqramı uğurla yekunlaşıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
1 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
20 d. əvvəl
Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var
-
36 d. əvvəl
Dünyada bananın bahalaşacağı gözlənilir – Nəhəng şirkətdən xəbərdarlıq
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sahib Rzayevə iki vəzifə həvalə olundu – Prezident sərəncam imzaladı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib
-
1 saat əvvəl
Rabitəbank “Rabita Junior”un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb
Sahib Rzayevə iki vəzifə həvalə olundu – Prezident sərəncam imzaladı
Ən çox oxunanlar
Oktyabrın 28-də gözlənilən hava şəraiti
Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib
Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

























