Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı cəmi 14 milyon dollar artıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin aprel sayı təqdim edilib.
Marja İcmala istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda qeyri-neft sektoru üzrə 429 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-mart ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 13,7 milyon ABŞ dolları və ya 3,3 faiz artıb.
Bu ilin yanvar-mart ayları ərzində Rusiyaya 134,4 milyon, Türkiyəyə 104,4 milyon, Gürcüstana 42,9 milyon, İsveçrəyə 40,8 milyon və Çinə 12,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin birinci rübündə Rusiyaya qeyri-neft ixracı 16,6 faiz, Türkiyəyə 5,2 faiz, İsveçrəyə 21,1 faiz və Çinə 18,4 faiz artıb.
2020-ci ilin yanvar-mart ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (43,9 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (42,8 milyon ABŞ dolları) ikinci və qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 36,3 milyon ABŞ dolları)üçüncü olub.
Ümumiyyətlə, 2020-ci ilin birinci rübü ərzində meyvə-tərəvəz ixracı 113,3 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 46,4 milyon, pambıq lifi ixracı 43,4 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 21,4 milyon, kimya sənayesi məhsullarının ixracı 19,8 milyon, elektrik enerjisinin ixracı 17,8 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 11,9 milyon, pambıq ipliyi ixracı 8,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 4,3 milyon ABŞ dolları, şəkər ixracı 2,9 milyon təşkil edib.
2020-ci ilin mart ayında isə qeyri-neft sektoru üzrə ixrac 133 milyon ABŞ dolları təşkil edib. Bu ilin mart ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (46,4 milyon ABŞ dolları), Türkiyəyə (29 milyon ABŞ dolları), İsveçrəyə (12 milyon ABŞ dolları), Gürcüstana (8 milyon ABŞ dolları) və Ukraynaya (6,2 milyon ABŞ dolları) ixrac edilib.
2020-cu ilin mart ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor - 19,2 milyon ABŞ dolları) birinci, qabığı təmizlənmiş meşə fındığı (14,1 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (12,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 23 saat sonra
-
-
26 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 38 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
1 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
1 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
1 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır


























