Hansı mesaj daha güclüdür? Dəyərlər yoxsa sosial təsir
Bir eksperimentlə başlayacağam.
Aleks Laski (Alex Laskey) kommunal sektor üçün kloud əsaslı proqram təminatı hazırlayan və bu sahədə lider şirkət olan “Opower”in təsisçisidir. Bu qurum öz işlərinin təkmilləşdirmək üçün davranış elmlərindən də istifadə edirlər. Girişi verdim, indi isə qayıdaq mövzumuza.
Bu şirkət kommunal məsələlərdə enerjiyə qənaət edilməsi haqqında bir təcrübə aparır. Aleks Laskinin öz çıxışında qeyd etdiyi kimi iştirakçılara aşağıdakı mesajlar çatdırılır:
- Siz bu ay 54 dollar qənaət edə bilərsiniz.
- Siz planeti qoruya bilərsiniz.
və ya
- Siz yaxşı bir vətəndaş ola bilərsiniz.
Hansı mesaj sizə cəzbedici görünür? Ya da hansı mesajdan sonra enerji istehlakınızı bir daha nəzərdən keçirərsiniz: 1-ci, 2-ci ya 3-cü? Əslində isə bu mesajların heç birinin enerji sərfiyyatına təsiri olmayıb. Bu səbəbdən tədqiqatçılar 4-cü mesajı əlavə ediblər:
-Qonşularınız enerji istehlakında sizdən daha məsuliyyətlidirlər.
Nəticə isə olduqca ürəkaçandır. Bu mesajı eşidənlərin 77%-i evdə kondisionerləri söndürür və nəticədə enerji sərfiyyatında fərq yaranır. Laski düşünür ki, bu layihə vasitəsilə Amerika Birləşmiş Ştatlarında il ərzində 2 terawatts enerji qənaət etmək olar ki, bu da 2 orta ölçülü şəhəri il boyu elektrik ilə təmin etməyə bəs edir.
İlk 3 sual daha çox dəyərlərlə bağlı idi. Əlbəttə, bu dəyərlərə ciddi həssaslığı olanlar onları icra edəcəklər, lakin böyük əksəriyyəti təşkil edən digər insanlar isə (Laskinin də dediyi kimi) qeyd edilən məqamın vacib olduğunu düşünsələr belə, həmin şeyi etmək onlara rahat deyilsə, etməyəcəklər.
4-cü mesaj isə özündə sosial təzyiq daşıyır, bu isə hər zaman güclü vasitədir.
Buradan öyrəndiyimiz əsas şey bir qrup insanın təcrübəsini başqa qrup insanlara təsir etmək üçün istifadə etmək olar. Əlbəttə, hər zaman yaxşı olan istiqamətdə!
Sosial təzyiq qısaca başqa insanların müəyyən situasiyalar üzrə davranışlarını doğru qəbul etməyə yönəlik psixoloji hadisə və ya fenomendir. Bizim xalq olaraq bu anlayış üçün çox məşhur məsəllərimiz də var: “palaza bürün elnən sürün” və “camaatın uşağı” kimi.
Yəqin ki, oxşar elementləri reklamlarda çox görmüsünüz və hətta reklam xoşunuza gəlməsə belə, tez-tez başqalarının təcrübəsini göstərərək özünü reklam edən yuyucu təmizlik məhsullarını marketlərdə axtarmısınız
Ən çox sosial təzyiq yaradan qruplar adətən ekspertlər, məşhur şəxslər, istifadəçilər, ağıllı dostlar və sertifikasiyadır.
Ekspert görüşləri, influenser marketinq və qiymətləndirmə (“review”) sektorunun bu qədər inkişaf etməsinin, ağızdan-ağıza (“word of mouth”) reklamın effektliliyinin çox yüksək olmasının, sertifikasiyaların artaraq yavaş-yavaş bütün sektorlara daxil olmasının arxasında dayanan psixoloji faktor da məhz budur.
Sosial təzyiq fenomeninin gücündən istifadə edərək hər hansı bir marka, cəmiyyət və hətta dünya üçün çoxlu müsbət nəticələr eldə etmək olar! Bu haqda növbəti yazımda danışacağam.
© Anar Əsgərov
Müəllif haqqında: Anar Əskərov 10 ildən çox təcrübəsi olan PR üzrə mütəxəssisdir. O “INPRESS PR Solutions” (www.inpress.az) şirkətinin təsisçisi və CEO-sudur. Onun əsas fəaliyyət istiqaməti yeni media dünyasında müasir alətlərdən istifadə edərək fərdlərə və şirkətlərə brendlərini qurmağa, qorumağa və mesajlarını auditoriyalarına düzgün şəkildə çatdırmağa yardım etməyə yönəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
3 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
3 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Ən çox oxunanlar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"






.jpg)








.jpg)








