Saç əkilməsində birincidir, 1,5 milyard dollar gəlir əldə edib
Dünyada saç əkilməsi sahəsində ilk yeri tutan Türkiyə, bu məqsədlə 2019-da ölkə xaricindən 498 min nəfəri qəbul edib və onlardan 1 milyard 494 milyon dollar gəlir əldə edib. 2020-də hədəf 2 milyard dollara yaxın gəlirdir. Ancaq corona virusu epidemiyası bu sektoru da təsir edə bilər, çünki ildə 18 min adamın saç əkdirmək üçün Türkiyəyə gəldiyi İtaliyadan uçuşlar dayandırılıb.
Marja-nın məlumatına görə, Türkiyə Sağlamlıq Turizminin İnkişafı Şurasının rəhbəri Emin Çakmak bildirib ki, İstanbulda 1500 saç əkmə mərkəzi fəaliyyət göstərir.
Emin Çakmak, 2019-da sağlamlıq turizmi üçün Türkiyəyə gələnlərin sayının 1 milyon 87 min nəfərə çatdığını, cəmi 10,2 milyard dollar gəlir əldə edildiyini söyləyib. 2019-da turist sayı 890 min, gəlir 8,5 milyard dollar idi.
Türkitə sağlamlıq turizmində bir ildə turist sayında 22%, gəlirdə isə 20% artıma nail olub.
2020-də hədəf turist sayında 1 milyon 250 min, gəlirdə isə 12,5 milyard dollardır.
2010-da sağlamlıq turizmində turist sayının 487 min nəfər, gəlirin 2,4 milyard dollar olduğunu xatırladan Çakmak, Türkiyənin sağlamlıq turizmində gəlir baxımından dünyada üçüncü, adam sayında beşinci olduğunu bildirib.
Dünyada sağlamlıq turizmində Türkiyədən öndə gəlir üzrə ABŞ və Almaniya, turist sayı üzrə ABŞ, Almaniya, Tayland və Hindistan var.
SAÇ ƏKİMİNDƏ TÜRKİYƏ BİRİNCİDİR
Çakmak Türkiyənin sağlamlıq turizminin bir alt qolu olan saç əkilməsində dünyada birinci olduğunu söyələyib.
Çakmak, 2019-da Türkiyəyə saç əkilməsi üçün 498 min adam gəldiyini və bu şəxslərdən 1 milyard 494 milyon dollar gəlir əldə edildiyini bildirib. Bir ildə adam sayı və gəlirdə 46% artım qeyd edilib. 2010-da saç əkimində adam sayı 110 min, gəlir 330 milyon dollar idi.
2020-də hədəf, adam sayında 650 min, gəlirdə 1 milyard 950 milyon dollardır.
ORTA QİYMƏT 2 MİN DOLLARDIR
Saç əkimində qiymətlər adamın nə qədər saç əkdirmək istədiyinə görə qiymət dəyişir. Qiymətlərin 1 dollar ilə 4 min dollar arasında dəyişdiyini, orta qiymətin 2 min dollar olduğunu qeyd edən Çakmak, qalmaq və nəqliyyat da daxil edildiyində bir nəfərin orta hesabla 3 min dollar xərclədiyini bildirib.
1 Mart Bazar günü İspaniyada Real Madrid ilə Barcelona klubları arasında futbol qarşılaşmasında pannolarda çıxan bir reklam diqqət çəkib. Yüz milyonlarla adamın izlədiyi matçda, stadiondakı pannolarda saç əkilməsi ilə məşğul olan bir Türkiyə şirkətinin reklamı göstərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 gün sonra
- 2 gün sonra
-
1 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 17 saat sonra
- 5 saat əvvəl
-
8 saat əvvəl
Azercell “Ən yaxşı idman dəstəkçisi” nominasiyasında mükafatlandırılıb
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
“Güzəştli mənzil” sisteminə xüsusi proqram ilə müdaxilə edən şəxslər cinayət məsuliyyətinə cəlb edildi - AÇIQLAMA
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Ermənistana Azərbaycan ərazisindən taxıl göndərilməsi, Azərbaycandan neft məhsullarını satın alınması etimad quruculuğu proseslərindəndir”
Rəsmi Bakı: "Rus Evi"nin ləğvi prosesi başa çatıb
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
Çindən elektrikli avtomobillərə enerji limiti
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Siqaret qaçaqmalçılığında ittiham edilən Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
60%-dək endirimlər, hər 500 AZN-lik alış-verişə xüsusi şans!
















