Neft 30 dollara düşdü - Azərbaycan nə qədər tab gətirə bilər?
Tarix göstərir ki, Azərbaycan neftin qiymətinin düşməsinə 8-9 ay tab gətirə bilib. Əgər tarix təkrarlansa (neftin qiyməti uzun müddət 30-50 dollar aralığında qalsa) Azərbaycanda 3-cü devalvasiya 2020-ci ilin sonunda və ya 2021-ci ilin əvvəlində ola bilər. Azərbaycan Mərkəzi Bankı neftin qiyməti 50% düşdükdən sonra devalvasiya qərarları verib (artıq ilin əvvəlindən neft 50% ucuzlaşıb). Neftin orta qiymətinin bu il 50 dollardan aşağı qalması Azərbaycanın cari əməliyyatlar balansının saldosunun mənfiyə düşməsi ilə nəticələnə bilər. Yəni Azərbaycandan çıxan valyuta ölkəyə daxil olan valyutanı üstələyəcəkdir. Belə pis gedişatın dayandırılmasının yollarından biri devalvasiya və valyuta tələblərinin sərtləşdirilməsidir.
2014-cü ilin May ayında Brent neftinin qiyməti 100 dollardan yüksək idi. Həmin ilin May ayının sonunda neftin qiyməti 112 dollaradək qalxmışdı.
2014-cü ilin İyun ayından başlayaraq neft qiymətləri düşməyə başladı, ucuzlaşma növbəti aylarda sürətləndi və ilin sonunda Brent neftinin qiyməti təxminən 50 dollar səviyyələrinədək düşdü.
Marja-nın məlumatına görə, neft qiymətlərinin 2 dəfədən çox düşməsi gəlirlərinin böyük hissəsini neft satışından əldə edən ölkələrdə böhrana səbəb oldu və ölkələr milli valyutalarını ucuzlaşdırmağa məcbur oldular.
Azərbaycan ilk devalvasiyaya 21 Fevral 2015-ci il tarixində getdi. Həmin ay Brent neftin qiyməti 62-55 dollar civarında olmuşdu.
2015-ci ildə neftin ucuzlaşması davam etdi və ilin sonunda artıq 40 dollardan da aşağı düşmüşdü. Azərbaycanın tədiyyə balansının kəsri artdığından 21 Dekabr 2015-ci il tarixində 2-ci dəfə devalvasiyaya getdi.
Birinci devalvasiyanın olduğu rübdə (2015-ci ilin yanvar-mart dövründə) Azərbayacanın tədiyyə balansının kəsiri 4 milyard 591 milyon dollar, 2015-ci ilin yanvar-dekabr aylarında isə 11 milyard 329 milyon dollar təşkil etmişdi. Başqa sözlə, ölkədən çıxan valyutanın məbləği daxil olan valyutanın məbləğini 11 milyard 329 milyon dollar üstələmişdi.
2016-cı ilin yanvarında Brent neftinin qiyməti 34 dollaradək düşəsə də, sonradan qiymətlər yavaş-yavaş yüksəldi və 2018 Sentyabrında 83 dollaradək qalxdı. 2020-ci ilin əvvəlinədək qiymət 80-60 dollar civarında dəyişdi.
TARİX GÖSTƏRİR Kİ….
Tarix göstərir ki, Azərbaycan neftin qiymətinin düşməsinə 8-9 ay tab gətirə bilib. Əgər tarix təkrarlansa Azərbaycanda 3-cü devalvasiya 2020-ci ilin sonunda ola bilər.
Azərbaycan Mərkəzi Bankı, neftin qiyməti 50% düşdükdən sonra devalvasiya qərarları verib.
NEFTİN 16-17 DOLLAR UCUZLAŞMASI CARİ KƏSİR YARADA BİLƏR
Bir neçə gün öncə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, neftin qiymətinin hər barelə görə 1 ABŞ dolları dəyişməsi cari əməliyyatlar hesabımıza illik təxminən 250 milyon ABŞ dolları təsir edir. İlin əvvəlində 68 dollar olan Brent neftinin qiyməti bu gün 31 dollardır. Yəni qiymət 37 dollar və ya 50% düşüb. Əgər 1 dollar 250 milyon dollar təsir edirsə, 37 dolların təsiri 9 milyard dollardan çox edir. Təbii ki, bu məbləğdə təsrin baş verməsi üçün qiymətin il ərzində 30 dollar səviyyəsində qalması lazımdır.
Mərkəzi Bank 2019-cu ilin 9 ayı üzrə Azərbaycan Respublikasının tədiyə balansı göstəricilərini dərc edib. Məlum oldu ki, 2018-ci ilin 9 ayı ilə müqayisədə 2019-cu ilin 9 ayı ərzində Azərbaycanın tədiyyə balansının profisiti 502 milyon dollar və ya 13,7% artaraq 4 milyard 167 milyon dollar təşkil edib. 2018-ci ilin eyni dövründə tədiyyə balansının profisiti 3 milyard 665 milyon dollar təşkil etmişdi. Tədiyyə balansı göstəricilərini təhlil etdikdə məlum olur ki, artım maliyyə hesabı kəsirinin azalması və balanslaşdırıcı maddәlәrin artması hesabınadır. Əslində cari əməliyyatlar balansının saldosu azalıb.
2018-ci ilin 9 ayı ilə müqayisədə 2019-cu ilin 9 ayında Azərbaycanın cari hesabı (cari əməliyyatlar balansının saldosu) 1 milyard 85 milyon dollar azalaraq 4 milyard 3 milyon dollar təşkil edib. 2018-ci ilin 9 ayı üzrə cari hesab 5 milyard 88 milyon dollar idi. Azalmanın səbəbi ötən il də neftin ucuzlaşmasıdır.
Azərbaycanın cari əməliyyatlar balansının saldosunun mənfiyə düşməsi üçün neftin təxminən 16-17 dollar ucuzlaşması kifayət edir. Yəni, neftin 50 dollardan aşağı qalması Azərbaycanın cari əməliyyatlar balansının saldosunun mənfiyə düşməsi ilə nəticələnə bilər.
“NEFTİN KƏSKİN UCUZLAŞMASI MÜMKÜN GÖRÜNMÜR” DEMİŞDİ
Vüsal Qasımlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı bir neçə gün öncə mətbuata müsahibəsində demişdi:
“Azərbaycan neftin hətta hər barel üçün 30 dollardan da aşağı həddinə immunitet qazanıb. Özü də 2015-ci ildə neft qiymətləri üç dəfədən çox azalmışdı. Hazırda belə kəskin azalma mümkün görünmür. Üstəlik hökümət, biznes və əhali neftin qiymət oynamalarına qarşı institutsional və psixoloji baxımdan daha hazırlıqlıdır. İndiki halda deyim ki, biz hətta neftin 40-45 dollar qiymətində də cari hesablar balansının tarazlığını qoruya bilərik. Bu da həm ciddi inflyasiya təhdidi, həm də manatın məzənnəsi ilə bağlı narahatlığın olmadığını göstərir”.
2020-ci il dövlət büdcəsində neftin hər bareli 55 ABŞ dolları hesablanıb. Vüsal Qasımlı müsahibəsində əlavə etmişdi ki, proqnozdan əlavə yaranmış valyuta ehtiyatları bundan sonra neftin qiymətinin proqnozdan aşağı olacağı bir neçə ay ərzində itkiləri kompensasiya edə bilər.
SƏUDİYYƏ ƏRƏBİSTANI RUSİYANI CƏZALANDIRIR
Xəbər verdiyimiz kimi, ötən həftənin sonu Səudiyyə Ərəbistanı Rusiyaya qiymət müharibəsi elan edib. Bu gün bazarlar açıldıqda Brent neftin qiyməti 14,25 dollar və ya 31.5% düşərək 31,02 dolları görüb. Bu, 1991-ci ilin Yanvarından bəri ən böyük nisbətdə ucuzlaşmadır.
Dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft istehsalçısı Rusiyanı cəzalandırmağa cəhd edir. Səbəb Rusiyanın Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) tərəfindən təklif edilən istehsalın birgə azaldılmasını qəbul etməməsidir. Danışıqlar ötən cümə günü nəticəsiz başa çatmışdır.
OPEC və digər bir sıra istehsalçılar koronavirusun yayılmasına görə düşən qiymətləri sabitləşdirmək üçün neft hasilatının əlavə azaldılması dəstəkləyirlər. Rusiya və Qazaxıstan isə təklifə razı olmurlar.
Rusiyanı cəzalandırmaq istəyən Səudiyyə Ərəbistanı neft hasilatını gündəlik 10-12 milyon barel civarına qaldırmağı planlaşdırır. Səudiyyə Ərəbistanı neft qiymətlərini 8-6 dollar arasında aşağı salaraq qiymət müharibəsinə başlamışdır.
2020-ci ildə neftin 20 dollaradək düşə biləcəyi proqnozları dilə gətirilir.
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
1 gün əvvəl
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
-
-
1 gün əvvəl
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
1 gün əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
1 gün əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
-
1 gün əvvəl
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gömrükdən yükün maneəsiz keçirilməsi üçün pul almaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
Ən çox oxunanlar
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlarla bağlı cinayət işi başlanıb – Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
























