Prezidentdən 10 şəhər və rayon üçün Sərəncam
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.
Marja xəbər verir ki, Sərəncam ilə, əhalisi 193696 nəfər olan 10 şəhər və rayonun 13 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə 2020-ci il dövlət büdcəsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,19 milyon manat ayrılıb.
Qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı
Sıra №-si | Rayonun, şəhərin adı | Quyuların sayı, ədəd | Yaşayış məntəqələrinin adı | Əhalinin sayı, nəfər |
1. | Ağdaş | 2 | Ağzıbir | 1981 |
Şəkili | 1201 | |||
2. | Biləsuvar | 2 | Dərvişli kəndi | 1766 |
3. | Gəncə | 2 | Kəpəz rayonu | 178500 |
4. | Xocavənd | 2 | Muğanlı kəndi | 1485 |
5. | Yardımlı | 1 | Köryədi kəndi | 1813 |
6. | Şuşa (Ağdam rayonu ərazisi) | 2 | Mirzələr qış yatağı | 698 |
7. | Laçın (Ağcabədi rayonu ərazisi) | 2 | “Qayğı” qəsəbəsi | 453 |
“Mişni” obası | 208 | |||
8. | Qobustan | 2 | Təklə kəndi | 2166 |
Təklə Mirzəbaba kəndi | 2498 | |||
9. | Lerik | 1 | Kələxan kəndi | 483 |
10. | Naftalan | 1 | Qasımbəyli kəndi | 444 |
Cəmi | 17 | 13 | 193 696 | |
Müştərilərin xəbərləri
Azərbaycanlı iş adamının şirkəti dünyanın nüfuzlu startap mükafatlarından birinin qalibləri sırasında yer alıb
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
13 d. əvvəl
Bank Respublika sahibkarlara “34 GÜN - 34% ENDİRİM” kampaniyasına start verib
-
-
16 d. əvvəl
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 10 vaqon gübrə göndəriləcək
-
30 d. əvvəl
ABŞ Hörmüzdən gəmiləri çıxarmaq üçün 100-dən çox təyyarə və 15 min hərbçi cəlb edəcək
-
52 d. əvvəl
İlham Əliyev bu gün İrəvanda keçirilən sammitə videoəlaqə vasitəsilə qoşulacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
Rəsmi məzənnələr açıqlandı
AZAL Bakıdan Dubaya uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək
Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub






.jpg)
.jpg)






.jpg)









