Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

DGK: Azərbaycana nüvə reaktorları və onun hissələri idxal olunmayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
DGK: Azərbaycana nüvə reaktorları və onun hissələri idxal olunmayıb

Dövlət Gömrük Komitəsi (DGK), “Nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular; onların hissələri” mal qrupu üzrə Azərbaycana 2019-cu ildə 152 milyon 762 min dollar məbləğində, 2020-ci ilin yanvar ayında isə 97 milyon 446 min dollar məbləğində idxala aydınlıq gətirib.

 

Reklam_3_11

Marja-nın sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsindən bildirilib ki, idxal və ixrac olunan malların gömrük rəsmiləşdirilməsi zamanı kodlaşdırılması “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarımn dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİF MN) əsasında aparılır. Həmin nomenklaturada mallar mal qrupları (XİF MN-nin 2 rəqəmli kodu səviyyəsində), mal mövqeləri (XİF MN-nin 4 rəqəmli kodu), mal yarımmövqeləri  (XİF MN-nin 6 rəqəmli kodu) və alt yarımmövqeləri  (XİF MN-nin 10 rəqəmli kodu) səviyyəsində təsnif olunur.

 

“XİF MN-nin 84-cü mal qrupu “Nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular; onların hissələri” adlanır və 85 ədəd mal mövqeyini, minə yaxın mal alt yarımmövqeyini əhatə edir. Ölkəyə idxal olunan avadanlıq və mexaniki qurğuların böyük hissəsi 84-cü mal qrupu altında kodlaşdırılır.

 

Həmin qrupun yalnız 8401 mal mövqeyi üzrə (“Nüvə reaktorları; nüvə reaktorları üçün şüalanmamış istilikayırıcı elementlər (tvellər); izotopların ayrılması üçün avadanlıq və qurğular”) nüvə rektorlarına aid olan mallar kodlaşdırılır: 840110 0000 - nüvə reaktorları, 840140 0000 - nüvə reaktorlarının hissələri.

 

Məlumat üçün bildiririk ki, 2019-cu ildə və 01.01.2020-24.02.2020-ci il dövrü ərzində Azərbaycan Respublikasına 840110 0000  və 840140 0000 mal alt yarımmövqeləri üzrə mal idxal olunmamışdır”. 

25.02.2020 08:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ