Rusiya sərhədi bağlasa, qeyri-neft sektorumuz ciddi zərər çəkəcək – ŞƏRH
Qonşu ölkə Rusiyada 20 minə yaxın insanda koronavirisun olması ehtimalı var. Ötən gün paytaxt Moskvada da 1 nəfərdə virusun olduğu təsdiqlənib. Nəzərə alsaq ki, epidemiyanın yayılması səbəbi ilə İranla sərhədlər bağlanıb, eyni halın Rusiyada yaşanması da bu ölkə ilə sərhədlərin bağlanması məsələsini aktual edir.
Bəs maraqlıdır, Azərbaycanın Rusiya ilə sərhədlərinin bağlanması ehtimalı nə dərəcədə realdır? Sıx iqtisadi əlaqələrin olduğu şimal qonşumuzla sərhədlərin bağlanması ölkə iqtisadiyyatına hansı təsirlər göstərə bilər?
Məsələ ilə bağlı danışan iqtisadçı-ekspert Natiq Cəfərli ixracatda olmasa da idxal məsələsində Rusiya ilə sərhədlərin bağlanmasının Azərbaycana çox böyük mənfi təsirlərinin olacağını bildirib:
“Azərbaycan idxala çox açıq olduğu üçün Rusiya ilə sərhədlərin bağlanmasının iqtisadi baxımdan ölkəyə mənfi təsirləri çox olacaq. Yerli istehsalımız, qeyri-neft sektoru, real iqtisadiyyata aid istehsal sahələri bizdə yetərli sayda deyil. İdxaldan aslı olduğumuz üçün qonşu ölkələrdən gətirilən məhsulların çeşidi və sayı həddindən artıq çoxdur. Qonşu ölkələrdə virusun kəskin artması Azərbaycanda idxala ziyan gətirməklə bərabər, eyni zamanda inflyasiyanın da çoxalması ilə nəticələnəcək. Düzdür, ixracla bağlı böyük problemlərin yaşanacağını düşünmürəm. Çünki Azərbaycanın ixracatının 90 faizini enerji daşıyıcıları təşkil edir. Enerji daşıyıcısı kimi, qaz, borular vasitəsilə Türkiyə üzərindən Avropaya ötürülür ki, burda da riskli məsələ yoxdur. Rusiya bizim üçün ən böyük qeyri-neft ixracat edən ölkədir. Yəni aqrar və digər sektorlarda ən çox ixrac məhz Rusiya vasitəsi ilə həyata keçirilir. Sərhədin bağlanması bundan dolayı ölkə gəlirlərinin kəskin azalmasına gətirib çıxaracaq”.
Natiq Cəfərli virusun yayılmasının ölkədə olan boşluqların üzə çıxmasında da rol oynadığını əlavə edib:
“Əsas məsələ təbii ki, bizim idxaldan aslı olduğumuzun belə fövqəladə şəraitlərdə üzə çıxması və bununla bağlı ciddi tədbirlərin görülməsinin qaçılmaz olmasıdır. Hazırda virus məsələsinin gündəmə gəlməsi əslində ölkədə hansı sahədə zəif cəhətlər varsa, onların üzə çıxmasına şərait yaratdı. Buna görə də müəyyən tədbirlər olmalıdır ki, idxaldan aslılıq məsələsi nisbətən azalsın. Çox təəssüf ki, yaxın zamanlarda virusun yayılmasının təsirindən dolayı qiymət artımının və inflyasiyanın şahidi olacağıq. Rusiyadan keçən il ərzində təqribən 1,5 milyard dollardan çox məhsul idxal etmişik. Düzdür, bu vəsaitin arasında avtomobillər və kənd təsərrüfatı texnikası da var, amma ərzaq məhsulları da həmçinin gətirilən malların arasında böyük yer alır. Belə ki, il ərzində təqribən 800 milyon dollardan çox ərzaq məhsulu Rusiyadan Azərbaycana idxal olunur”.
© Modern
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 23 saat sonra
-
-
29 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 41 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
1 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
1 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır

























