“Neft-qaz sektorunda çalışanların üçdə birindən çoxu iş yerini itirəcək”
Koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə dünya dövlətlərinin həyata keçirdiyi məhdudlaşdırıcı tədbirlər iqtisadi fəallığı heçə endirib. Bəs mövcud durum qlobal məşğulluq üçün hansı təhlükələr yaradır?
Bu barədə açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov mövcud böhrandan məşğulluq baxımından ən böyük zərbəni neft-qaz sektorunun alacağını deyib:
“Dünya iqtisadiyyatının inkişaf xüsusiyyəti belədir ki, hər 10-15 ildən bir böhranlı vəziyyət yetişir. Lakin hazırkı miqyasına, yayılma sürətinə və digər spesifik xüsusiyyətlərinə görə bunların içində ən dəhşətli böhrandır. Onsuz da, istənilən böhran zamanı ən böyük zərbəni məşğulluq alır. Lakin bu dəfə məşğulluq üçün fəsadlar daha ağır olacaq. Faktiki olaraq bu gün dünya iqtisadiyyatı tam donmuş bir vəziyyətdədir. İstehsal dayanıb, iqtisadi fəallıq sıfır səviyyədədir, sosial izolyasiya tədbirlərindən dolayı hərəkət məhdudlaşıb. Belə bir şəraitdə miqyasından asılı olmayaraq, istənilən işəgötürənin ən böyük problemi tabeliyində olan işçilərin əməkhaqlarının ödənilməsidir. Bu yükdən xilas olmaq üçün isə ya dövlət dəstəyi olmalıdır, ya da kütləvi ixtisarlar qaçılmaz olacaq”.
Onun sözlərinə görə, sektoral olaraq təsnifləşdirmə aparmış olsaq, qlobal məşğulluq ən böyük zərbəni neft-qaz sahəsində alacaq:
“Biz artıq bunu ABŞ-ın timsalında görə bilirik. Bu ölkənin şist neft sənayesi faktiki olaraq çökmüş vəziyyətdədir və yaxın aylarda bu sektorda işsizliklə bağlı çox ciddi problemlər ortaya çıxa bilər. Lakin ABŞ sadəcə olaraq başlanğıcdır və proses digər neft hasil edən ölkələrə də sıçraya bilər. Bugünkü durumdan çıxış etsək, düşünürəm ki, dünya miqyasında neft-qaz sektorunda çalışanların ən azı 35%-i iş yerlərini itirəcək. Ancaq böhran dərinləşdikcə məşğulluğa dəyən zərbənin miqyası daha geniş ola bilər”.
Bəs Azərbaycanda bu təhlükə gözləniləndirmi? Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) ixtisarlar ola bilərmi?
Məsələ ilə bağlı millət vəkili Azər Badamov düşünür ki, SOCAR-da bu məsələnin gündəmə gəlməsi aktual deyil və şirkətdə iş yerləri bağlanmayacaq.
O həmçinin qeyd edib ki, bu gün böhran yaşanan sahə dünyada neft sektorudur:
“Neftin qiymətinin enməsi müəyyən qədər məhdudiyyətlərin qoyulmasını gündəmə gətirib. Azərbaycanda isə bu gün neft hasilatının, yəni OPEC+ razılaşmasına uyğun azalma öhdəliyin götürülməsinə baxmayaraq bir çox sahələrdə istehsalda məhdudiyyət qoyulsa da, iş yerlərinin bağlanması bu günün gündəmində yoxdur. Çünki bu gün əgər hər hansı sahədə müəyyən məhdudiyyət qoyulursa, o sahənin işçiləri digər sahəyə yönəldilir. Çalışılır ki, əlavə iş yerləri yaradılsın və insanların sosial vəziyyəti yaxşılaşsın”.
O, həmçinin xatırladıb ki, pandemiya dünya iqtisadiyyatına öz mənfi təsiri göstərib və koronavirusla bağlı tətbiq olunmuş məhdudiyyətlər bir çox sahələrin bağlanmasına yol açıb. Millət vəkili qeyd edib ki, dünya bazarında neftin qiymətinin 3 dəfədən çox aşağı düşməsi dünyada işsizlik problemi ilə üzləşməyə gətirib çıxaracaq.
“Dünyada pandemiyadan sonra 56 milyon iş yerinin bağlanacağı ilə bağlı proqnozlar səslənir. Bu problem hər bir ölkədə öz əksini tapıb. O cümlədən Azərbaycan iqtisadiyyatına da öz mənfi təsirini göstərib. Həm neftin qiymətinin 3 dəfədən çox aşağı enməsi, həm də pandemiya ilə bağlı müəyyən fəaliyyət sahələrində məhdudiyyətlərin tətbiq olunması işsizlik probleminin ortaya çıxması kimi bir təhlükəni meydana gətirmişdi. Amma pandemiya ilə bağlı karantin tədbirləri tətbiq ediləndə ölkə Prezidenti həm dövlət sektoruna, həm də qeyri-dövlət sektorundakı sahibkarlıq, biznes strukturlarına müraciət etdi ki, iş yerləri bağlanmasın, dövlət əməkhaqlarının ödənilməsi ilə bağlı öz dəstəyini göstərəcək. Dövlət 9-10 mindən çox dövlət sektorunda işləyən və 700 mindən çox isə qeyri-dövlət sektorunda çalışan insanların əməkhaqlarının ödənilməsində öz dəstəyini göstərməkdədir”, - millət vəkili vurğulayıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
33 d. əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
44 d. əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
5 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 11 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb






















